четверг, 31 мая 2012 г.

Azərbaycan sığorta bazarında veb səhifələr


İnternetin həyatımızın hər bir sahəsinə təsir etdiyindən vebsəhifələrin reytinqi vacib bir məqamdır. Bu gün internetlə əlaqəsi olmayan şirkət haqda danışmağa dəyməz. Bu həm də, sığorta şirkətlərinə aiddir.   Azərbaycan sığorta bazarında 28 şirkət vardır. Onlardan bəzilərinin vebsəhifələri alexa.com sayti uzre analiz edək. Qeyd edək ki, alexa.com vebsəhifələrin reytinqini müəyyən edən bir sistemdir.

pasha-insurance.az

Pasha-insurance.az saytı alexa.com-un trafik renkinqinə görə son 3 ay ərzində 2 462 399-cu yerdə durur. Bu sayta girənlər orta hesabla saytın hər səhifəsində 44 saniyə vaxt keçirirlər. Və hər giriş zamanı orta hesabla 3 dəqiqə saytda vaxt keçirirlər. Sayta girənlər orta hesabla 3.0 unikal səhifə açırlar.

Sayt üçün populyar axtarış tələbləri

1          jamal pashaev 40.58%
2          corporate insurance department          35.22%
3          "the inflicted damage"            8.35%
4          beynəlxalq sığorta şirkəti tibbi sığorta            5.40%
5          paşa holding    2.95%
6          paşa holdinq vakansiya           2.24%
7        paşa holding vakansiya           1.98%

ateshgah.com
Atəşgah sığorta şirkətinin saytı alexa.com-un renkinqində 1805806-dır. Sayta girənlər gün ərzində 2.8 unikal səhifə açırlar. Sayta girənlər orta hesabla 63 saniyə vaxt keçirirlər və 20 saniyə səhifələrə vaxt ayırırlar. Sayta daxil olanların əksər hissəsi 18-24 yaş arası, ali təhsillilərdir və iş yerlərindən.

Sayt üçün populyar axtarış tələbləri


1
avtomobil icbari sığorta
46.22%
2
ateshgah
32.13%
3
темз сыгорта групп
11.05%
4
avtomobillərin icbari sığorta
2.83%
5
cəlil məmmədquluzadə küçəsi
2.55%
6
ateshgah sigorta
2.35%
7
auditor reyi
1.42%

xalqsigorta.az

Xalqsigorta.az alexa.com-un trafik renkinqinə görə dünya üzrə (son 3 ayın rəqəmlərinə əsasən) 551905-ci yerdə duran saytdır. Sayta girişin təqribən 33%-I yalnız bir səhifənin açılmasından ibarət olmuşdur. Axtarış sistemləri ilə tapılması isə təqribən 3%-dir.  Sayta girənlərin əksər hissəsi 35-44 yaş araspı ali təhsilli, evil insanlardır ki, sayta iş yerlərindən daxil olurlar.

Sayt üçün populyar axtarış tələbləri
1          xalq sığorta      81.82%
2          daşma borusu 4.72%
3          sığorta şirkətləri klinika siyahısı          3.41%
4          siğorta             3.11%
5          ecological inssurance   2.17%
6          ecological insurance    2.17%
7          секретарь референт   1.36%

 iic.az
Dünya üzrə 968591 sayt beynəlxalq sığorta şirkətinin saytı iic.az-dan öndədir. Bu sayta daxil olanların 6%-i axtarış sistemləri vasitəsi ilə sayta daxil olmuşdurlar. Saytda olmanın orta vaxtı 46 saniyədir, hər səhifəyə isə 27 saniyə baxırlar. Təqribən 47% sayta giriş isə yalnız bir səhifəni nəzərdən keçirtməkdən ibarət olur. Sayta girənlərin əksər hissəsi 35-44 yaş araspı ali təhsilli, evil insanlardır ki, sayta iş yerlərindən daxil olurlar.

