четверг, 17 января 2013 г.

Sığorta bazarı 2012-də

2012-ci ilin rəqəmlərinə nəzər yetirək. İlin sonuna sığorta şirkətlərinin yığımları aşağıdakı kimidir:



Sığortaçının adı Sığorta Haqları
1 “Paşa Sığorta” şirkəti Açıq Səhmdar Cəmiyyəti                    46,687,888.88
2 “AzSığorta” Açıq Səhmdar Cəmiyyəti                    39,797,146.98
3 “Atəşgah” Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti                    37,812,714.36
4 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti                    34,562,103.00
5 “Standard Insurance” Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti                    21,314,319.75
6 “AXA MBASK” Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti                    17,697,578.60
7 “Atəşgah Həyat” Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti                    15,757,916.92
8 “Beynəlxalq Sığorta şirkəti” Açıq Səhmdar Cəmiyyəti                    14,780,686.15
9 “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti                    14,696,544.32
10 “A-Qroup Sığorta şirkəti” Açıq Səhmdar Cəmiyyəti                    13,944,993.38
11 “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti                    12,583,468.96
12 “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti                    10,640,612.49
13 “İPƏK YOLU SIĞORTA” ASC                      8,556,226.59
14 “Qarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti                      8,450,170.94
15 “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti                      7,813,674.97
16 “Qala Həyat” Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti                      6,356,146.00
17 “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti                      5,693,659.00
18 “Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyəti                      5,343,134.46
19 “Mega Sığorta” Açıq Səhmdar Cəmiyyəti                      4,369,335.43
20 “Başak şnam Sığorta şirkəti” Açıq Səhmdar Cəmiyyəti                      3,400,505.31
21 “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti                      3,394,284.05
22 “Buta Sığorta” Açıq Səhmdar Cəmiyyəti                      2,815,239.15
23 “Çartis Azərbaycan” Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti                      1,833,059.00
24 “Azərqarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti                      1,714,142.71
25 “Əmrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti                      1,051,712.00
26 “Era Trans Sığorta” Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti                         916,677.34
27 “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti                         454,912.20
28 "Royal Sığorta" Açıq Səhmdar Cəmiyyəti                           80,493.88
  YEKUN                  342,519,346.82

Sığorta ödənişləri üzrə isə həmin cədvəl bu cürdür:

Sığortaçının adı Sığorta Ödənişləri
1 “Paşa Sığorta” şirkəti Açıq Səhmdar Cəmiyyəti                          22,871,556.33
2 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti                          11,771,917.00
3 “Atəşgah” Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti                            9,429,779.21
4 “Beynəlxalq Sığorta şirkəti” Açıq Səhmdar Cəmiyyəti                            6,432,096.19
5 “A-Qroup Sığorta şirkəti” Açıq Səhmdar Cəmiyyəti                            6,060,379.18
6 “AXA MBASK” Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti                            5,867,938.02
7 “Standard Insurance” Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti                            5,337,777.23
8 “Atəşgah Həyat” Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti                            3,719,976.65
9 “AzSığorta” Açıq Səhmdar Cəmiyyəti                            3,656,539.92
10 “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti                            2,608,304.72
11 “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti                            2,497,111.80
12 “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti                            2,233,211.39
13 “İPƏK YOLU SIĞORTA” ASC                            1,834,868.88
14 “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti                            1,627,845.40
15 “Qarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti                            1,543,212.07
16 “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti                            1,177,276.83
17 “Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyəti                            1,135,353.37
18 “Başak şnam Sığorta şirkəti” Açıq Səhmdar Cəmiyyəti                               950,653.30
19 “Era Trans Sığorta” Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti                               614,825.25
20 “Mega Sığorta” Açıq Səhmdar Cəmiyyəti                               532,889.56
21 “Əmrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti                               475,774.54
22 “Azərqarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti                               467,523.56
23 “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti                               359,652.71
24 “Buta Sığorta” Açıq Səhmdar Cəmiyyəti                               316,492.54
25 “Qala Həyat” Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti                               144,171.00
26 “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti                               140,808.38
27 “Çartis Azərbaycan” Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti                                 50,373.00
28 "Royal Sığorta" Açıq Səhmdar Cəmiyyəti                                   2,573.74
  YEKUN                          93,860,881.77

воскресенье, 13 января 2013 г.

