понедельник, 5 ноября 2012 г.

İnanımmı inanımmı


Bele bir mahnı var. Yazının adı ilə eyni. Bu yazını yazmağa məni sövq edən başqa bir yazı elə həmin mahnı ilə eyni qəbildəndir. ("professionallıq" cəhətdən). Niyə? Oxusaz bilərsiz.Yox mən sizdə inam yaratmaq fikrində deyiləm. İnanacaqsınız onsuz da. Amma hələ ki, sığorta haqqında pis bir yazıya cavab verirəm. Linki də, burada olacaq. 2012-ci ilin 5 noyabrında sığorta haqqında mənfi imic yaradan bir yazı oxudum. Çox təsirləndim. Sonra cavab olaraq bu yazını yazdım. Bu yazını yazmaya bilməzdim. Yazsam bəlkə rahat olacaqdım. Sığorta haqqında mənfi imic yaradan yazının adı “Azərbaycandasığorta tələsi”. Linki də var görürsüz. Bir cəlbedici şəkil var idi. Qəza şəkli. İki əzik maşın. Sonra isə belə bir cümlə: “İndi sürücülərin çoxu avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına bir növ biyar kimi baxırlar və nə vaxtsa işlərinə yarayacağına inanmırlar.” SUAL: Əvvəl necə baxırdılar ki? Və yenə də SUAL: Bəs niyə inanmırlar? Cavablandıraq: birincisi icbari sığorta qanunvericiliyi heç bir il yoxdur ki, dəyişib. Deməli bir ildən az müddətə ictimai fikirdə böyük köklü dəyişiklik ola bilməz. Mənə də,  “niyə” sualını ünvanlaya bilərsiz. Sadə cavab: Bir ildən az müddətə ona görə ictimai fikir dəyişmir ki, ictimai fikirdəki dəyişiklik qəfil olan proses deyil. Qayıdaq digər suala, niyə inanmırlar sualına. Bir neçə səbəb var buna, amma hamısı maariflə bağlıdır: Maarifsizlik. Azərbaycan insanı sığorta haqqında çox az bilir. Fikrimi hansısa jurnalist olmaq istəyənlərin axtarışı ilə deyil, mütəxəssis rəyi ilə əsaslandıracam.  AA & M ADVERTISING GfK Türkiye tərəfindən 1695 respondent arasında sorğu keçirilib. Azərbaycanda, 3 iri şəhərdə (Bakı, Gəncə, Sumqayıt). Orda çox suallar olub sonra araşdırma amma oxucuları belə uzun yazılarla yormadan keçim mətləbə. Sığortanı kim tənzimləyir sualına yalnız 19% insan Maliyyə Nazirliyini qeyd etmişdir. 48% insan isə bunu bilmir. 2% Yol polisinin adını çəkib. 18% İqtisadi İnkişaf Nazirliyini qeyd edib. Bu qədər az məlumatlı cəmiyyətdə kim inanacaq sığortaya. Əgər bir şeyi bilmirsənsə ona necə inanacaqsan ki? İnamsızlığa digər bir səbəb belə “savadlı” “jurnalist araşdırma”larıdır. Onun da, kökü maarifə dirənir. İnanmaq haqqında bir başqa qeyd. Bir zamanlar azərbaycan insanı banklara inanmırdı. Artıq inanır. Sübut üçün bank haqqında nə düşünürsüz fikirləşin. Qəliz elmi sözlərdən uzaq olaraq əziz oxucularıma bele bir şey də, yazım. Sığorta da, bankın qardaşıdır. Əlbəttə ki, gələcəkdə insanlar sığortaya inanacaq. İndi qayıdaq yazıdakı misala. 45 yaşlı Bakı sakini. Hadisə olur, sonra da müraciət eləmir. Düşünür ki, ödəməyəcəklər. Əvvəlcədən bilir ki, ödəməyəcəklər. Hardan bilir? Düşünərsiz ki, ekstrasensdir. Yox. Məncə ekstrasens deyil. Maarifsizdir. Sadəcə “jurnalist” ona dəstək olur. Çünki ucuz populyarlıq üçün yazmağa və danışmağa sözü yoxdur. Gərəkdir ki, nə isə ola. Üstəlik yazıda qeyd edilir ki, sürücü bu fikrə sürücülərin təcrübəsinə əsaslanıb. Amma çətin ki, hamıdan soruşub. İcbari sığortada heç kəs servisdə heç nə etmir. Xərci nədirsə ödəyir. Yox əgər inanmırsınızsa yoxlayın. Əgər aldanılsanız, AR Maliyyə Nazirliyinin əlaqədar qurumu sizin tərəfinizdədir. Bir də, ki, əgər həqiqətən də vətəndaşa ədalət lazım idisə, öz sığorta şirkətindən ödənişini ala bilərdi. O ki, qaldı ödənişlərin yığımlardan az olmasına... Şübhəsiz ki, hadisələrə görə nə qədər  müraciət olmuşdursa o qədər də, ödəniş olmuşdur. Çünki sığorta şirkəti hardan bilə bilər ki, kimdə hadisə olub. Sitat: sən mənə deməsən mən hardan bilim. Çox uzun uzadı yazmıram axı “jurnalist” (dırnaq arası jurnalist) deyiləm. Bir neçə rəqəm üstəgəl uzun-uzadı söz yığını. Oldu araşdırma. Onsuz da, təhsilinin səviyyəsi getdikcə aşağı düşən bir ölkədə belə yazılarla olursan ağıllı. Araşdırmaçı. Sonda onu qeyd edim ki, hörmətli yazı sahibi zəhmət olmazsa qanunvericiliklə maraqlanın, bir də, bir şey haqqında yazarkən onun haqqında məlumatlı olun. Bu qədər...Əsl jurnalistlərdən, araşdırmaçılardan və savadlı adamlardan bu sözləri (jurnalist, savadlı, araşdırmaçı) işlətdiyimə görə üzr istəyirəm.

Комментариев нет:

Отправить комментарий