Sayt üçün populyar axtarış tələbləri
1          İcbari sığorta   47.55%
2          beynəlxalq sığorta       14.58%
3          beynəlxalq sığorta şirkəti        12.43%
4          company of the year buta palace        7.87%
5          air transport insurance             3.55%
6          moody's financial stability rating "e ' 3.19%
7          beynəlxalq sığorta şirkəti tibbi sığorta            3.19%

axambask.az

Axambask.az #1,241,613 renkinqindədir. Gün ərzində orta 1.9 unikal səhifə açılır. Yəni orta hesabla 1.9 səhifəyə girilir və həmin İP adresdən bir daha ora girilmir. Sayta girənlər orta hesabla hər girişdə  80 saniyə vaxt keçirirlər. Saytın hər səhifəsinə düşən belə rəqəm isə 30 saniyədir. Auditoriyaya gəldikdə isə orta yaş 25-34 olan kişilər öz iş yerlərindən daxil olurlar.

Sayt üçün populyar axtarış tələbləri

1
baki demir yol bilet
40.76%
2
media mərkəz
13.42%
3
mbask sığorta şirkəti
10.07%
4
Axambask
8.76%
5
axa mbask
6.71%
6
mbask sigorta
6.34%
7
"after launch warranty"
4.15%

a-group.az

A-group.az-ın alexa.com-da renkinqi 441318-dir. Sayta daxilolmaların əksəriyyəti axtarış sistemləri hesabına baş verir. 13% daxilolmalar yalnız bir səhifəyə baxışdan ibarətdir. Hər gün orta hesabla 6.1 unikal səhifə açılır. a-group.az saytına daxil olanlar orta hesabla 25-34 yaş arası, uşaqları olmayan, kişilərdir və onlar iş yerlərindən daxil olurlar.A-group.az's three-month global Alexa traffic rank is 441,318. Very few visits to the site are referred by search engines. This site is located in Azerbaijan. Approximately 13% of visits to...

Sayt üçün əsas axtarış tələbləri

1
ss group baku
30.23%
2
auditor rəyi
28.23%
3
audit rəyi
14.26%
4
a group
5.22%
5
sığorta şirkətləri klinika siyahısı
4.76%
6
dental studio tibb mərkəzi
4.05%
7
az group of companies
3.29%


пятница, 25 мая 2012 г.

Maraqli arashdirma

Turkiyede insanlari qaygilandiran nedir?



Maraqli bir yazi oxudum. Sonra onun haqqinda qisa qeyd edib bura yerleshdirdim. Sığorta üzrə Türkiyədə aparılmış bazar araşdırması maraqlı nəticələr ortaya qoymuşdur. “Türkiye Sigorta ve Reasürans Şirketleri Birliği”nin 5 il sonra apardığı araşdırma insanların əvvəlki iqtisadi qayğılarının əvəzinə, baş verəbiləcək hər hansı bir zəlzələ və sağlamlığa zərər qorxusu yaranmışdır. 2007-ci ildə aparılmış araşdırma nəticəsində insanların iqtisadi problemlərdən yaranan qayğıları ön plana çıxmışdır. Məlum olmuşdur ki, Türkiyə insanı hazırda həyatlarının davamlılıqlarından daha çox əndişəlidirlər. Şübhəsiz ki, insanlar iqtisadi problemlərdən dolayı yaranacaq çətinliklərdən ehtiyat edirlər. Lakin həyatın davamlılığına təsir edə biləcək itkilərdən daha çox ehtiyat edirlər.  

четверг, 24 мая 2012 г.

sığortanın tarixindən


Bir az sığorta tarixindən yazmaq qərarına gəldim. Baxmayaraq ki, deyilmiş sözlər də, ola bilər amma istənilən halda təkrar biliyin anasıdır. Dünya tarixində sığortaya bənzər ilk fəaliyyətlərə təxminən 4000 il bundan əvvəl Babillərdə rast gəlinir. Dövrünün ticarət mərkəzi hesab edilən Babildə karvan sahiblərinə borc verən sərmayədarlar, karvanları qarət edildikdə və ya pulları güclə əllərindən alındıqda tacirlərin borclarını silər və bunun müqabilində tacirlər borcu geri qaytardıqları zaman, öz üzərlərinə götürdükləri risqə görə borcun əsas məbləğinin müəyyən faizi miqdarında əlavə pul alırdılar. Sonralar bu cür fəaliyyətlər kral Hammurapi tərəfindən qanuniləşdirildi.

