вторник, 19 июня 2012 г.

19-iyun-sığorta


Ceyhun Qubatov

Bu gün 20 iyun 2012-ci ildə bir gün əvvəl sığorta haqda oxuduqlarımı qeyd etdim. Əslində bu yazılar konkret şirkətlər haqqında müsbət fikir formalaşdırmağa yönələn yazılar idi və bazar haqqında qeyri-adi bilgilər vermirdi. Mən də, sadəcə diqqətinizə çatdırıram. Beləliklə, dünən belə bir yazı oxudum. AzSığorta 82 min 402 manat sığorta ödənişi edib. Tikinti materialları mağazasına dəymiş ziyan tam ödənilib. Bu yazının linkini də, qeyd edək. "AZSIĞORTA" ASC tərəfindən 22.04.2012-ci il tarixində Bakı şəhəri Rəsulzadə qəsəbəsində yerləşən tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın nəticəsində mağazanın sahibi Osmanov Coşqun Ayvaz oğluna iri sığorta ödənişi həyata keçirilib. (82 min 402 manat). Oxuduğum digər məlumat Atəşgah sığorta şirkəti haqqında idi. Belə başlayırdı: “Atəşgah” sığorta şirkəti daşınmaz əmlakın könüllü sığorta hadisəsi üzrə 20 min manat məbləğində ödəniş həyata keçirib. Sığorta hadisəsi Novxanı qəsəbəsindəki ikimərtəbəli bağ evində baş verən yanğınla əlaqədardır.Sığorta ödənişinin məbləği 20 min manat təşkil edib” Maraqlanan linki təqib edə bilər. Sığorta şirkətlərindən olan iş təkliflərinə gəldikdə isə düşündüm ki, imkan olsa bu barədə ayrıca yazım. Digər bütün yazılar isə bu qeyd edilənlər barədə idi.

Комментариев нет:

Отправить комментарий