четверг, 6 декабря 2012 г.

yanvar oktyabr ayları üzrə sığorta ödənişləri (renkinq)

2012-ci ilin yanvar-oktyabr ayları üzrə ödənişlərin cəmi 75 464 082.99 manat olmuşdur. Şirkətlər üzrə renkinq isə aşağıdakı kimidir:


Sığortaçının adı Sığorta Ödənişləri
1 “Paşa Sığorta” şirkəti ASC                          18,585,358.21
2 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti                            9,463,638.00
3 “Atəşgah” Sığorta şirkəti ASC                            7,050,666.36
4 “Beynəlxalq Sığorta şirkəti” ASC                            5,512,063.44
5 “AXA MBASK” Sığorta şirkəti ASC                            4,769,872.84
6 “A-Qroup Sığorta şirkəti” ASC                            4,528,598.17
7 “Standard Insurance” Sığorta şirkəti ASC                            3,985,271.26
8 “Atəşgah Həyat” Sığorta şirkəti ASC                            3,568,842.78
9 “AzSığorta” ASC                            2,617,378.92
10 “Bakı Sığorta” ASC                            2,319,811.46
11 “AtaSığorta” ASC                            2,156,784.88
12 “Xalq Sığorta” ASC                            1,825,035.62
13 “İPƏK YOLU SIĞORTA” ASC                            1,814,536.83
14 “Azərbaycan Sənaye Sığorta” ASC                            1,277,368.77
15 “Qarant Sığorta” ASC                            1,228,244.54
16 “Alfa Sığorta” ASC                               909,898.78
17 “Rəvan Sığorta” ASC                               892,721.51
18 “Başak Ġnam Sığorta şirkəti” ASC                               707,362.31
19 “Era Trans Sığorta” Sığorta şirkəti ASC                               471,941.39
20 “Azərqarant Sığorta” ASC                               419,830.10
21 “Əmrah Sığorta” ASC                               378,035.92
22 “Mega Sığorta” ASC                               274,515.69
23 “Paşa Həyat Sığorta” ASC                               251,941.35
24 “Buta Sığorta” ASC                               167,402.34
25 “Günay Sığorta” ASC                               123,420.52
26 “Qala Həyat” Sığorta şirkəti ASC                               112,543.00
27 “Çartis Azərbaycan” Sığorta şirkəti ASC                                 49,608.00
28 "Royal Sığorta" ASC                                   1,390.00
  YEKUN                          75,464,082.99

понедельник, 3 декабря 2012 г.

Oktyabr ayında sığorta bazarı


2012-ci ilin yanvar oktyabr ayları ərzində Azərbaycan sığorta bazarının həcmi 282 milyon manatı üstələmişdir. Dəqiq rəqəm isə 282,143,735.40 manatdır. 2012-ci ilin yanvar sentyabr ayları üzrə analoji göstərici 256325890.40 manat olmuşdur. Faiz nisbəti ilə bu 10.072% artmışdır. Ayrı-ayrı şirkətlər üzrə isə bu rəqəmə aşağıdakı cədvəldə görmək olar.


