пятница, 18 мая 2012 г.

AXA Ukrayna




Bizim AXA-dan yazmışkən Ukraynadakından da yazaq. Ukraynadakı AXA hesabat vermişdir.
Olduğu kimi saxlayaraq diqqətinizə çatdıracam.
DEMƏLİ BELƏ: Ukraynanın AXA Sığorta şirkəti 2012-ci ilin ilk rübü üzrə hesabat verib. Şirkətin yığımları və hadisələr üzrə ödənişləri 15%-dən çox artmışdır. Belə ki, son 3 ay ərzində yığımlar 180 milyon qrivin olmuşdur bu da keçən ilin analoji dövrü ilə müqayisədə çoxdur. Həmçinin ödənişlər də, 88.3 milyon qrivin olmuşdur. 
44% artım isə icbari sığortanın satışı üzrə olmuşdur. Könüllü sığorta isə AXA Ukraynada 107 milyon qrivin olmuşdur. Bu da keçən ilin analoji dövrü ilə müqayisədə 23% artıq olmuşdur.
Xatırladaq ki, "AXA Sığorta" Ukraynanın sığorta bazarının lider şirkətlərindən biridir. Beynəlxalq sığorta qrupu olan AXA-nın(Fransa) tərkib hissəsidir. Bu gün Ukraynada 500 000-dən çox insan bu şirkətə etibar edir. Şirkət müştərilərə gündəlik olaraq orta hesabla 1 milyon ödəniş edir.

Belə bu da Ukraynadakı AXA. Kursu nəzərə alıb rəqəmləri daha ətraflı incələyə bilərsiz.

Комментариев нет:

Отправить комментарий