          Tədiyyə əsaslı sığortaya ilk dəfə təxminən 1250-ci illərdə Venesiya, Pisa, Florensiya və Genuya şəhərlərində rast gəlinir. Bu günkü mənada sığortaya isə yalnız XIV əsrlərdə təsadüf edilir.

          XIV əsrdə dəniz ticarətinin ən çox inkişaf etdiyi İtaliyada sığorta təminatına bir ehtiyac hiss edildi və dəniz sığortası anlayışı da ilk dəfə burada yarandı. İlk sığorta şəhadətnaməsi (polisi) kimi qəbul edilən müqavilə 23 oktyabr 1347-ci ildə İtaliyanın Genuya limanından Mayorkaya gedən “Santa Klara” gəmisində daşınan yükə təminat verilməsi məqsədilə hazırlanmışdır. İlk sığorta şirkəti isə 1424-cü ildə yenə də Genuya şəhərində yaradılmışdır. Sığorta işi üzrə ilk qanun isə 1435-ci ildə elan edilmiş Barselona fərmanıdır.

          Quru sığortalarının yaranmasına isə 1666-cı ildə Londonda baş verən və dörd gün davam edərək 13000 ev və 100 kilsənin yanıb-külə dönməsinə səbəb olan böyük yanğın təkan vermişdir. Sonradan bu hadisə ilə bağlı 1667-ci ildə Yanğın Bürosu yaradılmış, 1684-cü ildə isə bu büroya rəqib olaraq bir ortaqlıq şəklində ilk yanğın sığorta şirkəti fəaliyyətə başlamışdır.

пятница, 18 мая 2012 г.

AXA Ukrayna




Bizim AXA-dan yazmışkən Ukraynadakından da yazaq. Ukraynadakı AXA hesabat vermişdir.
Olduğu kimi saxlayaraq diqqətinizə çatdıracam.
DEMƏLİ BELƏ: Ukraynanın AXA Sığorta şirkəti 2012-ci ilin ilk rübü üzrə hesabat verib. Şirkətin yığımları və hadisələr üzrə ödənişləri 15%-dən çox artmışdır. Belə ki, son 3 ay ərzində yığımlar 180 milyon qrivin olmuşdur bu da keçən ilin analoji dövrü ilə müqayisədə çoxdur. Həmçinin ödənişlər də, 88.3 milyon qrivin olmuşdur. 
44% artım isə icbari sığortanın satışı üzrə olmuşdur. Könüllü sığorta isə AXA Ukraynada 107 milyon qrivin olmuşdur. Bu da keçən ilin analoji dövrü ilə müqayisədə 23% artıq olmuşdur.
Xatırladaq ki, "AXA Sığorta" Ukraynanın sığorta bazarının lider şirkətlərindən biridir. Beynəlxalq sığorta qrupu olan AXA-nın(Fransa) tərkib hissəsidir. Bu gün Ukraynada 500 000-dən çox insan bu şirkətə etibar edir. Şirkət müştərilərə gündəlik olaraq orta hesabla 1 milyon ödəniş edir.