Sığortaçının adı
Sığorta Haqları
1
“Paşa Sığorta” şirkəti ASC
                   38,480,654.78
2
“AzSığorta” ASC
                   33,150,953.96
3
“Atəşgah” Sığorta şirkəti ASC
                   30,487,743.45
4
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti
                   25,447,049.00
5
“Standard Insurance” Sığorta şirkəti ASC
                   18,299,812.34
6
“AXA MBASK” Sığorta şirkəti ASC
                   15,607,430.30
7
“Atəşgah Həyat” Sığorta şirkəti ASC
                   14,474,196.49
8
“Beynəlxalq Sığorta şirkəti” ASC
                   12,603,551.18
9
“Paşa Həyat Sığorta” ASC
                   12,458,677.06
10
“Xalq Sığorta” ASC
                   11,207,767.08
11
“AtaSığorta” ASC
                     9,413,002.40
12
“İPƏK YOLU SIĞORTA” ASC
                     8,166,459.62
13
“A-Qroup Sığorta şirkəti” ASC
                     7,778,486.78
14
“Qarant Sığorta” ASC
                     7,430,946.38
15
“Qala Həyat” Sığorta şirkəti ASC
                     5,856,925.16
16
“Azərbaycan Sənaye Sığorta” ASC
                     5,786,196.82
17
“Bakı Sığorta” ASC
                     4,862,496.56
18
“Alfa Sığorta” ASC
                     4,454,815.66
19
“Mega Sığorta” ASC
                     3,797,274.01
20
“Rəvan Sığorta” ASC
                     2,690,895.05
21
“Başak Ġnam Sığorta şirkəti” ASC
                     2,579,783.68
22
“Buta Sığorta” ASC
                     1,868,106.55
23
“Azərqarant Sığorta” ASC
                     1,593,840.20
24
“Çartis Azərbaycan” Sığorta şirkəti ASC
                     1,514,949.00
25
“Əmrah Sığorta” ASC
                        907,912.45
26
“Era Trans Sığorta” Sığorta şirkəti ASC
                        799,923.46
27
“Günay Sığorta” ASC
                        381,081.93
28
"Royal Sığorta" ASC
                          42,804.05
 
YEKUN
                 282,143,735.40

 

Bundan əvvəlki dövrlə müqayisədə “AXA MBASK” 15 milyon manatla “Atəşgah Həyat ” sığorta şirkətini geridə qoymuşdur. Renkinqdə aşağıda duran “Azərqarant Sığorta” ASC “Çartis Azərbaycan” Sığorta şirkəti ASC-ni 1.5 milyon manatdan çox yığımla geridə qoymuşdur. “Əmrah Sığorta” ASC  907,912.45 manatla “Era Trans Sığorta” Sığorta şirkəti ASC-ni geridə qoymuşdur. Onların ümumilikdə  bazarda tutuqları yer isə faizlə şəkildə verilib.
 

среда, 7 ноября 2012 г.

Rahatlığa çağırış


Yəgin ki, bilirsiz. YOX! YOX! Əlbəttə bilirsiz: Həyat qəlizdir. Maddi sıxıntılar, müxtəlif problemlər. Hər şeyi tənzimləmək olmur. Amma müəyyən xərcləri azaltmaq olar. İndi az xərcləməklə gələcəkdə çox xərci qarşılamaq olar. Bunu hər kəs edə bilər və demək olar ki, hər sahədə tətbiq etmək olar. Bu baxımdan sığorta gözəldir. Normal insan hər zaman və hər yerdə öz ailəsinin qeydinə qalmalıdır, əmlakını qorumalıdır, həm də, sağlamlığı üçün ehtiyat etməlidir. Bəli məhz normal. Fərq etməz hansı təhsili alıb, hansı düşüncəyə malikdir.Məhz bunlar üçün də sığorta faydalıdır. Yuxarıda qeyd edilmişləri yerinə yetirməkdən ötrü sığorta lazımdır. İnsan istənilən yaşda hallara (bəxtə) nə güvənə bilər, nə də, güvənməlidir. Əvvəldən gərək işini elə tutasan ki, sonradan problemlər baş verməsin.

İndi sığortaya az inanan var. Amma bu yazımla bir nəfər də, artıq adam inansa. Deməli faydalı yazıdır. Amma yazının faydalılığı yox sığortanın faydalılığın qabartmaq gərəkir.

