Siqortada marketinq

Sığorta bazarındakı məhsullar digər məhsullardan fərqli olduğuna görə onun marketinqinə xüsusi önəm verilməlidir. Bu səbəbdən də bloqda bu bölməni yaratdıq. Adından da bəlli olduğu kimi marketinq haqda olacaq. Marketinq geniş anlam olduğundan həm də, sığortada digər sahələrdən fərqli məhsullar olduğundan bu bölmənin ayrıca olmasına ehtiyac duyuldu...

Sığorta marketinqinin alətləri

Sığortanın xüsusiliyi onun marketinqinə də, təsir edir və burada qeyri adi bir şey yoxdur. 2012-ci ilin adi bir yay axşamı bir sığorta agenti ilə söhbətimin nəticələrini yazmaq qərarına gəlmişdirm. Söhbət sığorta marketinqinin alətlərindən gedirdi. Elə alətlərdən ki, sığorta agenti yararlana bilərdi. Zənnimcəbiznesinin inkişafı barədə düşünən sığorta agentləri üçün faydalı olacaqdır. Burada elə alətlərdən söhbət gedəck ki, hədəflədiyiniz auditoriyaya çatmağa imkan verəcəkdir.


Sığorta şirkətləri üçün 4 əsas istiqamət.

Adı qəliz olsa da, özü sadədir. Əvvəl qeyd etdiyimiz kimi sığorta şirkətlərində marketinq məsələsi unikaldır. Yəni, sığorta məhsulu başqa məhsullardan tam fərqli olduğundan onun marketinqi də, bu cür olmalıdır. Həm də, onların satdığı maddi deyil. Odur ki, sığortada marketinq daha çox müştəriyə əsasən olmalıdır. Bununla yanaşı başqa sahələrdən fərqlənmədən sığorta şirkəti də, səmərəli marketinq alətlərinə nəzərən fəaliyyət göstərməlidir. Və bəzi məqamlar var ki, sığorta şirkəti bunları nəzərə almalıdır:

Bazarı bilmək








 Sığortada marketinq


Sığorta bazarında təklif olunan xidmətlər digər bazarlardan çox fərqlidir. Səbəb odur ki, bütün məhsullar eyni qaydalara əsasən hazırlanır. Ona görə də, analoqu olmayan qeyri adi bir məhsul təklif etmək ehtimalı çox azdır.  Sığorta sahəsində marketinq  4 əsas istiqamətdə gedir:

  1. Sığorta bazarının tədqiqi
  2. Sığorta xidmətlərinin hazırlanması
  3. Satışın həvəsləndirilməsi
  4. Sığorta xidmətinin satış kanalları

Qeyd olunan 4 istiqamət üzrə sığorta şirkətləri rəqabətli bazarda fəaliyyət üçün strategiya qururlar. Bu səbəbdən də, həmin istiqamətlərin ayrılıqda tədqiqinin xüsusi əhəmiyyəti var.  Sığorta bazarının tədqiqi nəyə görə vacibdir? Çünki tədqiqat aparmadan çətin rəqabət şəraitli bazara daxil olmaq şirkətin  iflası ilə nəticələnə bilər. Həm də, azərbaycan sığorta bazarının mövcud durumu bunu tələb edir.

Sığorta bazarının araşdırılması 3 istiqamətdə getməlidir:

Sığorta bazarının marketinqi bu bölmədə daima incələnəcəkdir.

Комментариев нет:

Отправить комментарий