среда, 27 июня 2012 г.

Top 15 sığorta şirkəti

2012-ci ilin yanvar-may ayları üzrə sığorta yığımlarının 92.37%-i 15 sığorta şirkətinin payına düşür. Yerdə qalan 8%-ə yaxın hissə isə digər sığorta şirkətlərinə aiddir. Keçən ilin yanvar-may aylarında isə ilk 15 şirkətin payına 87.73% düşmü.dür. Ümumilikdə yığımlar isə yanvar-may ayları üçün 2011-ci illə müqayisədə 67 faizdən çox artmışdır. Aşağıdakı şəkil isə top 15 şirkəti göstərir.
Ceyhun Qubatov

понедельник, 25 июня 2012 г.

Sığorta yığımların artımı


Lakin heç də, iş renkinqi tərtib etməklə bitmir. İstənilən rəqəmin müqayisəyə və təhlilə ehtiyacı var. Odur ki, 2012-ci ilin yanvar may aylarında sığorta bazarının durumunu bir qədər incələyək. Ötən ilin yanvar-may ayları ilə müqayisədə yığımlar 1.67 dəfə yəni, 58250687.64 manat artmışdır. Ayrı-ayrılıqda sığorta şirkətlərinin yığımlarının artımına gəldikdə isə, ən böyük artım Meqa Sığorta şirkətində olmuşdur. Lakin bu nisbət göstəricissidir. Manat ilə ifadədə isə ən çox artım Paşa Sığorta şirkətində olmuşdur. Paşa Sığorta şirkətinin yığımları keçən ilin analoji dövrü ilə müqayisədə 22587805,35 manat olmuşdur. Bu artımın nisbətlə ifadəsi isə 8.25 dəfədən çox edir. Meqa Sığorta isə 73565.99 manatdan 688,475.03 manatadək, yəni 9.35 dəfə artmışdır. Ümumilikdə yığımlar isə 1.67 dəfə artmışdır. Aşağıdakı şəkildə yığımların artımı üzrə ilk 10 şirkəti görmək olar:

Ceyhun Qubatov
İndi baxacağımız cədvəl isə 27 şirkət üzrə yığımların artımını göstərir. Lakin burada Royal Sığorta şirkəti göstərilməmişdir. Çünki keçən ilin analoji rəqəmlərində bu şirkətin adı olmamışdır.


1 “Mega Sığorta” Açıq Səhmdar Cəmiyyəti 9.36
2 “Paşa Sığorta” Şirkəti Açıq Səhmdar Cəmiyyəti 8.25
3 “AzSığorta” Açıq Səhmdar Cəmiyyəti 2.83
4 “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti 2.53
5 “Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 2.45
6 “Standard Insurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 2.33
7 “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 2.32
8 “Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1.89
9 “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 1.86
10 “Qarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1.85
11 “Əmrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1.56
12 “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1.52
13 “Azərqarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1.47
14 “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1.32
15 “Beynəlxalq Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 1.2
16 “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1.18
17 “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1.16
18 “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1.09
19 “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 1.05
20 “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 1
21 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 0.94
22 “Çartis Azərbaycan” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 0.92
23 “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti 0.89
24 “Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 0.88
25 “Era Trans Sığorta” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 0.7
26 “Temz Sığorta Qrupu” Açıq Səhmdar Cəmiyyəti 0.166
27 “İPƏK YOLU SIĞORTA” ASC 0.09

Sığorta şirkətlərinin daxilolmalar üzrə renkinqi

2012-ci ilin 25 iyunu maliyyə nazirliyinin saytından oxuduğum məlumata əsasən cədvəl tərtib etməliydim. Elədim də. Demə tərtib edəcəyim cədvəl başqa saytlarda da var imiş. Uzun-uzadı yazmaqdansa keçək həmin cədvələ.




