Ceyhun Qubatov |
İlk görüş. Sığorta ilə
ilk rastlaşmağım keçən əsrin 80-ci illərində
olmuşdu. Uşaq olduğumdan dumanlı gəlir yadıma. Bir onu dəqiq bilirəm ki, bizim
evimizi sığortalamaq istəyirdilər. O zamanlar sığorta fərqli idi Azərbaycanda. Bilmirəm nə qədər pul dövr edirdi.
Amma indi qarşımızda 200 milyonluq sığorta bazarı var. Sığorta ilə növbəti
qarşılaşma universitet illərinə təsadüf edir. Nə qədər qəribə olsa da,
“maşennik” sözü yadımda qalıb. O vaxtlar, bir sığorta şirkətindən iş təklifi
olunmuşdu mənə. Kimdən məsləhət aldımsa bu sözü dedi: Onlar maşennikdirlər. Mən
də elə düşünməyə başladım. Vaxt keçdikdən sonra isə fikirlərim dəyişdi. Fikirlərim
dəyişdikcə onlardan asılı olmadan bazar da, dəyişirdi. Və əvvəldə qeyd
etdiyimiz kimi 200 milyonluq bazar oldu. Fikrimizi rəqəmlərlə daha dəqiq ifadə
etsək 2012-ci ilin yanvar-iyul aylarında Azərbaycan sığorta bazarında yığım 201
509 390. 59 manat olmuşdur. Hadisələrə görə ödəniş isə 49 469 149.40 manat
olmuşdur. Amma hələ də, cəmiyyətdə sığortanı yalan hesab edənlər var. Bu da
normaldır. Kimsə də, indi bunu oxuyur və düşünür ki, bu nə yazılardı ki, belə.
Və yaxud kimsə də, elə indicə bu səhifəni bağladı. Hörmətli oxucu əgər bura qədər
oxuyub bağlamaq istəyirsənsə, DAYAN! Çünki bura qədər oxumusansa bir qədər
artıq da, oxuya bilərsən. Odur ki, davam edək.
Ceyhun Qubatov |
Təkrar biliyin anası deyil. Sığortanın nə olduğunu yazmaq təkrar sayıla bilər. Amma təkrar
biliyin yooo... anası deyil. Təkrar biliyin möhkəmləndirilməsidir. Bu biliyin də,
möhkəmləndirilməsinə ehtiyac var. Odur ki, yenə də, yazıram. Amma daha sadə:
Əvvəldən verilən pul hesabına, sonradan olan problemin qarşılanması sığortadır.
İndi isə, sığorta haqqında qanundan Ctrl+c və Ctrl+v edək: 1.1.1. sığorta – sığortalının və ya sığorta
olunanın əmlakı, həyatı, sağlamlığı,
mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o
cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi
sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi; Belə bir tərif də, var: Sığorta - qəza, fəlakət,
oğurluq və s. hadisələr nəticəsində itkiyə məruz qalmış şəxsi əvvəlki maliyyə vəziyyətinə
qaytaran və ya maddi zərəri minimuma endirən vasitədir. Sığorta xeyrədir ziyana yox. Çünki, gözləmədiyin
bir hadisənin qarşısında aciz qalmırsan. Əvvəl verdiyin pulun hesabına həmin xərclərin
üstələnir. Və daha rahat olursan.
Çips və sığorta. Ən qəribə
yarımbaşlıqdır. Hə? Bəlkə, mənasız? Amma oxu. Bilirik ki, hər şeyin sevəni də,
sevməyəni də, olur. Kimlərsə də, sığortanı sevmir. Kimsə sığortanı faydasız
hesab edə bilər. Normaldır. Sığortanı o kəs faydasız və ya gərəksiz hesab edə
bilər ki, sığorta hadisəsi ilə rastlaşmayacağına əmin olsun. Yəni ki, bütün
ehtiyacları əbədiyyən ödənsin. Heç vaxt ölməsin. Sonsuz sərvət sahibi olsun. Hər
zaman hər şeydən məmnun olsun. Elə
birisi ki, heç vaxt heç nə itirməyəcək. İtirsə belə bundan zərrə qədər də,
narahat olmayacaq. Belə birisi isə
yoxdur. Üstəgəl insan ehtiyacları sonsuzdur. Tükənməzdir. Sonsuz ehtiyacla
yanaşı, şəxsin psixoloji, sosial və sair xüsusiyyətlərinə görə tələbatı da
olur. Mən iqtisadiyyat dərsi keçmək fikrində deyiləm. Hamı bilir ki, kim nə
almaq istəsə ona həmin şeyi satacaqlar. İndiki cəmiyyət formalaşmağa başlayanda
çips deyilən şey yox idi. Amma kartof var idi. Tarixin hansısa dönəmində kim isə
çox nazik doğranılıb qızardılmış kartof istədi və bu çips oldu. Kimlərsə icbari
sığortanın qiymətləri qalxanda onu yaxşı qarşılamırdı. Amma heç bir il də, keçməyib
və bu artıq məqbul sayılır. Çips kimi. Eləcə
də, kiminsə şəxsi keyfiyyətindən dolayı arzusunda qeyri-adi bir sığorta obyekti
ola bilər ki, bu da, yeni bir sığorta kimi bazara çıxa bilər. Bax bu inkişaf
deməkdir. Yəgin ki, bir vaxtlar bizim insanı indi təəccübləndirən sığorta növləri
bizdə də, məqbul sayılacaq. Onu da eynən çips kimi qarşılayacaqlar.
Bu qədər. Sonda maşennik
haqda. Sığorta şirkətləri
və mənfi imic barədə əvvəl yazmışdım. Sığorta fırıldaqçılıq deyil. Niyə?
Çünki 200 milyonluq fırıldaqçılıq olmur. Ələxsus dövlətin nəzarətində olan və tənzimlənən
bir qurumlar bunu edə bilməzdirlər. Bir də ki, fırıldaqçılar heç kəsə 49 469
149.40 manat verməz. Yox əgər yenə də, sığortaçını fırıldaqçı hesab edən
varsa...heç nə. Sadəcə heç nə.
Комментариев нет:
Отправить комментарий