понедельник, 5 января 2015 г.

Nə var nə yox...

Bu ilin ilk yazısını belə bir başlıqla yazıram. Bu yazını yazmaqdan ötrü çox fikirləşmədim. Heç çox iş də görmədim. Sadəcə google-da axtarış verdim. Sığorta sözünü. Bir vaxt qoydum. Ötən 24 saat.  Bir də, düşündüklərimi qeyd etdim. Cəmi 15 dəqiqə. Nədən belə yazı? Düşünürəm ki, bu gün sığorta barədə internet məkanda az yazılar gedir. İnternetin ictimai fikirə təsiri çox güclüdür. Orada sığorta barədə az yazılırsa demək sığorta az tanıtdırılır. Deməli az insana faydası çatır. Deməli sığorta barədə çox yazılmalıdır. Çox insan məlumatlandırılmalıdır. Kimsə düşünə bilər ki, bütün günü sığortadan danışılır onsuz da,.. Belə düşünənlər üçün bu yazını yazdım... Ötən 24 saat ərzində sığorta ilə bağlı gedən ilk beş yazını diqqətinizə təqdim edirəm. Birincisi ən tanınmış sığorta şirkəti barədə idi. Necə yazılıbsa elə o cür də, qeyd edirəm. 21 ч. назад - «Media Consulting & Services» şirkəti dekabr ayında ölkə mətbuatındasığorta şirkətləri barədə yayılan məlumatların nəticələrini açıqlayıb. Fins.az-ın.. Linki də, burdadır.  Daha sonra qarşıma belə bir başlıq çıxdı Bayram günlərində sığorta hadisələri. 19 ч. назад - “Azsığorta” şirkətində bayram günlərində 70 sığorta hadisəsi olub. Şirkətdən fins.az-a verilən məlumata görə, hadisələrin 68-i avtomobil qəzaları ilə bağlıdır... Bu da link.  3-cü yazıda vakansiya barədə məlumat idi. 9 ч. назад - PAŞA Sığorta şirkəti Quba-Xaçmaz, Lənkəran, Gəncə, Şəki-Zaqatala, Göyçay rayonlarında və Sumqayıt şəhərində yerləşən nümayəndəliklər üçün Fərdi və  ..  link.  Axtarışda dördüncü nəticəni verən yazı belə idi... 13 ч. назад - Müzakirədə iştirak edin. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortahaqqında" .. Bu da Milli Məclisin veb
səhifəsində idi. Nəhayət sonuncu yazı köhnə də olsa axtarışın nəticəsində 5-ci çıxmışdı. Odur ki, onu da qeyd edirəm. 9 ч. назад - Maliyyə Nazirliyi 6 sığorta agentinə verilmiş müddətsiz lisenziyaları ləğv edib. Dövlət Sığorta Nəzarəti Xidmətinin verdiyi məlumata görə, aşağıda adları ...
Bu qədər...
Ötən 24 saat ərzində sığorta haqqında çıxan son 5 yazı. Ümid edirəm ki, gələcəkdə daha geniş və müxtəlif yazılar olacaq. Hələ ki, sığorta haqqında az yazılır.