Tarixi

Sığortanın tarixi qədimdir desək yanılmarıq. İnsan riski dərk edəndən sığorta vacib olub.  Bəşəriyyətin ilkin inkişaf mərhələlərində qarşılıqlı sığorta yaranır və inkişaf edirdi.  Bizim eradan çox-çox əvvəl Babilistanda var idi sığorta. Hammurapinin qanunlarında da bu barədə qeyd edilirdi. Qədim romada da, Yunanıstanda da. Bu bölmədə siz sığortanın tarixi ən qədim növlər, ilk polislər, ilk şirkətlər, hadisələr barədə məlumatlanacaqsız.

Sığortanın tarixindən


Bir az sığorta tarixindən yazmaq qərarına gəldim. Baxmayaraq ki, deyilmiş sözlər də, ola bilər amma istənilən halda təkrar biliyin anasıdır. Dünya tarixində sığortaya bənzər ilk fəaliyyətlərə təxminən 4000 il bundan əvvəl Babillərdə rast gəlinir. Dövrünün.....




İlk sığorta şirkətimiz....

1917-ci il inqilabına qədər Rusiya imperiyasının tərkibində olan Azərbaycanda bir çox dövlətlərin – Rusiya, Almaniya, İngiltərə və başqa dövlətlərin sığorta cəmiyyətləri var idi.  1918-ci ilin 28 may tarixində Şərqdə ilk olaraq Azərbaycan Demokratik Xalq Cumhuriyyəti yaradıldı. Lakin 1920-ci il 29 aprelində XI Qırmızı Rus Bolşevik Ordusu tərəfindən Azərbaycan Respublikası işğal olundu. Demokratik Respublika devrildi. Azərbaycan Sovet Sosialist Respublikası Zaqafqaziya Federasiyası tərkibində elan olundu və SSRİ-nin tərkibinə 1920-ci ildə daxil edildi.  Dövlət sektorunda müəssisələrin maliyyə və əmlakının mühafizəsi məqsədi ilə 1921-ci ildə Moskvada SSRİ-i Maliyyə Xalq komisarları tərkibində Dövlət Sığorta İdarə edilməsi yaradilmışdır. Dövlət Sığorta sisteminin yaradilması böyük şəbəkə filiallarının və bütün SSRİ ərazisində nümayəndəliklər qurulması nəzərdə tutuldu. 1921-ci il 21 oktyabrda Azərbaycan Sovet Sosialist Respublikasında yerli Dövlət Sığorta İdarəsi yaradıldı.  Bütün SSRİ Dövlət Sığorta İdarələri böyük şəhərlərdə və respublikanın rayonlarında, regionlarda, vilayətlərdə geniş filiallar şəbəkəsinə malik oldular. Azərbaycan SSR-ın Dövlət Sığorta İdarəsi Bakı şəhəri üzrə 11 filiala, şəhər və rayonlarında isə 80 filialdan ibarət təşkil edilmişdir. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi və Azərbaycan Müstəqil Respublikası yaradıldı. SSRİ Dövlət Sığorta İdarəsı də dağıldı və Azərbaycan Dövlət Sığorta Şirkətı yaradıldı.  1992-cı ildə Azərbaycan Dövlət Sığorta Şirkətı olaraq adlandırııldı və “Azərsığorta” kimi fəalliyətiini davam etdirdi.  Hal-haz ırda “Azərsığorta” respublikanın bütün ərazisində fəaliyyət göstərir və 80 sığorta agentliyinə malikdir. Şirkətin Baş ofisi Bakı şəhərində yerləşir, respublikanın bütün şəhər və rayon agentlikləri ilə kompüter, teletayp və telefon əlaqəsınə malikdir.


Комментариев нет:

Отправить комментарий