Axırıncı yazımı 27 noyabrda yazmışdım. İndi yenə sığorta haqqında fikirlərimi bölüşəcəm.
Aktiv satışla məşğul olarkən belə yazılar yazmağa vaxt olmur. Amma belə bir deyim də, var ki, istəsən vaxt
taparsan istəməsən bəhanə. Nə isə bəhanəni qoyum keçim mətləbə.
Aktiv
sığorta satışı ilə məşğul olduğum periodda bazarı tamam ayrı yöndən təsəvvür
etməyə başladım. Sığorta bazarı mənim
düşündüyüm kimi deyildi. Demək olmaz
pisdir yaxud yaxşıdır. Necə var elə o cürdür. Sözümə görə marketer dostlar
inciməsinlər. Amma bazar marketoloqun
gördüyü kimi deyil. Bir satış insanın hər gün rastlaşdığı kimi. Marketoloq
tamam ayrı istiqamətlərdən baxır. Daha fərqli görür bazarı. Amma satışdakı
insan heç bir istiqamətdən baxmır. Elə həmin bazarın inçində olur. Ayrılmaz
hissəsi olur. Satış insanı bilir ki, posterin üstündə iri hərflərlə avtomobil
sığortası yazılsa daha effektiv olar nəinki hansısa kasko məhsulunun gözəl və
kreativ adı. Xeyir mən marketoloqlara
qarşı deyiləm və marketinq barədə düşüncələrimi heç kəs dəyişməyib. Sadəcə bir dostumun dediyi kimi daha dərinə
getmişəm. Satışa. Və sığorta bazarına tam fərqli baxıram. Fərqli baxdığım müddətdə
də, müəyyən etdim ki, satış 3 hissəyə
bölünür.
Birinci
hissə hər zaman edəcəyin satış. Bu elə
satışdır ki, istənilən halda edirsən bunu. Çünki, sənin sığorta ilə məşğul
olmağını bilən qohumların var, tanışların və dostların var. Elə insanlar ki,
sizin sığortada olmağınıza görə məhz sizə müraciət edir. Bu cür satışa hədəflənməyə
ehtiyac yoxdur. Çünki, bu onsuz da, baş verəcək. Belə satışı istədiyin vaxt edəcəksən. Məsələn dostun sənə zəng edir və sığortalanır.
Digər
hissə daha təhlükəli hissədir. Onu ümumiyyətlə unutmalısan. Bu heç vaxt edə
bilməyəcəyin satış. Çünki necə edirsən et sən bacarmayacaqsan. Ona görə yox ki,
bacarıqsızsan. Ona görə ki, şərait elə gətirir. Həmən bu satış başqa bir
agentin birinci hissə satışını təşkil edir. Hər zaman edəcəkləri satış. Mənim
praktikamdan bir misal. İndiki şəraitdə mən Qubatov Ceyhun heç cürə Nərimanov
metrosu ərazisindəki obyektlərə icbarti əmlak sata bilmərəm.
Sonuncu
hissə isə ən vacibidir. Etməli olduğun satış.Nəyə görə etməli olduğun. Çünki bu
qism satış yuxarıdakı ikisinə aid deyil. Yəni bunu əldə etmək üçün səy göstərməlisən
və bu satışı sənin əlindən alan yoxdur. Get ele! Bu o satıdır ki: zəng edirsən.
Görüşürsən. Yenidən zəng edirsən. Mail yazırsan. Yenidən görüşürsən. Və
sair və sair. Sonda müqavilə buraxılır. Bu o satışdır ki, sırf bacarığın, bəxtin,
savadın, fərasətin bir sözlə enerjin hesabına edirsən. Can yandırıb
alındırırsan. Sığorta agenti məhz bunun
üzərində düşünməlidir. Hədəfi bu olmalıdır.