Belə bu da Ukraynadakı AXA. Kursu nəzərə alıb rəqəmləri daha ətraflı incələyə bilərsiz.

informasiya haqda


Informasiya hər şeydir. Bu barədə çox deyilib,yazılıb. İndi də bir qədər yazaq. Geniş informasiya bazası ona imkan verir ki, şirkət öz satışlarına və nəinki satışa kompleks şəkildə bütün sahəyə nəzarət edə bilsin. İnformasiyanın verdiyi üstünlükləri, faydaları sadalamaqla bitməz. Necə də, olmasa informasiya əsridir. Xüsusən sığorta şirkəti üçün bu daha vacibdir. Azərbaycan sığorta bazarı inkişaf etməkdə olduğundan bu bazar üçün informasiya çox vacibdir. Və zənnimcə sığorta şirkətləri bundan faydalanmalıdır. Necə ki, faydalanır da...
«AXA-Mbask» sığorta şirkəti xarici korporativ şəbəkə - «Extranet»in tətbiqinə başlayır.  «Extranet» onlayn rejimində işləyən və şifrə ilə qorunan, yalnız şirkətin sığorta agentləri üçün nəzərdə tutulmuş veb-şəbəkədir. «Extranet» şəbəkəsində başlıca diqqət gerçək zaman kəsimində sığorta şirkəti ilə məlumat mübadiləsinə yetirilir. Bununla da agentlər öz portfelinə müstəqil nəzarət edərək satdıqları sığorta şəhadətnamələri haqqında hesabatlar tərtib etmək, qazandıqları komisyon haqları barədə müntəzəm məlumat əldə etmək, müştərilərə dair məlumat bazasını saxlamaq, sığorta müqavilələrinin bərpasını nəzarətdə saxlamaq imkanı qazanırlar.

среда, 16 мая 2012 г.

Sığorta şirkətlərinə inam və ya mənfi imic


Bir yazı oxudum. Fikir bildirməyə bilmədim. Çalışdım ki, yazım. Amma əvvəlcə linkini yerləşdirim. Qeyri-adi bir yazı yox idi. İnsanların sığorta şirkətlərinə inanmaması haqda idi. Əvvəllər adını eşitmədiyim iqtisadçı ekspert. Google.com-a girdim axtardım. Yenə tapmadım. Adın qeyd etmərəm. Yazıda qeyd edilirdi ki, bəzi sığorta sirkətləri  müqavilə tərtib edərkən istehlakçılara hüquqlarını qətiyyəən nəzərə almırlar. Amma hansı şirkətlər? Qeyd edilmirdi. Nədən? Qəti bir söz yaza bilmərəm.

Öz fikrimi bölüşəcəm. Məncə istehlakçını aldadan qanun qarşısında və əlaqədar qurum qarşısında cavab verməlidir. Necə ki, verir də. Məncə özünü iqtisadçı xüsusən də, ekspert sayan birisi insanların sığorta barədə maariflənməsində maraqlı olmalıdır. Niyə? Çünki iqtisadiyyatda hər proses suya atılan daş kimidir. Daş öz ətrafında dalğa yaratdığı kimi. Hər prosesin də, öz təsirləri olur. Odur ki, sığorta barədə maarifli insanların olması sığortanın inkişafı deməkdir. Bu da öz növbəsində bütün iqtisadi sistemə təsir edir. Həm də ki, müsbət. Məntiqi nəticə: Sığorta haqqında mənfi imic doğuracaq fikirlər bildirən ümumilikdə iqtisadi sistemin inkişafında maraqlı deyil. Daha çox şey yazmayım.

Sonuncu bir məncə. Məncə sığorta barədə cəmiyyəti  maarifləndirməli olan ictimai fikrə təsir edə bilənlərdir. Kimlər? Məsələn jurnalistlər, bu barədə yazanlar. Amma...burada da, bir əmma var. Əgər sığorta haqqında yazan özü bu barədə məlumatlı deyilsə onda çətin ki, kimisə məlumatlandıra ya da maarifləndirə. Bu cümləmə irad tutanlara xırda bir cavab. İcbari sığortanı məcburi adlandıran yazar sizcə bu sahədə nə dərəcədə məlumatlıdır. Nəisə çox uzun yazdım..Bu qədər....

P.S. Bir də ki, sığorta müqavilələri AR Maliyyə Nazirliyinin təsdiqlədiyi qaydalara əsasən tərtib olunur. Odur ki, əziz iqtisadçı ekspert,ola bilməz ki, burada istehlakçı hüququ pozulsun.

