Köhnə bir reklamla qarşılaşdım sığorta
haqqında. 6 sentyabr, 2011. Əvvəl düşündüm ki, ancaq facebook səhifəsində şəklin yerləşdirim.
Sonra isə onun haqqında informasiya toplayıb yazmağa başladım. Həyat sığortası
haqqında idi. McCann reklam agentliyi düzəldib bu reklamı. 1959-cu ilin
dekarında bizdən çox-çox uzaq Avstraliyada(Sidneydə) ilk dəfə fəaliyyətə
başlayıb. Sonralar Avstraliyanın digər şəhərlərində də, yayılıb. Daha çox maraqlananlar google.com-da axtarış edə bilər. Axtarış
alınmasa da, link var. Qayıdaq reklama. Həyat sığortası haqqında McCann
agentliyinin hazırladığı reklama. Kiminsə həyat sığortası nədir sualı yarana
bilər deyə, həyat sığortası haqqında qısa arayış. Yenə də, qanunvericilikdən
faydalanaq. Həyat sığortası - sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin
qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün
aparılan sığortadır. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya
sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən
edilmiş qaydada və şərtlərlə sığortalıya qaytarılır.
Haqqında
danışdığım həyat sığortası reklamının üzrində bir qrup mütəxəssis işləmişdir.15
nəfərə yaxın. Qeyd edirəm həmin qrupu. Maraqlananlar diqqət edə bilər:
Advertising Agency: McCann, Melbourne, Australia
Creative Director: Julius Rosenberg, Ethal Rosenberg
Art Director: Haley Joel Osment, Robert Dauth
Copywriter: Haley Joel Osment, Robert Dauth
Planner: Felix
Group Account Director: John Bosley
Creative Directors: Nick Weller & Phil Van Bruchem
Designer: Jon Ryder
Planning Director: Adam Doherty
Group Account Director: Mills
Marketing Manager: Rebecca Frew
Creative Director: Julius Rosenberg, Ethal Rosenberg
Art Director: Haley Joel Osment, Robert Dauth
Copywriter: Haley Joel Osment, Robert Dauth
Planner: Felix
Group Account Director: John Bosley
Creative Directors: Nick Weller & Phil Van Bruchem
Designer: Jon Ryder
Planning Director: Adam Doherty
Group Account Director: Mills
Marketing Manager: Rebecca Frew
Amma daha maraqlısı reklamın özüdür. Çox sadədir. Yalnız bir şəkil var və iki söz. Amma həmin iki sözlə şəkil biri-birini tamamlayır. Elə tamamlayır ki, başqa heç nəyə ehtiyac qalmır. Şübhəszi ki, Avstraliyada reklam bizdəkindən çox qabağa gedib. Eyni zamanda da, sığorta. Ələxsus həyat sığortası. Bizdə isə, vəziyyət tamam fərqlidir. Amma bu tip reklam burada da, uğurlu ola bilər. Yox-yox uğurlu olar. Amma bu cür reklam üçün, yəni bu cür ideya üçün əsl marketoloq olmaq gərəkir. Yəni cəsarətli. Yox bu mənim sözüm deyil. Bir dostumuz daima xatırladır:marketoloq risk edə bilməlidir. Düşünə bilərsiz ki, bu reklam kimin üçündür?
Lifebroker Pty Ltd. Qısa arayış: Avstraliyada həyat sığortası brokeridir. Lisenziya
əsasında fəaliyyət göstərir. N-si də, 400209.
Avstraliya Qiymətli kağızlar və İnvestisiya Komissiyası. 11 həyat sığortası şirkəti ilə işləyir. Maraqlı loqosu var. Veb səhifəsi də, çox
maraqlıdır. Reklama gəldikdə isə, aşağıda şəklini yerləşdirməklə bu yazını
bitirirəm.
Комментариев нет:
Отправить комментарий