Sığortaçının adı Sığorta Haqları Sığorta Ödənişləri
1 “Paşa Sığorta” Şirkəti Açıq Səhmdar Cəmiyyəti 25,702,109.03 9,116,379.60
2 “AzSığorta” Açıq Səhmdar Cəmiyyəti 15,159,565.92 851,874.44
3 “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 14,494,503.89 3,180,200.54
4 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 10,513,342.00 3,786,253.00
5 “Standard Insurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 9,792,296.67 1,283,931.90
6 “Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 9,228,276.19 298,960.90
7 “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 8,104,525.08 2,147,215.64
8 “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 8,101,341.91 97,788.39
9 “Beynəlxalq Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 6,429,278.86 2,230,440.59
10 “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 5,585,047.30 2,079,342.94
11 “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti 5,482,246.64 879,729.00
12 “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti 5,330,442.75 1,108,288.87
13 “Qarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti 3,522,346.98 594,838.95
14 “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 3,298,898.50 28,384.26
15 “Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyəti 2,917,556.98 443,906.55
16 “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti 2,497,272.71 905,175.05
17 “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti 2,301,777.17 629,747.28
18 “Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 1,187,500.82 297,398.71
19 “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1,049,458.84 446,405.30
20 “Azərqarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti 749,689.72 163,686.06
21 “Mega Sığorta” Açıq Səhmdar Cəmiyyəti 688,475.03 118,714.97
22 “İPƏK YOLU SIĞORTA” ASC 680,407.73 1,747,440.53
23 “Era Trans Sığorta” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 603,844.46 229,883.86
24 “Çartis Azərbaycan” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 593,318.00 3,209.00
25 “Əmrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti 378,708.48 156,694.14
26 “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti 236,389.94 67,502.19
27 “Temz Sığorta Qrupu” Açıq Səhmdar Cəmiyyəti 44,450.33 51,550.07
28 "Royal Sığorta" Açıq Səhmdar Cəmiyyəti 30,357.57 0.00
  YEKUN 144,703,429.50 32,944,942.73

Avtomobil sığortası (kiçik qeyd)


Əgər sizin avtomobiliniz varsa çox güman ki, avtomobil sığortası haqqında eşitmisiz. Olmasa da belə böyük ehtimal var ki, eşitmisiz. Çünki, indi ən çox danışılan mövzudur. İstər radioda, istər TV-də, hər yerdə, hətta adi bir çayxana söhbətlərində də, bu mövzuya rast gəlinir. Lakin bu haqda nə qədər danışılsa da, hələ ki, buna ehtiyac vardır.

Ən birincisi bu qorunmadır. Bu avtomobil sahibinin məhdud maliyyə itkilərindən qorunmasıdır. Məlum məsələdir ki, avtomobil sahibi sığorta polisi əldə etmək üçün müəyyən ödəniş edir. Həmin ödənişin müqabilində də, hadisə baş verdikdə sığortalıya ödəniş edilir. Söz yox ki, bunu oxuyan sıradan insan, düşünür ki, yazı yazanın işi gücü yoxdur bu haqda yazır. Ya da ki,belə düşünə bilər: Onsuz da bizdə alınan deyil. Amma biz istəsək də, istəməsk də, baş verən proseslər var. Elə proseslər ki, cəmiyyətlə, iqtisadiyyatla, sistemlə bağlıdır. Və bu olmalıdır. Əvvəllər banklara inamsızlıq var idi. İndi bank bizim hər birimizin həyatının ayrılmaz hissəsidir. Sığorta da bu istiqamətdə inkişaf edəcək. İstəsək də, istəməsək də. Vaxt az olduğundan az yazıb bura bir şəkil yerləşdirirəm...Sadəcə sığortalı avtomobilin qəzası bu cür görünür..
Ceyhun Qubatov

вторник, 19 июня 2012 г.

19-iyun-sığorta


Ceyhun Qubatov

Bu gün 20 iyun 2012-ci ildə bir gün əvvəl sığorta haqda oxuduqlarımı qeyd etdim. Əslində bu yazılar konkret şirkətlər haqqında müsbət fikir formalaşdırmağa yönələn yazılar idi və bazar haqqında qeyri-adi bilgilər vermirdi. Mən də, sadəcə diqqətinizə çatdırıram. Beləliklə, dünən belə bir yazı oxudum. AzSığorta 82 min 402 manat sığorta ödənişi edib. Tikinti materialları mağazasına dəymiş ziyan tam ödənilib. Bu yazının linkini də, qeyd edək. "AZSIĞORTA" ASC tərəfindən 22.04.2012-ci il tarixində Bakı şəhəri Rəsulzadə qəsəbəsində yerləşən tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın nəticəsində mağazanın sahibi Osmanov Coşqun Ayvaz oğluna iri sığorta ödənişi həyata keçirilib. (82 min 402 manat). Oxuduğum digər məlumat Atəşgah sığorta şirkəti haqqında idi. Belə başlayırdı: “Atəşgah” sığorta şirkəti daşınmaz əmlakın könüllü sığorta hadisəsi üzrə 20 min manat məbləğində ödəniş həyata keçirib. Sığorta hadisəsi Novxanı qəsəbəsindəki ikimərtəbəli bağ evində baş verən yanğınla əlaqədardır.Sığorta ödənişinin məbləği 20 min manat təşkil edib” Maraqlanan linki təqib edə bilər. Sığorta şirkətlərindən olan iş təkliflərinə gəldikdə isə düşündüm ki, imkan olsa bu barədə ayrıca yazım. Digər bütün yazılar isə bu qeyd edilənlər barədə idi.

