пятница, 31 августа 2012 г.

Niyə sığortalanım ki?

Ceyhun Qubatov

 

Bu yazı ilə təsadüfən rastlaşmısansa oxu. Çünki təsadüfən belə yazı ilə rastlaşan birinə maraqlı olardı bu sual. Yox əgər müntəzəm olaraq rastlaşırsansa onda yenə də, faydalı olardı. Çünki, sığortanın faydalı tərəflərindən daha çox xəbərdar olacaqsan.

İnsanlar müxtəlif addımlar atmalarına səbəb maadiyyat olur. Eləcə də, sığortalanmağa səbəb. Səbəb öz maddi durumunu daha yaxşı etmək. Necə? Gələcəkdə üzləşəcəyi xərclərə qənaət etməklə yox. Gələcəkdə üzləşəcəyi xərci ləğv etməklə. Amma bundan ötrü əvvəlcədən xərcləməlisən. Yəni sığorta ödənişi etməlisən.

Sığorta insanların nəyinə gərəkdir?

Gözəl sualdır. Kimin üçün isə mənasız da ola bilər. Bu yazımda adından göründüyü kimi insanların sığortalanmaq səbəblərini izah edəcəm. Keçən yazı da, bu qəbildən idi. İnsanların sığortaya ehtiyacı sığorta növündən asılı olaraq müxtəlif səbəblərdən ola bilər.

Sığorta dedikdə bizdə insanların ağlına avtomobil gəlir. Avtomobil sığortasından da, başlayaq. Avtomobil sığortasına ehtiyac bir çox səbəblərdən olur. Əsas səbəb avtomobil sahibinin digərlərinə vuracağı zərərin ödənilməsidir. Bu son zamanlar aktual olan icbari sığortadır. Hansı barədə ki, sistem işə düşməkdədir. Həmçinin avtomobillərə dəyə biləcək zərərlərə görə də, sığortalanmaq olar. Bu da bir səbəb.

Həyat sığortasına insanların ehtiyacı ona görə olur ki, öldükləri zaman gəlir itkisini qarşılaya bilsinlər. Düzdü bizdə o qədər də, inkişaf etməyib. İki səbəb var buna: birincisi sığorta Azərbaycan üçün yenidir, ikincisi isə, həyat sığortası bizim insanlar tərəfindən müsbət qarşılanmır. Bu yazımı sığorta satıcıları da, təsdiqləyə bilər. Odur ki, elə birinci bu haqda yazmadım.

Həyat sığortasından yazmışkən, tibbi sığorta barədə də, qeydlərimi edim.  Bu ondan ötrüdür ki, insanların tibbi xərclər qarşılansın.  Bu sahə də, Azərbaycan üçün o qədər inkişaf etməmişdir. Səbəbləri isə müxtəlif izahı vardır. Amma yazı o haqda olmadığından bu barədə başqa bir yazıda qeydlər edərik.            

Əmlak sığortası üçün səbəb dedikdə, çoxları oğurluqdan danışa bilər. Amma əmlak sığortası ümumilikdə əmlakın dəyəcək zərərdən sığortalanmasını, həmin zərərin ödənilməsini nəzərdə tutur. Bura yanğın, subasma, sel, sürüşmə, oğurluq və sair xoşagəlməz hallar aid ola bilər.

İnsanların sığortalanma səbəblərini az da olsa izah etməyə çalışdım. Bu qədər diqqətiniz üçün təşəkkür edirəm.

понедельник, 27 августа 2012 г.

İnisiativ ya da ki, 3 SƏBƏB...


