Bir az sığorta tarixindən yazmaq qərarına gəldim. Baxmayaraq ki, deyilmiş sözlər də, ola bilər amma istənilən halda təkrar biliyin anasıdır. Dünya tarixində sığortaya bənzər ilk fəaliyyətlərə təxminən
4000 il bundan əvvəl Babillərdə rast gəlinir. Dövrünün ticarət mərkəzi hesab
edilən Babildə karvan sahiblərinə borc verən sərmayədarlar, karvanları qarət
edildikdə və ya pulları güclə əllərindən alındıqda tacirlərin borclarını silər
və bunun müqabilində tacirlər borcu geri qaytardıqları zaman, öz üzərlərinə
götürdükləri risqə görə borcun əsas məbləğinin müəyyən faizi miqdarında əlavə
pul alırdılar. Sonralar bu cür fəaliyyətlər kral Hammurapi tərəfindən qanuniləşdirildi.
Tədiyyə əsaslı sığortaya ilk dəfə təxminən 1250-ci illərdə
Venesiya, Pisa, Florensiya və Genuya şəhərlərində rast gəlinir. Bu günkü mənada
sığortaya isə yalnız XIV əsrlərdə təsadüf edilir.
XIV əsrdə dəniz ticarətinin ən çox inkişaf etdiyi İtaliyada
sığorta təminatına bir ehtiyac hiss edildi və dəniz sığortası anlayışı da ilk dəfə
burada yarandı. İlk sığorta şəhadətnaməsi (polisi) kimi qəbul edilən müqavilə
23 oktyabr 1347-ci ildə İtaliyanın Genuya limanından Mayorkaya gedən “Santa
Klara” gəmisində daşınan yükə təminat verilməsi məqsədilə hazırlanmışdır. İlk
sığorta şirkəti isə 1424-cü ildə yenə də Genuya şəhərində yaradılmışdır.
Sığorta işi üzrə ilk qanun isə 1435-ci ildə elan edilmiş Barselona fərmanıdır.
Quru sığortalarının yaranmasına isə 1666-cı ildə Londonda
baş verən və dörd gün davam edərək 13000 ev və 100 kilsənin yanıb-külə dönməsinə
səbəb olan böyük yanğın təkan vermişdir. Sonradan bu hadisə ilə bağlı 1667-ci
ildə Yanğın Bürosu yaradılmış, 1684-cü ildə isə bu büroya rəqib olaraq bir
ortaqlıq şəklində ilk yanğın sığorta şirkəti fəaliyyətə başlamışdır.
Комментариев нет:
Отправить комментарий