вторник, 30 декабря 2014 г.

Daha yazmayacam...

Daha yazmayacam. Bu il. 2014-cü ilin son iş günü bitmək üzrədir. Bu il uğurlu və maraqlı bir oldu. Mənim üçün. Eləcə də, ruhən bağlı olduğum sığorta bazarı üçün. Mənim üçün ona görə uğurlu il oldu ki, əvvəllər etmədiyim daha çox şeylər etdim. Bunların izahına ehtiyac duymadığımdan çox geniş yazmıram. O ki, qaldı ruhən bağlılıq məsələsinə... Yəni sığorta bazarına, bu il bir sıra dəyişikliklərlə yadda qaldı. Amma vaxtınızı çox almayıb ən vacib saydığımı yazacam. Könüllü avtomobil sığortasının qaydaları dəyişdi. Bu dəyişikliklər müştərilər üçün bir çox məsələləri asanlaşdırdı. Eləcə də, şirkətlərin mənafeyi baxımından da, müsbət dəyişikliklər oldu. Bu yeni qaydalarda. Artıq tamam başqa cür yanaşılacaq kaskoya. Artıq daha çox insan kasko əldə edəcək. Və daha çox insan faydalanacaq. Sığortadan. Eləcə də, bu dəyişikliklərin yeni-yeni müsbətlərə təkan verəcəyinə əminəm. Şübhəsiz ki, hələ düzələsi çox şey var. Sığorta bazarında. Həmin ruhən bağlı olduğum virtual məkanda. Sadəcə pis şeyləri yazmaq istəmirəm. Çox da yazmaq istəmirəm. Çünki başqa işlər də, var.  2014-cü ilin mənim üçün və sığorta bazarı üçün uğurlu olduğunun sadə izahı: Əgər 2014-də 2013-ə nisbətən daha bir əlavə adamı sığortanın faydalı olduğunu inandırmışamsa (bunu da, etmişəm) deməli uğurlu bir il oldu.

P.S. Bir də, bir neçə maraqlı yazı oxudum. İlin ən böyük ödənişləri barədə. Onun da, linklərini bir cədvəl üzrə diqqətinizə çatdırıram. Ümid edirəm ki, sığortanın faydasına daha bir insanı inandırmış olacam.  



Комментариев нет:

Отправить комментарий