Ceyhun Qubatov
Yeni inisiativ ilə işə başlamaq heç vaxt asan olmur. Yenilikçilər heç də, hər zaman müsbət də, qarşılanmır. Gözlənilməz hadisələr bizi hər yerdə yaxalaya bilər. Bu vacib məqsədlərə də, çatmağa da mane ola bilər. Ələxsus sığortadan söhbət gedəcəksə.  Üstəgəl Azərbaycanda bu işlə məşğul olursansa. Bu yazım sığortanın təbliğatına həsr olunub. Sığortanın təbliğatında  maraqlı olan şəxslərin işini asanlaşdırmağa yönəlib. Həm də sığortanın təbliğatında maraqlı olmayanlara yönəlib. Sığortanın müsbət tərəflərini onlara göstərib onları maraqlandırmağa. Sığorta bizim ölkədə çoxdan var. Hamı bilməsə də, çox adam bilir. 21 oktyabr 1921-ci ildə ilk sığorta şirkətimiz yarandı. Maraqlı tarixdir 21/21. Bu barədə başqa vaxt..Nəisə... Keçək mətləbə sığortanın təbliğatına  .  
Sığortanın nə olduğun əvvəllər bloqumda qeyd etmişdim.  Bəs sığorta təminatı nə edir?  Maliyyə yükünü azaldır və sizin qayğınıza qalır. Bu fikrimlə razılaşmayanlar çoxdur. Ona görə də bu inisiativlə işə başladım ki, sığortanı təbliğ edim. Fikrimlə razılaşmayanların dilindən özümə sadə bir sual verib onu cavablandırıram. Sual bu tipdə ola bilər: Mən niyə sığortalanmalıyam? Mənə bundan ötrü bir səbəb göstər....
 1 YOX 3...
Sığortalanmağınıza 3 səbəb.
1. Planlaşdırılmamış hadisələrdən qoruyur.
Belə. Tutalım ki, siz çox ehtiyatlı insansınız. Maşını da, ehtiyatla sürursuz. Amma məgər bu o deməkdir ki, bütün yollar təhlükəsizdir? YOX. Xüsusən Azərbaycanda.( Qətiyyən ölkəmi pisləmirəm. ) Reallıq belədir ki, yollarda çoxlu “sürprizlə” qarşılaşa bilərsiz. Həm də, bu sürprizlə xoşagələn olmayacaq.  Hər gün hadisələr olur. Zərərçəkənlər də. Niyə risk edəsiniz ki? Əgər çıxış yolu varsa. Bir qədər xərc çəkməklə siz gələcək xərclərə qənaət etmiş olacaqsız. Odur ki, sığortalanın. Xərc sözünü oxuyan kimi bir çoxları belə düşünə bilər ki, bu yazıda maddi marağım var. Sizi sığortalayıb pul qazanmaq istəyirəm. YOX. Bu yalnız sığortanın təbliğatıdır. Mənim marağım sığortadan daha çox məlumatlı olmağınızdır. Harda olur-olsun sığortalanın. 

 2. Sığorta investisiya aləti ola bilər.
Yenə qayıdaq əvvəlki misala. Ehtiyyatlı lakin sığortasız sürücü. Yenə də, hadisə baş verir. Lakin elə bir vaxtda baş verir ki, keyfiyyətli təmirə imkan çatmır. Və ya ümumiyyətlə təmirə imkan çatmır. Amma sığorta polisi olduğu təqdirdə, yəni sığortalandığınız təqdirdə sizin xərclər ödənilir. Lap əgər təmirə imkanınız varsa da, sığortalısınızsa sığorta şirkəti sizin avtomobili təmir edir. Və sizin əlavə xərcləyəcəyiniz pul cibinizdə qalır.  Həmin pulu başqa yerə yönəldə bilərsiz. Və rahatlıqla investisiya edə bilərsiz ki, gələcəkdə pul gətirsin.

3. Sığorta rahatlıq verir.
Bir anlıq düşünün ki, rahatsız. YOX. Bu mümkün deyil. Həyatımız elə qurulub ki, istəsək də, istəməsək də, hər hansı problem bizi tapacaq. Əks halda maraqsız olardı. Mütləq heç nə olmadığı kimi rahatlıq da, olmur. Amma sığortalanarkən qismən rahat olacaqsız. Rahat olacaqsız ki, sığortaladığınız şeyə nə olur olsun əvvəlki vəziyyətinə qaytarılacaq. Bu kiçik bir rahatlıq olsa belə rahatlıqdır. Çətinliklərlə bəzənən həyatımızda bu tip rahatlıqların olmağı gözəldir. Odur ki, rahatlığınızı düşünün.

QEYD: Azərbaycanda ən çox inkişaf edən avtomobil sığortası olduğundan bu istiqamətdə misal çəkdim. Sizləri yormamaq üçün belə yazdım...

среда, 22 августа 2012 г.

2012-ci ilin yanvar-iyul ayları üzrə sığorta şirkətlərinin renkinqi

Uzun istirahetden sonra ilk iş günü çətin də gələ bilərdi...amma nə qədər də, çətinlik, işin çoxluğu da olsa idi AR Maliyyə Nazirliyinin vebsəhifəsindən oxuduğum rəqəmlərə əsasən sığorta şirkətlərinin renkinqini burada paylaşmaq qərarına gəldim.

