понедельник, 18 июня 2012 г.

18 iyun-sığorta


Özümdən asılı olmadan gün ərzində ən çox eşitdiyim söz sığortadır. Sığorta nədir düşünənlər linki izləyə bilər. Həmişə olduğu kimi dünən də, sığorta haqqında nə yazılmışdısa hamısın oxuyurdum. Bu səhər isə dünən oxuduqlarımı qeyd etmək qərarına gəldim. Birinci oxuduğum Paşa sığorta şirkəti haqqında idi. Yazı bu cür başlayırdı: Paşa sığorta şirkətinə sertifikat təqdim olunub. Necə oxudumsa dəyişmədən bura qeyd edirəm. Linkini də verirəm.  AFFA-nın inzibati binasında FİFA U-17 qadınlararası dünya çempionatı “Azərbaycan 2012”-nin Yerli Təşkilat Komitəsi ilə Paşa Sığorta şirkətinin nümayəndələri arasında görüş keçirilib.  Paşa Sığorta şirkətinin FİFA U-17 qadınlararası dünya çempionatı “Azərbaycan 2012”-nin milli dəstəkçisi olması barədə sertifikat Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov tərəfindən Paşa Sığortanın İdarə Heyətinin sədri Nofəl Rzayevə təqdim olunub.

Eyni cür yazılar başqa saytlarda da, var idi. Rusca da və yəgin ki, ingiliscə də.

Daha sonra oxuduğum  amma əvvəldən də, xəbərdar olduğum yazı idi. Belə adlanırdı: “Qarant Sığorta” möhtəşəm şouya dəstək olub. Burada söhbət bazar günü keçirilən rallidən gedirdi. Yenə də, dəyişmədən o yazıdakı cümləni verirəm: “Qarant Sığorta” Bakıda Formula 1 bolidlərinin iştirakı ilə keçirilən möhtəşəm “Red Bull Racing” şousunun rəsmi sponsoru olub. Maraqlanan linkə baxa bilər. Bu yazı da, müxtəlif saytlarda digər iki dildə getmişdir.

  Bundan sonra teqib edəcəyimiz link iş təklifi barədə idi. Yenə də oradan bir cümlə: "Meqa Sığorta" Şirkəti bütün hüquqi və fiziki şəxsləri şəhərin və regionların istənilən nöqtəsində Sığorta Agentlikləri açmaq məqsədi ilə əməkdaşlığa dəvət edir.

İş günü bitdikdən sonra isə belə bir yazı oxumuşdum: Daşınmaz əmlakın icbari sığortası üzrə yığımların həcmi məlum olub. 2012-ci ilin yanvar-aprel aylarında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 2,18 mln. manata çatıb. Gün.Az-ın Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən verdiyi xəbərə görə, bu müddətdə 23,4 min manat sığorta ödənişi edilib. Yenə də, link.

Bu isə günün sonuna yaxın oxuduğum idi: “Atəşgah Həyat”ın yığımları kəskin artıb. Bunun da linkini qeyd edək. Bu yazıdan da, bir hissəni Ctrl+c vasitəsi ilə bura atıram: “Atəşgah Həyat” Sığorta şirkətinin yığımları son bir ildə 2,7 dəfə artaraq 2012-ci il mayın 1-nə 8,1 mln. manata çatıb.

Gün.Az-ın Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən verdiyi xəbərə görə, bu müddətdə şirkət tərəfindən 224,2 min manat ödəniş həyata keçirilib.

Dünən oxuduqlarım bu qədər idi...

Комментариев нет:

Отправить комментарий