понедельник, 18 июня 2012 г.

18 iyun-sığorta


Özümdən asılı olmadan gün ərzində ən çox eşitdiyim söz sığortadır. Sığorta nədir düşünənlər linki izləyə bilər. Həmişə olduğu kimi dünən də, sığorta haqqında nə yazılmışdısa hamısın oxuyurdum. Bu səhər isə dünən oxuduqlarımı qeyd etmək qərarına gəldim. Birinci oxuduğum Paşa sığorta şirkəti haqqında idi. Yazı bu cür başlayırdı: Paşa sığorta şirkətinə sertifikat təqdim olunub. Necə oxudumsa dəyişmədən bura qeyd edirəm. Linkini də verirəm.  AFFA-nın inzibati binasında FİFA U-17 qadınlararası dünya çempionatı “Azərbaycan 2012”-nin Yerli Təşkilat Komitəsi ilə Paşa Sığorta şirkətinin nümayəndələri arasında görüş keçirilib.  Paşa Sığorta şirkətinin FİFA U-17 qadınlararası dünya çempionatı “Azərbaycan 2012”-nin milli dəstəkçisi olması barədə sertifikat Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov tərəfindən Paşa Sığortanın İdarə Heyətinin sədri Nofəl Rzayevə təqdim olunub.

Eyni cür yazılar başqa saytlarda da, var idi. Rusca da və yəgin ki, ingiliscə də.

Daha sonra oxuduğum  amma əvvəldən də, xəbərdar olduğum yazı idi. Belə adlanırdı: “Qarant Sığorta” möhtəşəm şouya dəstək olub. Burada söhbət bazar günü keçirilən rallidən gedirdi. Yenə də, dəyişmədən o yazıdakı cümləni verirəm: “Qarant Sığorta” Bakıda Formula 1 bolidlərinin iştirakı ilə keçirilən möhtəşəm “Red Bull Racing” şousunun rəsmi sponsoru olub. Maraqlanan linkə baxa bilər. Bu yazı da, müxtəlif saytlarda digər iki dildə getmişdir.

  Bundan sonra teqib edəcəyimiz link iş təklifi barədə idi. Yenə də oradan bir cümlə: "Meqa Sığorta" Şirkəti bütün hüquqi və fiziki şəxsləri şəhərin və regionların istənilən nöqtəsində Sığorta Agentlikləri açmaq məqsədi ilə əməkdaşlığa dəvət edir.

İş günü bitdikdən sonra isə belə bir yazı oxumuşdum: Daşınmaz əmlakın icbari sığortası üzrə yığımların həcmi məlum olub. 2012-ci ilin yanvar-aprel aylarında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 2,18 mln. manata çatıb. Gün.Az-ın Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən verdiyi xəbərə görə, bu müddətdə 23,4 min manat sığorta ödənişi edilib. Yenə də, link.

Bu isə günün sonuna yaxın oxuduğum idi: “Atəşgah Həyat”ın yığımları kəskin artıb. Bunun da linkini qeyd edək. Bu yazıdan da, bir hissəni Ctrl+c vasitəsi ilə bura atıram: “Atəşgah Həyat” Sığorta şirkətinin yığımları son bir ildə 2,7 dəfə artaraq 2012-ci il mayın 1-nə 8,1 mln. manata çatıb.

Gün.Az-ın Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən verdiyi xəbərə görə, bu müddətdə şirkət tərəfindən 224,2 min manat ödəniş həyata keçirilib.

Dünən oxuduqlarım bu qədər idi...

понедельник, 11 июня 2012 г.

