Adı qəliz olsa da, özü sadədir. Əvvəl
qeyd etdiyimiz kimi sığorta şirkətlərində marketinq məsələsi unikaldır. Yəni,
sığorta məhsulu başqa məhsullardan tam fərqli olduğundan onun marketinqi də, bu
cür olmalıdır. Həm də, onların satdığı maddi deyil. Odur ki, sığortada
marketinq daha çox müştəriyə əsasən olmalıdır. Bununla yanaşı başqa sahələrdən
fərqlənmədən sığorta şirkəti də, səmərəli marketinq alətlərinə nəzərən
fəaliyyət göstərməlidir. Və bəzi məqamlar var ki, sığorta şirkəti bunları
nəzərə almalıdır:
Bazarı bilmək
Birincisi və vacibi: Hər bir sığorta
şirkəti bazarı bilməlidir. Deyə bilərsiz ki, bu onsuz da belədir. Hər bir
şirkət bazarını bilir. OK. Tutalım
razılaşdıq. Onda nədən kimlərsə ön mövqedə kimlərsə arxa mövqedə yer alır? Və
nədən hansısa şirkətin gəlirləri aşağı, hansınınkısa yuxarıdır? Bunların
səbəbini sırf azərbaycanla bağlamaq faydasızdır. Çünki hər yerdə kim isə çox
sata bilər kim isə az. Odur ki, bazarı bilmək ən birincidir və vacibdir. Bazarı
bilmək hədəf kütləni bilməkdir. Hədəf kütləsini bilmədən satanlar isə uğursuzluğa
məhkumdur. Niyə? Çünki hədəfini bilən müştərisinə dah düzgün yanaşır və onu
saxlamaqla irəli gedir.
Planın yaradılması
Uğurlu marketer heç vaxt sadəcə nə isə
eləmir. Öz bilgiləri, təcrübəsi, şirkətinin cari durumuna əsasən
planlaşdırılmış hərəkət edir. El dilində desək 100 ölçüb 1 biçir. Analiz
etdikdən sonra prioritet müəyyən edir və ona uyğun iş görür. Bu da o deməkdir ki,
ənənəvi və qeyri-ənənəvi media alətlərdən istifadə edilir ki,birbaşa və ya
dolayı yolla satış artsın.
Səmərəliliyin ölçülməsi
Bu sığorta şirkətinə gərəklidir. Niyə
vacibdir? Ona görə ki, yuxarıda qeyd etdiyimiz prioritet və məqsədlər
ölçüləbilməlidir. Yəni bilinməlidir ki, o məqsədlərə çatılıbmı. Bu müştərilərin
sayına görə analiz, satışlara görə, rəqiblərə görə müqayisə və sair və ilaxır.
Həm də, şirkətlər bəzi müasir analiz alətlərindən də yararlanmalıdır. Bu
vebsəhifələrə və digər informasiya resurslarına aiddir.
Feedback-in yığılması
Kim isə deyər ki, almadır nədir bu...Amma
sığorta şirkəti üçün dildəki söz əsasdır. Ələxsus da, azərbaycanda. Marketinqin
effektivliyini ölçmək üçün sığorta şirkəti kəmiyyət göstəricisinə əsasən
müştərilərin onun haqqında fikrini onların rəyi əsasında ölçməlidir. Deyəsən
uzun alındı. Qısası: Nə etdinsə gərək biləsən ki etdiyini kim bəyənir kim yox. Nə
yaxşı işləyir nə pis? Bu nədən ötrüdür düşnənlərə cavab: Ona görə ki, ağıllı
marketer bundan yararlanıb daha effektiv fəaliyyət qurar.
Bu qədər, çalışdım maraqlandırım.
Комментариев нет:
Отправить комментарий