пятница, 14 сентября 2012 г.

Ödəniş haqda


Sığorta elə geniş anlamdır ki, həyatın bütün sahələrinə ehtiva edə bilir. Fərq etməz Azərbaycanda olsun ya digər ölkədə. Dünən səyahət sığortası haqda yazmışdım. Kimin üçünsə maraqlı kimin üçünsə maraqsız fərq etməz. Maraq birdən birə yaranmır. Və özümə mənəvi borc bilərək sığortanın təbliğatı ilə məşğul olduğumdan yazıram. Fərq etməz hansı şirkət haqda. Mənimçün önəmlisi sığortanın müsbət tərəfidir. Hörmətli oxucular bildiyiniz və gördüyünüz kimi bloqun facebook-da da səhifəsi var. İki saat öncə bir mektub gəldi. İşlər çox olduğundan o saat yerləşdirə bilmədim. İndi isə vaxt tapıb yazdım. Ödəniş barədə idi. Ödənişin edilməsi və onun barədə yazıların dərci çox göxəldir. Və zənnimcə sığortanın müsbət anlamda yadda qalmasına səbəb olacaqdır.  Nə isə keçək mətləbə. “Meqa Sığorta” Şirkəti icbari sığorta üzrə daha bir ödəmə həyata keçirib. Hadisə Bakı şəhərində baş vermiş yol qəzası ilə bağlı olub. Belə ki, “Meqa Sığorta” ASC tərəfindən sığortalanmış Sığortalı “Chevrolet Malibu” markalı avtomobilin sahibi tərəfindən zərər vurulmuş əmlaka dəyən zərər üzrə 4020 manat məbləğində sığorta ödənişi “Honda-CRV” markalı avtomobilin sahibinə təqdim edilmişdir.

четверг, 13 сентября 2012 г.

Heç bir faiz də, deyil...

