понедельник, 22 октября 2012 г.

Köhnə bir reklam...


Köhnə bir reklamla qarşılaşdım sığorta haqqında. 6 sentyabr, 2011.  Əvvəl düşündüm ki, ancaq facebook səhifəsində şəklin yerləşdirim. Sonra isə onun haqqında informasiya toplayıb yazmağa başladım. Həyat sığortası haqqında idi. McCann reklam agentliyi düzəldib bu reklamı. 1959-cu ilin dekarında bizdən çox-çox uzaq Avstraliyada(Sidneydə) ilk dəfə fəaliyyətə başlayıb. Sonralar Avstraliyanın digər şəhərlərində də, yayılıb.  Daha çox maraqlananlar  google.com-da axtarış edə bilər. Axtarış alınmasa da, link var. Qayıdaq reklama. Həyat sığortası haqqında McCann agentliyinin hazırladığı reklama. Kiminsə həyat sığortası nədir sualı yarana bilər deyə, həyat sığortası haqqında qısa arayış. Yenə də, qanunvericilikdən faydalanaq. Həyat sığortası - sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortalıya qaytarılır.
Haqqında danışdığım həyat sığortası reklamının üzrində bir qrup mütəxəssis işləmişdir.15 nəfərə yaxın. Qeyd edirəm həmin qrupu. Maraqlananlar diqqət edə bilər:
Advertising Agency: McCann, Melbourne, Australia
Creative Director: Julius Rosenberg, Ethal Rosenberg
Art Director: Haley Joel Osment, Robert Dauth
Copywriter: Haley Joel Osment, Robert Dauth
Planner: Felix
Group Account Director: John Bosley
Creative Directors: Nick Weller & Phil Van Bruchem
Designer: Jon Ryder
Planning Director: Adam Doherty
Group Account Director: Mills
Marketing Manager: Rebecca Frew
 
Amma daha maraqlısı reklamın özüdür. Çox sadədir. Yalnız bir şəkil var və iki söz. Amma həmin iki sözlə şəkil biri-birini tamamlayır. Elə tamamlayır ki, başqa heç nəyə ehtiyac qalmır. Şübhəszi ki, Avstraliyada reklam bizdəkindən çox qabağa gedib. Eyni zamanda da, sığorta. Ələxsus həyat sığortası. Bizdə isə, vəziyyət tamam fərqlidir. Amma bu tip reklam burada da, uğurlu ola bilər. Yox-yox uğurlu olar. Amma bu cür reklam üçün, yəni bu cür ideya üçün əsl marketoloq olmaq gərəkir. Yəni cəsarətli. Yox bu mənim sözüm deyil. Bir dostumuz daima xatırladır:marketoloq risk edə bilməlidir. Düşünə bilərsiz ki, bu reklam kimin üçündür? Lifebroker Pty Ltd. Qısa arayış: Avstraliyada həyat sığortası brokeridir. Lisenziya əsasında fəaliyyət göstərir. N-si də, 400209. Avstraliya Qiymətli kağızlar və İnvestisiya Komissiyası. 11 həyat sığortası şirkəti ilə işləyir. Maraqlı loqosu var. Veb səhifəsi də, çox maraqlıdır. Reklama gəldikdə isə, aşağıda şəklini yerləşdirməklə bu yazını bitirirəm.
 
 
 

Комментариев нет:

Отправить комментарий