Qeyri adi

Burada qeyri adi sığorta növlərindən hadisələrindən bəhs ediləcəkdir. Eləcə də, qeyri adi-sığorta hadisələrindən bəhs ediləcəkdir. Bir sözlə sığorta haqqında ağlımıza gəlməyən hər bir şeydən söhbət açılacaq...





Bir-neçə qeyri-adi...
Ola bilər kiməsə maraqsız gələ..Ola bilər ki, yox. Amma olmuşlardır. Qeyri-adi olsalar belə..Odur ki, uzatmadan yazaq. Bir neçə qeyri-adi sığorta məhsulu barədə yazaq. Deməli belə:1998-ci ildə amerikada bir şirkətyadplanetlilər tərəfindən oğurlanmadan sığortalanma təklif edib. İl ərzində 200 000 polis satılıb. 2008-ci ildə isə bu riskdən UEFA kuboku sığortalanıb. Burada sığorta məbləği 30 min avro olmuşdur. Hollandiyadakı Hullberry Insurance Company deyilən bir şirkətin isə bu tip qeyri-adi sığorta növlərini daha çox təklif edir. Yadplanetlilərin oğurluğundan, lotereyada uğursuzluqdan, benzinin qiymətinin qalxmasından da sığortalayır. Benzinin qiymətinin qalxmasından sığortalanma halında benzinin qiyməti 15% qalxacağı təqdirdə 1000 litr benzin almaq üçün əlavə xərclərə görə kompensasiya ödənilir. Hullberry İnsurance Company-də gizli kameraya çəkilmədn, haqsız yerə həbs olunmadan da sığortalanma mövcuddur. Bu tip məhsullara Almaniyada da icazə var. Belə ki, 12 avroya Almaniyada insanlar liftdə qalmaqdan sığortalanırlar. Oxuduğunuza görə təşəkkürlər. Ümid edirəm maraqlandıra bildim.

Комментариев нет:

Отправить комментарий