www.siqorta.blogspot.com
 



Hamı aktual olandan, dəbdə olandan yazır. Bu normaldır. Belə də, olmalıdır. Amma bu yazım mövsümün bitməsi ilə əlaqədar olaraq, artıq azalmaqda olan bir şey haqdadır. Səyahət sığortası haqda. Artıq hər kəs istirahətin edib. Bunun da, aktuallığı azalıb. Amma yenə də, kifayət qədər insanlar var ki, səyahət edəcəklər. Onlara da, maraqlı olar. Odur ki, səyahət sığortası haqda yazıram. Bir çox insanlar səy6ahətdən həzz alır. Zövqlər müxtəlif olur. İstirahətlər də, zövqlərə uyğun. Səyahət adətən planlaşdırılan bir şeydir. Lakin planlaşdırılan hallarda da, gözlənilməzlik olur. Bu səbəbdən də, planlaşdırılan səyahətdə də, sığorta vacibdir. Sığortasız yola çıxmaq da, yaxşı deyil. Səyahət sığortası sizin səyahət zamanı başınıza gələnlərin qorunmasıdır. Ölkənizdən çıxdığınız andan etibarən səyahət sığortanız sizi qoruyur. Şübhəsiz ki, Azərbaycanda sığortaya inam az olduğundan səyahət sığortasına da, inam azdır. Bir rəqəm...səyahət sığortası yanvar-iyul ayları üzrə yığım 937905.28 manat olmuşdur. Ümumi yığımdakı payı isə, 0.47%-dir. Yəni heç 1%-də deyil. İndi isə, rastlaşdırığım bir sorğunun yadımda qalan kiçik bir sualından yazacam. Uzaq-uzaq Amerika. Bəlkə də, yaxın. Baxmayaraq ki, orada sığorta bazarı bizdən daha çox irəlidədir. Öndədir. Və üstündür....2011-ci ildə ABŞ-da sorğu keçirilib bu barədə. Belə bir sual olub: Niyə səyahət sığortası əldə etmirsiz? 78% turist ona görə səyahət sığortası almır ki, bu növ sığorta növünə inanmırlar. Düşünə bilərsiniz ki, orada inanmırlarsa bizdə də, inanmırlar. Düzdür! Bizdə sığortaya ümumən inamsızlıq var. Sığorta bizlərin bəzilərinə pul tələsi kimi görünür. Bu haqda əvvəllərdə yazmışdım. Linki vermirəm. Sadəcə google.com-da axtarsanız (azərbaycanca) taparsız. Qayıdaq yenə səyahət sığortasına. Belə bir sual verərsiz ki, səyahət sığortası mənə nə verir? Birincisi həkim xidmətləri və onun tərəfindən təyin edilmiş dərmanlara çəkilən məsrəflər, eləcə də xəstəxanada qalma və bütün zəruri müayinələr, o cümlədən əməliyyat xərci, xəstəxanaya tibbi nəqletmə və müalicə başa çatdıqdan sonra vətənə evakuasiya ilə əlaqədar məsrəflər, sonra fövqəladə vəziyyətdə tibbi evakuasiya və/yaxud repatriasiya,  təcili stomatoloji yardım və sair. Bundan başqa da, əlavə təminatlar da, ola bilər ki, maliyyə vəziyyətinizdən asılı olaraq seçə bilərsiz.  Səfər zamanı müxtəlif riskləri azaltmaqdan ötrü səyahət sığortasını seçməlisiniz.  Başqa bir sualınız da çıxa bilər. Bəlkə də, əvvəldə sığorta sözünü görəndən bəri bu sual yaranıb sizdə. Sual təqribən belədir: Bu işləyir? BƏLİ! İşləyir. Sadəcə sözügedən hadisə baş verdikdə sığorta kartınızdakı nömrəyə zəng etsəniz bəsdir.  Səyahət sığortasını turizm agentliklərindən, sığorta şirkətlərindən, sığorta vasitəçilərindən ala bilərsiz. Turizm agentliyində sizin səyahət sığortası seçiminiz yoxdur. Çünki agentliklər konkret şirkətlərlə işləyir. Vasitəçi sizə ən azı 3seçim imkanı verəcək. Çünki onun məqsədi elə sığorta tapmaqdır ki, siz onu alasız. Özünüz də, tapa bilərsiz. Bundan ötrü bir neçə şirkətlə maraqlanmalısız. Bundan sonra uyğun qiyməti və uyğun şərti təqdim edən şirkəti seçəcəksiz. Bundan başqa vacib bir məqam da var. Müqavilə. Diqqətlə müqavilənin şərtlərini oxuyun. Hadisə olduqda bunu oxumaq gec olacaqdır....Bu qədər 200 milyonluq bazarın heç bir faizi də, olmayan səyahət sığortası.

понедельник, 3 сентября 2012 г.

