Bir yazı oxudum. Fikir bildirməyə bilmədim. Çalışdım ki, yazım. Amma əvvəlcə
linkini yerləşdirim. Qeyri-adi bir yazı yox idi.
İnsanların sığorta şirkətlərinə inanmaması haqda idi. Əvvəllər adını eşitmədiyim
iqtisadçı ekspert. Google.com-a girdim axtardım. Yenə tapmadım. Adın qeyd etmərəm.
Yazıda qeyd edilirdi ki, bəzi sığorta sirkətləri müqavilə
tərtib edərkən istehlakçılara hüquqlarını qətiyyəən nəzərə almırlar. Amma hansı
şirkətlər? Qeyd edilmirdi. Nədən? Qəti bir söz yaza bilmərəm.
Öz fikrimi
bölüşəcəm. Məncə istehlakçını aldadan qanun qarşısında və əlaqədar qurum
qarşısında cavab verməlidir. Necə ki, verir də. Məncə özünü iqtisadçı xüsusən
də, ekspert sayan birisi insanların sığorta barədə maariflənməsində maraqlı
olmalıdır. Niyə? Çünki iqtisadiyyatda hər proses suya atılan daş kimidir. Daş
öz ətrafında dalğa yaratdığı kimi. Hər prosesin də, öz təsirləri olur. Odur ki,
sığorta barədə maarifli insanların olması sığortanın inkişafı deməkdir. Bu da
öz növbəsində bütün iqtisadi sistemə təsir edir. Həm də ki, müsbət. Məntiqi
nəticə: Sığorta haqqında mənfi imic doğuracaq fikirlər bildirən ümumilikdə
iqtisadi sistemin inkişafında maraqlı deyil. Daha çox şey yazmayım.
Sonuncu bir
məncə. Məncə sığorta barədə cəmiyyəti
maarifləndirməli olan ictimai fikrə təsir edə bilənlərdir. Kimlər?
Məsələn jurnalistlər, bu barədə yazanlar. Amma...burada da, bir əmma var. Əgər
sığorta haqqında yazan özü bu barədə məlumatlı deyilsə onda çətin ki, kimisə
məlumatlandıra ya da maarifləndirə. Bu cümləmə irad tutanlara xırda bir cavab.
İcbari sığortanı məcburi adlandıran yazar sizcə bu sahədə nə dərəcədə məlumatlıdır.
Nəisə çox uzun yazdım..Bu qədər....
P.S. Bir də
ki, sığorta müqavilələri AR Maliyyə Nazirliyinin təsdiqlədiyi qaydalara əsasən
tərtib olunur. Odur ki, əziz iqtisadçı ekspert,ola bilməz ki, burada istehlakçı
hüququ pozulsun.
Комментариев нет:
Отправить комментарий