Sığorta şirkətləri üçün 4 əsas istiqamət.


Adı qəliz olsa da, özü sadədir. Əvvəl qeyd etdiyimiz kimi sığorta şirkətlərində marketinq məsələsi unikaldır. Yəni, sığorta məhsulu başqa məhsullardan tam fərqli olduğundan onun marketinqi də, bu cür olmalıdır. Həm də, onların satdığı maddi deyil. Odur ki, sığortada marketinq daha çox müştəriyə əsasən olmalıdır. Bununla yanaşı başqa sahələrdən fərqlənmədən sığorta şirkəti də, səmərəli marketinq alətlərinə nəzərən fəaliyyət göstərməlidir. Və bəzi məqamlar var ki, sığorta şirkəti bunları nəzərə almalıdır:

Bazarı bilmək

Birincisi və vacibi: Hər bir sığorta şirkəti bazarı bilməlidir. Deyə bilərsiz ki, bu onsuz da belədir. Hər bir şirkət bazarını bilir. OK.  Tutalım razılaşdıq. Onda nədən kimlərsə ön mövqedə kimlərsə arxa mövqedə yer alır? Və nədən hansısa şirkətin gəlirləri aşağı, hansınınkısa yuxarıdır? Bunların səbəbini sırf azərbaycanla bağlamaq faydasızdır. Çünki hər yerdə kim isə çox sata bilər kim isə az. Odur ki, bazarı bilmək ən birincidir və vacibdir. Bazarı bilmək hədəf kütləni bilməkdir. Hədəf kütləsini bilmədən satanlar isə uğursuzluğa məhkumdur. Niyə? Çünki hədəfini bilən müştərisinə dah düzgün yanaşır və onu saxlamaqla irəli gedir.

Planın yaradılması

Uğurlu marketer heç vaxt sadəcə nə isə eləmir. Öz bilgiləri, təcrübəsi, şirkətinin cari durumuna əsasən planlaşdırılmış hərəkət edir. El dilində desək 100 ölçüb 1 biçir. Analiz etdikdən sonra prioritet müəyyən edir və ona uyğun iş görür. Bu da o deməkdir ki, ənənəvi və qeyri-ənənəvi media alətlərdən istifadə edilir ki,birbaşa və ya dolayı yolla satış artsın.



Səmərəliliyin ölçülməsi

Bu sığorta şirkətinə gərəklidir. Niyə vacibdir? Ona görə ki, yuxarıda qeyd etdiyimiz prioritet və məqsədlər ölçüləbilməlidir. Yəni bilinməlidir ki, o məqsədlərə çatılıbmı. Bu müştərilərin sayına görə analiz, satışlara görə, rəqiblərə görə müqayisə və sair və ilaxır. Həm də, şirkətlər bəzi müasir analiz alətlərindən də yararlanmalıdır. Bu vebsəhifələrə və digər informasiya resurslarına aiddir.

Feedback-in yığılması

Kim isə deyər ki, almadır nədir bu...Amma sığorta şirkəti üçün dildəki söz əsasdır. Ələxsus da, azərbaycanda. Marketinqin effektivliyini ölçmək üçün sığorta şirkəti kəmiyyət göstəricisinə əsasən müştərilərin onun haqqında fikrini onların rəyi əsasında ölçməlidir. Deyəsən uzun alındı. Qısası: Nə etdinsə gərək biləsən ki etdiyini kim bəyənir kim yox. Nə yaxşı işləyir nə pis? Bu nədən ötrüdür düşnənlərə cavab: Ona görə ki, ağıllı marketer bundan yararlanıb daha effektiv fəaliyyət qurar.

Bu qədər, çalışdım maraqlandırım.

вторник, 15 мая 2012 г.

Sığorta və pul

Yox. Uzun cümlələr səni bezdirməyəcək. Bu gün sığortanın vacibliyi barədə düşünürdüm. Düşünməkdənsə əməlin vacib olduğu ağlıma gəldi və bu slaydı hazırladım. İndi diqqətinizə çatdırıram. Adını da belə qoydum: Pul vacibdir. Eyniadlı kohnə bir yazım var idi. Amma bu slayd sırf sığortaya aiddir. Beləliklə pul vacibdir. 