Hazırda çoxsaylı proqramlar var. Sığorta barədə. Hələ nə qədər də, hazırlanır. Siz bunu oxuyanda da, kimsə nəsə fikirləşir. Siz bunu oxuyanda mən artıq başqa bir yazı yazacam. Sığortanın faydasını sizə aşılamaqdan ötrü. Hələliksə bu yazı. Ölkəmizdə 30-a yaxın sığorta şirkəti var. Onların hər biri rəqabət mübarizəsində müxtəlif alətlərdən istifadə edir. Demək olar ki, hamısı fərdlərə yönəlməyə başlayır. Yəni sənə, əziz oxucu. Mən də, sənə yönəldim əzizim. Səni maarifləndirməyə. Şirkətlər isə səni sığortalanmağa. Sığorta faydalıdır. Yetər ki, düzgün qərar verə biləsən. Bundan ötrü sadəcə istənilən sığorta şirkətinə müracət et. Sual ver. Maraqlan. Heç orda sığortalanmasan da olar. Yetər ki, məlumatlan. Sonra düşün. Qərar onsuz da, verəcəksən. Və onsuz da, sığortalanacaqsan. Faydasın görəndə isə sevəcəksən. Sığortalanmaqla faydalanmaq eynidir. Sığorta itki deyil. Sığorta bağıva, evivə, maşınıva, ailəvə, özüvə lazımdır. Hər hardasa sığortalandınsa rahatsan. Çünki, sığorta baş verəcək itkidən səni qoruyur. Onun arxasında isə dövlətin əlaqədar qurumu dayanır. Rahatlığınız üçün sığorta vacibdir. Sizin hər birinizi rahatlığa çağırıram.  Hər birinizə sevgi ilə bu yazını yazdım.

вторник, 6 ноября 2012 г.

Sığorta nədir ki?

Dünənki yazım məni təşviq etdi. Təşviq etdi ki, insanları nəyi isə anladacaq bir yazı yazım. Şübhəsiz ki, sığorta haqqında. İşdəki vaxt məhdudluğu isə buna qarşı idi. Odur ki, sadəcə maraqlı bir şəkil ilə diqqət çəkmək istədim. Böyük bir yazı yazmadım. Qısaca qeyd etdim sığorta-qəza, fəlakət, oğurluq və s. hadisələr nəticəsində itkiyə məruz qalmış şəxsi əvvəlki maliyyə vəziyyətinə qaytaran və ya maddi zərəri minimuma endirən vasitədir. Düşünürəm ki, maraqlı olar:
 

понедельник, 5 ноября 2012 г.