2012-ci ilin yanvar-iyul ayları üzrə

Sığortaçının adı Sığorta Haqları Sığorta Ödənişləri
1 “Paşa Sığorta” Şirkəti Açıq Səhmdar Cəmiyyəti 28,096,285.33 11,996,363.03
2 “AzSığorta” Açıq Səhmdar Cəmiyyəti 22,476,064.79 1,582,918.32
3 “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 20,484,576.44 4,571,486.96
4 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 17,039,522.00 6,516,195.00
5 “Standard Insurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 12,878,308.83 2,260,936.94
6 “Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 12,165,346.53 1,716,599.52
7 “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 11,028,287.61 3,260,001.67
8 “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 9,120,027.14 147,979.12
9 “Beynəlxalq Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 8,975,290.65 3,841,718.27
10 “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti 8,020,367.19 1,393,232.83
11 “İPƏK YOLU SIĞORTA” ASC 7,343,723.46 1,762,298.19
12 “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti 7,083,392.41 1,494,358.21
13 “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 6,435,210.27 3,177,432.73
14 “Qarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti 5,820,679.52 857,404.57
15 “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 4,467,904.79 44,382.09
16 “Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyəti 3,672,946.80 697,115.99
17 “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti 3,536,966.63 816,743.39
18 “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti 3,298,881.43 1,043,201.23
19 “Mega Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1,925,645.56 191,635.15
20 “Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 1,763,627.19 404,336.36
21 “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1,624,506.69 598,368.70
22 “Azərqarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1,231,961.53 266,198.42
23 “Çartis Azərbaycan” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 892,566.00 48,613.00
24 “Era Trans Sığorta” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 696,082.03 357,906.20
25 “Temz Sığorta Qrupu” Açıq Səhmdar Cəmiyyəti 565,000.41 91,193.99
26 “Əmrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti 561,837.02 228,962.12
27 “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti 269,815.77 101,567.40
28 "Royal Sığorta" Açıq Səhmdar Cəmiyyəti 34,566.57 0.00
  YEKUN 201,509,390.59 49,469,149.40

пятница, 10 августа 2012 г.

Sığorta marketinqinin alətləri


Şəkilə fikir verməyin. Qəliz bir qrafik olmayacaq. Ümumiyyətlə qrafik olmayacaq. Sadəcə tövsiyyələr...Sığortanın xüsusiliyi onun marketinqinə də, təsir edir və burada qeyri adi bir şey yoxdur. 2012-ci ilin adi bir yay axşamı bir sığorta agenti ilə söhbətimin nəticələrini yazmaq qərarına gəlmişdirm. Söhbət sığorta marketinqinin alətlərindən gedirdi. Elə alətlərdən ki, sığorta agenti yararlana bilərdi.  Zənnimcə biznesinin inkişafı barədə düşünən sığorta agentləri üçün faydalı olacaqdır. Burada elə alətlərdən söhbət gedəck ki, hədəflədiyiniz auditoriyaya çatmağa imkan verəcəkdir.

Çap Marketinq Alətləri

  • Sığorta marketinqi alətləri özündə qəzetlərdə və jurnallardakı reklam, flayerlər və bilbordlar kimi reklamıın çap formalarını cəm edir.Bu alətlərdən yararlanmaq üçün böyük xərc gərəkmir.  Kiçik məbləğdə flayerlər çap edib öz lokal ərazinizdə yaymaq olar.Böyük məbləğdə pulla isə bilbordlardan yararlanmaq olar. Şübhəsiz ki, bu fikirlərə də, əjks fikirlər var. Məsələn “ Azərbaycanda reklam keçərli deyil. Xüsusən sığortada.” Amma…çox reklam olunmaqla daha çox tanınmaq imkanı yaranır. Və əgər indi ehtiyac olmasa da, gələcəkdə sığorta gərək olduqda reklamı çox olunana müraciət olunacaq. Ona görə ki, bu haqda daha çox insan bilir. 

Televiziya və Radio

  • Sığorta biznesində televiziya və radio reklamları effektiv marketinq aləti kimi istifadə edilə bilər. Düzdü bu bahadır. Azərbaycanda yerli TV kanallara alternativ və maraqlı xarici kanallar var.Lakin hələ də, insanlar bunu seyr edir. Və reklamı çox görünən şirkət yuxarda qeyd etdiyimiz kimi çox tanınır. Radioda isə vəziyyət müqayisədə daha yaxşıdır.

Internet Marketinq Alətləri

  • Heç kəsdən asılı olmadan ən dinamik inkişaf edən internet. Ən geniş imkanlar yaradır. Və çox böyük uğurlar vəd edir. Internet vasitəsi ilə   potensial müştərilərə daha tez çatmaq olur. Elə veb səhifə yaratmaq olar ki, məhsul və satışdan sonrakı xidmətlə bağlı daha geniş məlumat versin. Heç kəsi yormasın. Təşviq etsin. Həyəcan yaratsın.