Əmlak sığortası



Şəkilə baxıb kimsə düşünər ki, bu nə multfilmdir. Amma oxusa daha faydalı olar. Bir az ədəbi dildə yazaq. İmkan olduqca sadə yazacam. Hələ onu deyək ki,...Bizim yaşadığımız yer bizə sığınacaq verir. Qalmağa imkan yaradır. Bu elə bir yer olmalıdır ki, bizi hər cür çətinlik və problemdən qorusun. Həmçinin həmin yeri (evi) kənardakı hər cür pis təsirlərdən qorumaq gərəkir. Belə qorunma əmlakın sığortası hesabına baş verir.  Lakin əmlakı sığortalamazdan əvvəl bu sığorta növü haqqında bilməli olduqlarınız vardır.

1.       Əmlak sığortası nədir?

 əmlakın sığortası tikilinin və içərisindəkilərin zəlzələ, daşqın, subasma, yanğın və sair kimi fövqəl təsirlərdən qorunmasına yönəlməlidir. Həm də, digər fəlakətlərdən, problemlərdən. Bundan başqa əmlakın sığortası soyğunçuluq və oğurluq kimi hallara da, yönəlir.

2.       Əmlak sığortasının məqsədi?

İndi bunu oxuyanda düşünə bilərsiz ki, inanmıram sığortaya.  OK. Olsun. Mən də inanmırdım. Vaxt keçdikcə inanacaqsız. Fikirləriniz dəyişəcək. Mütləq dəyişəcək. Bəziləriniz inansa da düşünə bilər ki, mənim nəyimə gərəkdir. Əmlakımın sığortası. Biz tərəfdə zəlzələ filan olan deyil. Amma...burda bir əmma var.  Oğurluq baş verə bilər. Və yaxud qısaqapanma ola bilər ki, bunun nəticəsində evə qoyduğun investisiya bir günə yoxa çıxar. Ya başqa xoşagəlməz hal olar. Əmlak sığortasının məqsədi isə, əmlakınıza dəyən istənilən zərərin kompensasiya edilməsidir.

3.       Üstünlük

Əgər bura qədər oxumusuzsa demək ki, maraqlıdır. Daha bir maraqlı məqam bunun üstünlükdür. Üstünlük odur ki, sənin evə qoyduğun investisiya qorunur. Nə isə baş verəndə həmin investisiyan qarşılanır.  Bir şey olsa bilirsən ki, təmir etməyə pulun var.

Bu qədər çox yazıb vaxt aparmaq istəmirəm. Aşağıdakı şəkilə baxaq:
Ceyhun Qubatov


Vaxt olduqca yenə qeyd edəcəm...

воскресенье, 10 июня 2012 г.

Sığorta və facebook




Bu yazıda bəzi sığorta şirkətlərinin facebook sosial şəbəkəsindəki səhifələri haqqinda qeyd ediləcək. ola bilər ki, sizə maraqlıdır nədən facebook haqda yazılmalıdır.  Sadə məntiq bu saytla əlaqəsi olmayan tək-tük adam var. Amma bu tutarlı səbəb deyil. Facebook yalnız istifadəçilərin sayına görə deyil həm də, onların orda keçirtdiyi vaxta görə çox vacibdir. Bəzi rəqəmlərə diqqət yetirək....

    www.alexa.com   -un trafik renkinqinə görə Facebook ikinci məhşur saytdır. Axtarış
zamanı 5% nəticələr facebookun linkini verir. İstifadəçilər orta hesabla 24 dəqiqə
facebookda vaxt keçirir və hər səhifəyə sərf olunan vaxt 53 saniyədir. Dünya üzrə facebook
istifadəçilərinin sayı artıq çoxdan 800 milyonu ötmüşdür  Azərbaycanda bu rəqəm 780 000-
den çoxdur. Azərbaycanda facebook birinci məhşur saytdır. Bu gün bir çox şirkətlərinin
facebookda səhifələri vardır. Sığorta şirkətlərinin facebook səhifələrinə gəldikdə ən çox
bəyənənlər A-Group-un səhifəsindədir- 4736. http://www.socialbakers.com/-un məlumatına
əsasən top150 azərbaycan səhifələri arasında 110-cu yerdədir. Bəzi sığorta şirkətlərinin
səhifələrinin aprel  ayı üzrə durumuna diqqət yetirək.


Ceyhun Qubatov
Ardı var...