İnanımmı inanımmı


Bele bir mahnı var. Yazının adı ilə eyni. Bu yazını yazmağa məni sövq edən başqa bir yazı elə həmin mahnı ilə eyni qəbildəndir. ("professionallıq" cəhətdən). Niyə? Oxusaz bilərsiz.Yox mən sizdə inam yaratmaq fikrində deyiləm. İnanacaqsınız onsuz da. Amma hələ ki, sığorta haqqında pis bir yazıya cavab verirəm. Linki də, burada olacaq. 2012-ci ilin 5 noyabrında sığorta haqqında mənfi imic yaradan bir yazı oxudum. Çox təsirləndim. Sonra cavab olaraq bu yazını yazdım. Bu yazını yazmaya bilməzdim. Yazsam bəlkə rahat olacaqdım. Sığorta haqqında mənfi imic yaradan yazının adı “Azərbaycandasığorta tələsi”. Linki də var görürsüz. Bir cəlbedici şəkil var idi. Qəza şəkli. İki əzik maşın. Sonra isə belə bir cümlə: “İndi sürücülərin çoxu avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına bir növ biyar kimi baxırlar və nə vaxtsa işlərinə yarayacağına inanmırlar.” SUAL: Əvvəl necə baxırdılar ki? Və yenə də SUAL: Bəs niyə inanmırlar? Cavablandıraq: birincisi icbari sığorta qanunvericiliyi heç bir il yoxdur ki, dəyişib. Deməli bir ildən az müddətə ictimai fikirdə böyük köklü dəyişiklik ola bilməz. Mənə də,  “niyə” sualını ünvanlaya bilərsiz. Sadə cavab: Bir ildən az müddətə ona görə ictimai fikir dəyişmir ki, ictimai fikirdəki dəyişiklik qəfil olan proses deyil. Qayıdaq digər suala, niyə inanmırlar sualına. Bir neçə səbəb var buna, amma hamısı maariflə bağlıdır: Maarifsizlik. Azərbaycan insanı sığorta haqqında çox az bilir. Fikrimi hansısa jurnalist olmaq istəyənlərin axtarışı ilə deyil, mütəxəssis rəyi ilə əsaslandıracam.  AA & M ADVERTISING GfK Türkiye tərəfindən 1695 respondent arasında sorğu keçirilib. Azərbaycanda, 3 iri şəhərdə (Bakı, Gəncə, Sumqayıt). Orda çox suallar olub sonra araşdırma amma oxucuları belə uzun yazılarla yormadan keçim mətləbə. Sığortanı kim tənzimləyir sualına yalnız 19% insan Maliyyə Nazirliyini qeyd etmişdir. 48% insan isə bunu bilmir. 2% Yol polisinin adını çəkib. 18% İqtisadi İnkişaf Nazirliyini qeyd edib. Bu qədər az məlumatlı cəmiyyətdə kim inanacaq sığortaya. Əgər bir şeyi bilmirsənsə ona necə inanacaqsan ki? İnamsızlığa digər bir səbəb belə “savadlı” “jurnalist araşdırma”larıdır. Onun da, kökü maarifə dirənir. İnanmaq haqqında bir başqa qeyd. Bir zamanlar azərbaycan insanı banklara inanmırdı. Artıq inanır. Sübut üçün bank haqqında nə düşünürsüz fikirləşin. Qəliz elmi sözlərdən uzaq olaraq əziz oxucularıma bele bir şey də, yazım. Sığorta da, bankın qardaşıdır. Əlbəttə ki, gələcəkdə insanlar sığortaya inanacaq. İndi qayıdaq yazıdakı misala. 45 yaşlı Bakı sakini. Hadisə olur, sonra da müraciət eləmir. Düşünür ki, ödəməyəcəklər. Əvvəlcədən bilir ki, ödəməyəcəklər. Hardan bilir? Düşünərsiz ki, ekstrasensdir. Yox. Məncə ekstrasens deyil. Maarifsizdir. Sadəcə “jurnalist” ona dəstək olur. Çünki ucuz populyarlıq üçün yazmağa və danışmağa sözü yoxdur. Gərəkdir ki, nə isə ola. Üstəlik yazıda qeyd edilir ki, sürücü bu fikrə sürücülərin təcrübəsinə əsaslanıb. Amma çətin ki, hamıdan soruşub. İcbari sığortada heç kəs servisdə heç nə etmir. Xərci nədirsə ödəyir. Yox əgər inanmırsınızsa yoxlayın. Əgər aldanılsanız, AR Maliyyə Nazirliyinin əlaqədar qurumu sizin tərəfinizdədir. Bir də, ki, əgər həqiqətən də vətəndaşa ədalət lazım idisə, öz sığorta şirkətindən ödənişini ala bilərdi. O ki, qaldı ödənişlərin yığımlardan az olmasına... Şübhəsiz ki, hadisələrə görə nə qədər  müraciət olmuşdursa o qədər də, ödəniş olmuşdur. Çünki sığorta şirkəti hardan bilə bilər ki, kimdə hadisə olub. Sitat: sən mənə deməsən mən hardan bilim. Çox uzun uzadı yazmıram axı “jurnalist” (dırnaq arası jurnalist) deyiləm. Bir neçə rəqəm üstəgəl uzun-uzadı söz yığını. Oldu araşdırma. Onsuz da, təhsilinin səviyyəsi getdikcə aşağı düşən bir ölkədə belə yazılarla olursan ağıllı. Araşdırmaçı. Sonda onu qeyd edim ki, hörmətli yazı sahibi zəhmət olmazsa qanunvericiliklə maraqlanın, bir də, bir şey haqqında yazarkən onun haqqında məlumatlı olun. Bu qədər...Əsl jurnalistlərdən, araşdırmaçılardan və savadlı adamlardan bu sözləri (jurnalist, savadlı, araşdırmaçı) işlətdiyimə görə üzr istəyirəm.