İnformasiya almaq
hər zaman faydalıdır. Faydalı informasiya almaq isə daha faydalıdır.
İnformasiya az olduqda isə hər hansı bir şey haqqında fikir yürütmək çox çətin
olur. Qısa bir arayış: İnformasiya
və ya məlumat (latınca informatio,informare — məlumatlandırmaq, formaya salmaq ) –hara
çatdırılmasından asılı olmayaraq çoxşaxəli məlumat. Təbiətdə və cəmiyyətdə bizi
əhatə edənlər, onların xassələri, qarşılıqlı münasibətləri haqqında məlumatlar
yığımı olub, onlara dair bilikləri çoxaltmaq məqsədi daşıyır. Oxuduqca düşünə
bilərsiz ki, bütün bunların sığortaya nə aidiyyatı? Əgər aidiyyatı yoxdursa
niyə bu bloqdadır? Var. Bütün sahələrdə olduğu kimi sığortada da, informasiya
önəmlidir. Nədən? Çünki indi onun dövrüdür. Əvvəllər də, informasiya vacib
olub. Amma bu qədər yox. Bizdə isə kiçicik problem var. İnformasiyanın azlığı.
İnformasiyanın olması üçün nələrsə də, baş verməlidir axı. Belə düşünənlər də,
ola bilər. Amma baş verir sadəcə az yazılır. Sığorta haqqında. Çünki,
azərbaycan insanının marağı azdır sığortaya. Gərəkdir ki, artsın. Odur ki,
internetdəki az lakin uzun yazıların həcmini azaldıb burda yazıram. Ümid edirəm
ki, maraqlı olar. Amma yazıya keçməzdən öncə şəkilə baxaq:
29 oktyabr 2012-ci
ildə
www.google.com
–da axtarış verimd: “sığorta”. Son 24 saat ərzində çıxan yazılara baxdım. İlk
rastlaşdığım Alfa sığorta haqqında yazı oldu. Linkini verirəm.
Maraqlanan baxa bilər. Alfa sığorta Nizamnamə kapitalını 6.75 milyon manat etmişdir.
Nizamnamə kapitalı 2 milyon manat artmışdır. Növbəti yazı milli.az saytında
idi. Olduğu kimi “copy”- “paste” edirəm. Azərbaycanda icbari tibbi sığorta
sahəsində qətiyyətli addımlar atmağın vaxtı çatıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi
jurnalistlərə maliyyə naziri Samir
Şərifov deyib. Linkini
yerləşdirirəm. Bundan savayı sığorta sözünü axtarışa verəndə çıxan növbəti
yazı: Köhnə də, olsa son 24 saatın axtarış nəticəsi kimi şıxır. Atəşgah” SŞ-nin Bakıda yerləşən bütün satış ofisləri bayram
günləri (25-26 oktyabr 2012-ci il) saat 10.00 - 17.00, şənbə (27 oktyabr
2012-ci il) – 10.00 -14.00 fəaliyyət göstərəcək. Bazar günü (28 oktyabr 2012-ci
il) “Atəşgah” SŞ-nin yalnız Baş ofisi saat 10.00 -14.00 - dək işləyəcək. Bu da,
link.
Bu qədər. Sığorta haqqında yazılacaq çox şeylər olduğu halda google-da axtarış
belə nəticələndi. İndi də, bizim şəkilə
diqqət yetirək:
Комментариев нет:
Отправить комментарий