Dünən

Hamı bu haqda yazdı. Bu yazı bu bloqda da yer aldı...necə vardısa eləcə. Sadəcə əvvəlinə "dünən" sözünü əlavə etdik.


DÜNƏNAzərbaycanın aparıcı sığorta şirkətlərindən olan “Qarant Sığorta” cari ilin ilk rübünün hesabatını verib. Bu ilin birinci rübündə sığorta yığımları üzrə göstərici 1761192.69 manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 65% çoxdur. “Qarant Sığorta” ən çox avtomobillərin könüllü sığortası, əmlak sığortası və digər sığorta növləri üzrə yığım əldə etmişdir. Şirkətin sığorta hadisələri üzrə ödənişlərinin həcmi isə 357963.22 manat olmaqla keçən ilin müvafiq dövrü ilə müqayisədə 27% artmışdır. Bu ilin ilk rübü bizim üçün çox uğurlu olub. Biz Azərbaycan sığorta bazarının ən gənc sığorta şirkəti olsaq da artıq bazarda aparıcı mövqelərdən birini tuturuq. Çox şadam ki, müştərilərimizin etibarını qazanmışıq və ümid edirəm ki,  2012 yekun hesabatında “Qarant Sığorta” lider sığorta şirkətlərindən biri olacaq” – deyə şirkətin İdarə Heyətinin Sədri  Fuad Allahverdiyev 2012 – ci ilin ilk rübünün nəticələrini şərh edərkən bildirib. Bu ilin ilk rübündə korporativ sosial məsuliyyət layihələri həyata keçirməyə davam edən şirkət AİESEC-ın təşkilatçılığı ilə universitet tələbələrinə “İdarəetmədə liderlik və hakimiyyət” və “Müsahibə aparmaq sənəti” mövzularda treyninqlər keçib, İRƏLİ İB ilə keçən il başlamış olduğu “Sığorta Akademiyası” layihəsi çərçivəsində İRƏLİ Gənclik Mərkəzində layihə iştirakçıları ilə görüş keçirilmiş, həmçinin sığortanın praktiki tərəflərinə dair layihə iştirakçılarına şirkətdə təlim keçirilmişdirXatırladaq ki, “Qarant Sığorta” Şirkəti 2007-ci il noyabrın 27-də fəaliyyətə başlayıb və ölkənin ən iri holdinqlərindən biri hesab olunan  “ZQAN Holdinq”-ə daxildir. Şirkət həm fərdi, həm də korporativ müştərilərə bir çox  sığorta növü üzrə xidmət təklif edir.





понедельник, 14 мая 2012 г.

İlk yazı

Hamıya salamlar!
İlk yazını yazmaq çox çətindir. Çünki yazacağın nə dərəcədə əhəmiyyətli olacaq bilmirsən. Çünki yazacağın necə qəbul olunacaq bilmirsən. Həm də bilmirsən ki, hansı imic yaradacaq. Amma bütün bunlardan vacibi və əsası odur ki,  sənə fayda verəcəkmi?
Bəli. Məhz sənə. Hal-hazırda bunu oxuyan sıradan birisinə.
Sənin üçün yazdım, dəyərli oxucu. Ağlıva belə bir sual gələ bilər ki, niyə axı sənin üçün yazdım. Sadə cavab: Düşünürəm ki, sığorta barədə bloqa ehtiyac var. Tək bloqa yox. İstənilən elektron resursa. Belə qərara necə gəldim? sadəcə apardığım araşdırmalar bu fikrə gəlməyə əsas verdi. Kimliyim maraqlıdırsa qısaca bir linki qeyd edirəm. İlk bloqum. Bu qədər...Vaxtınızı çox almadan keçəcəm əsas mətləbə. Sığorta haqqında bloqa.
Hormətlə Ceyhun Qubatov