Sığortalı Gənclik

Linkini də, verməklə maraqlı bir xəbəri olduğu kimi bloqumda yerləşdirirəm:

"Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihəsi keçiriləcək


Azərbaycan Sığortaçılar Assosiasiyası və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası  Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 3-8 fevral tarixlərində Gəncə şəhərində "Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihəsi keçiriləcəkdir.
Layihə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 100 gənc lideri bir araya gətirəcək. 6 gün davam edəcək layihə müddətində gənclər sığorta, iqtisadiyyat, maliyyə eyni zamanda gəncləri əhatə edən müxtəlif mövzular üzrə ölkənin ən aparıcı ekspertləri ilə üsniyyətdə və fikir mübadiləsində olmaq imkanı əldə edəcəklər. Beş komadaya bölünən işitrakçılar layihə müddətində qalibiyyət uğurunda biri-biriləri ilə yarışacaqlar.
"Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihədə iştirak etmək istəyən şəxslər 18 Yanvar tarixinə qədər “İRƏLİ” İctimai Birliyinin rəsmi saytında (www.ireli.az/wu2013) yerləşdirilmiş ərizə formasını dolduraraq iştirak üçün müraciət edə bilərlər.

понедельник, 7 января 2013 г.

1 "like"-a 1 profil

sığortala






Yeni ilin ilk iş günündə maraqlı bir xəbər oxumuşdum. Həmin xəbər barədə qeydlərimi sizlərə çatdırıram. Kimlərsə bizdə sığortanın işləmədiyini, kimlərsə ümumiyyətlə gərəksizliyini bu ildə vuröulayacaq. Mən də, mənim kimi bir çoxları da, bu fikirdən onları daşındıracaq və yaxud cəhd edəcək. Nə isə indi bu haqda danışmayaq. ALLah qismət eləsə bunun üçün bu il kifayət qədər imkan olacaq. Qayıdaq maraqlı xəbərə. Düşündüm ki, bizim insanlar üçün də, eyni zamanda sığortaçılar üçün də, maraqlı olardı…Günəş Sığorta adlı türk sığorta şirkəti yeni ildə bir ilkə imza atmışdır. Qəribə də, olsa facebook sığortası adlanır. Əgər sığorta olunanların facebok profilləri tanımadıqları insanın əlinə keçdikdə yenidən özlərinə qaytarılır. Bunun qarşılığında isə Günəş sığortanın səhifəsinin like edilməsi gözlənilir. Yəni bir like müqabilində profil sığortalanır. Müddət isə bir ildir. Həmçinin müştəriyə Facebook sığortasına aid sertifikat verir. Türkiyədə 32 milyon facebook istifadəçisi vardır. Dünyada 7-ci yerdədir. Kifayət qədər böyük bir rəqəm olan 32 milyon daha çox tanıtımlığı artıracaq bir rəqəmdir. Elə bu cür sığortanın tanıtımlığa yönəlik olduğunu Güneş Sigorta Kurumsal İletişim Müdürü Arzu Tan da, bildirmişdir. Facebookdakı bu app profildə baş verənləri video şəklində izləməyə də, imkan yaradır. Yerləşdirilmiş bütün şəkillərə, linklərə, videolara və yazılara baxmaq mümkün olur. Həmçinin hər 50-ci müştəriyə D&R-dən 25 TL məbləöində endirim də, vardır. Günəş sığorta haqqında qısaca qeydlər etmək də, istərdim. 55 ildir yaranıb. 11 bölgə müdirliyi, 3 temsilçilik və 2600-dən çox satış kanalları mövcuddur.   Bu qədər bu oxuduğum xəbəri, müzakirə üçün maraqlı xəbəri, sizlərə ilin ilk iş günündə çatdırdım. Şübhəsiz ki, suallarınız meydana çıxdı..Məsələn 1 ildən sonra nə olur?..