Maşennik ve sığorta

Ceyhun Qubatov
İlk görüş. Sığorta ilə ilk rastlaşmağım  keçən əsrin 80-ci illərində olmuşdu. Uşaq olduğumdan dumanlı gəlir yadıma. Bir onu dəqiq bilirəm ki, bizim evimizi sığortalamaq istəyirdilər. O zamanlar sığorta fərqli idi  Azərbaycanda. Bilmirəm nə qədər pul dövr edirdi. Amma indi qarşımızda 200 milyonluq sığorta bazarı var. Sığorta ilə növbəti qarşılaşma universitet illərinə təsadüf edir. Nə qədər qəribə olsa da, “maşennik” sözü yadımda qalıb. O vaxtlar, bir sığorta şirkətindən iş təklifi olunmuşdu mənə. Kimdən məsləhət aldımsa bu sözü dedi: Onlar maşennikdirlər. Mən də elə düşünməyə başladım. Vaxt keçdikdən sonra isə fikirlərim dəyişdi. Fikirlərim dəyişdikcə onlardan asılı olmadan bazar da, dəyişirdi. Və əvvəldə qeyd etdiyimiz kimi 200 milyonluq bazar oldu. Fikrimizi rəqəmlərlə daha dəqiq ifadə etsək 2012-ci ilin yanvar-iyul aylarında Azərbaycan sığorta bazarında yığım 201 509 390. 59 manat olmuşdur. Hadisələrə görə ödəniş isə 49 469 149.40 manat olmuşdur. Amma hələ də, cəmiyyətdə sığortanı yalan hesab edənlər var. Bu da normaldır. Kimsə də, indi bunu oxuyur və düşünür ki, bu nə yazılardı ki, belə. Və yaxud kimsə də, elə indicə bu səhifəni bağladı. Hörmətli oxucu əgər bura qədər oxuyub bağlamaq istəyirsənsə, DAYAN! Çünki bura qədər oxumusansa bir qədər artıq da, oxuya bilərsən. Odur ki, davam edək.
Ceyhun Qubatov
Təkrar biliyin anası deyil. Sığortanın nə olduğunu yazmaq təkrar sayıla bilər. Amma təkrar biliyin yooo... anası deyil. Təkrar biliyin möhkəmləndirilməsidir. Bu biliyin də, möhkəmləndirilməsinə ehtiyac var. Odur ki, yenə də, yazıram. Amma daha sadə: Əvvəldən verilən pul hesabına, sonradan olan problemin qarşılanması sığortadır. İndi isə, sığorta haqqında qanundan Ctrl+c və Ctrl+v edək:  1.1.1. sığorta – sığortalının və ya sığorta olunanın  əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə  əsaslanan münasibətlər sistemi;  Belə bir tərif də, var: Sığorta - qəza, fəlakət, oğurluq və s. hadisələr nəticəsində itkiyə məruz qalmış şəxsi əvvəlki maliyyə vəziyyətinə qaytaran və ya maddi zərəri minimuma endirən vasitədir.  Sığorta xeyrədir ziyana yox. Çünki, gözləmədiyin bir hadisənin qarşısında aciz qalmırsan. Əvvəl verdiyin pulun hesabına həmin xərclərin üstələnir. Və daha rahat olursan.
Çips və sığorta. Ən qəribə yarımbaşlıqdır. Hə? Bəlkə, mənasız? Amma oxu. Bilirik ki, hər şeyin sevəni də, sevməyəni də, olur. Kimlərsə də, sığortanı sevmir. Kimsə sığortanı faydasız hesab edə bilər. Normaldır. Sığortanı o kəs faydasız və ya gərəksiz hesab edə bilər ki, sığorta hadisəsi ilə rastlaşmayacağına əmin olsun. Yəni ki, bütün ehtiyacları əbədiyyən ödənsin. Heç vaxt ölməsin. Sonsuz sərvət sahibi olsun. Hər zaman hər şeydən məmnun olsun.  Elə birisi ki, heç vaxt heç nə itirməyəcək. İtirsə belə bundan zərrə qədər də, narahat olmayacaq.  Belə birisi isə yoxdur. Üstəgəl insan ehtiyacları sonsuzdur. Tükənməzdir. Sonsuz ehtiyacla yanaşı, şəxsin psixoloji, sosial və sair xüsusiyyətlərinə görə tələbatı da olur. Mən iqtisadiyyat dərsi keçmək fikrində deyiləm. Hamı bilir ki, kim nə almaq istəsə ona həmin şeyi satacaqlar. İndiki cəmiyyət formalaşmağa başlayanda çips deyilən şey yox idi. Amma kartof var idi. Tarixin hansısa dönəmində kim isə çox nazik doğranılıb qızardılmış kartof istədi və bu çips oldu. Kimlərsə icbari sığortanın qiymətləri qalxanda onu yaxşı qarşılamırdı. Amma heç bir il də, keçməyib və bu artıq məqbul sayılır. Çips kimi.  Eləcə də, kiminsə şəxsi keyfiyyətindən dolayı arzusunda qeyri-adi bir sığorta obyekti ola bilər ki, bu da, yeni bir sığorta kimi bazara çıxa bilər. Bax bu inkişaf deməkdir. Yəgin ki, bir vaxtlar bizim insanı indi təəccübləndirən sığorta növləri bizdə də, məqbul sayılacaq. Onu da eynən çips kimi qarşılayacaqlar.
Bu qədər. Sonda maşennik haqda. Sığorta şirkətləri və mənfi imic barədə əvvəl yazmışdım. Sığorta fırıldaqçılıq deyil. Niyə? Çünki 200 milyonluq fırıldaqçılıq olmur. Ələxsus dövlətin nəzarətində olan və tənzimlənən bir qurumlar bunu edə bilməzdirlər. Bir də ki, fırıldaqçılar heç kəsə 49 469 149.40 manat verməz. Yox əgər yenə də, sığortaçını fırıldaqçı hesab edən varsa...heç nə. Sadəcə heç nə.