понедельник, 5 января 2015 г.

Nə var nə yox...

Bu ilin ilk yazısını belə bir başlıqla yazıram. Bu yazını yazmaqdan ötrü çox fikirləşmədim. Heç çox iş də görmədim. Sadəcə google-da axtarış verdim. Sığorta sözünü. Bir vaxt qoydum. Ötən 24 saat.  Bir də, düşündüklərimi qeyd etdim. Cəmi 15 dəqiqə. Nədən belə yazı? Düşünürəm ki, bu gün sığorta barədə internet məkanda az yazılar gedir. İnternetin ictimai fikirə təsiri çox güclüdür. Orada sığorta barədə az yazılırsa demək sığorta az tanıtdırılır. Deməli az insana faydası çatır. Deməli sığorta barədə çox yazılmalıdır. Çox insan məlumatlandırılmalıdır. Kimsə düşünə bilər ki, bütün günü sığortadan danışılır onsuz da,.. Belə düşünənlər üçün bu yazını yazdım... Ötən 24 saat ərzində sığorta ilə bağlı gedən ilk beş yazını diqqətinizə təqdim edirəm. Birincisi ən tanınmış sığorta şirkəti barədə idi. Necə yazılıbsa elə o cür də, qeyd edirəm. 21 ч. назад - «Media Consulting & Services» şirkəti dekabr ayında ölkə mətbuatındasığorta şirkətləri barədə yayılan məlumatların nəticələrini açıqlayıb. Fins.az-ın.. Linki də, burdadır.  Daha sonra qarşıma belə bir başlıq çıxdı Bayram günlərində sığorta hadisələri. 19 ч. назад - “Azsığorta” şirkətində bayram günlərində 70 sığorta hadisəsi olub. Şirkətdən fins.az-a verilən məlumata görə, hadisələrin 68-i avtomobil qəzaları ilə bağlıdır... Bu da link.  3-cü yazıda vakansiya barədə məlumat idi. 9 ч. назад - PAŞA Sığorta şirkəti Quba-Xaçmaz, Lənkəran, Gəncə, Şəki-Zaqatala, Göyçay rayonlarında və Sumqayıt şəhərində yerləşən nümayəndəliklər üçün Fərdi və  ..  link.  Axtarışda dördüncü nəticəni verən yazı belə idi... 13 ч. назад - Müzakirədə iştirak edin. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortahaqqında" .. Bu da Milli Məclisin veb
səhifəsində idi. Nəhayət sonuncu yazı köhnə də olsa axtarışın nəticəsində 5-ci çıxmışdı. Odur ki, onu da qeyd edirəm. 9 ч. назад - Maliyyə Nazirliyi 6 sığorta agentinə verilmiş müddətsiz lisenziyaları ləğv edib. Dövlət Sığorta Nəzarəti Xidmətinin verdiyi məlumata görə, aşağıda adları ...
Bu qədər...
Ötən 24 saat ərzində sığorta haqqında çıxan son 5 yazı. Ümid edirəm ki, gələcəkdə daha geniş və müxtəlif yazılar olacaq. Hələ ki, sığorta haqqında az yazılır.


вторник, 30 декабря 2014 г.

Daha yazmayacam...

Daha yazmayacam. Bu il. 2014-cü ilin son iş günü bitmək üzrədir. Bu il uğurlu və maraqlı bir oldu. Mənim üçün. Eləcə də, ruhən bağlı olduğum sığorta bazarı üçün. Mənim üçün ona görə uğurlu il oldu ki, əvvəllər etmədiyim daha çox şeylər etdim. Bunların izahına ehtiyac duymadığımdan çox geniş yazmıram. O ki, qaldı ruhən bağlılıq məsələsinə... Yəni sığorta bazarına, bu il bir sıra dəyişikliklərlə yadda qaldı. Amma vaxtınızı çox almayıb ən vacib saydığımı yazacam. Könüllü avtomobil sığortasının qaydaları dəyişdi. Bu dəyişikliklər müştərilər üçün bir çox məsələləri asanlaşdırdı. Eləcə də, şirkətlərin mənafeyi baxımından da, müsbət dəyişikliklər oldu. Bu yeni qaydalarda. Artıq tamam başqa cür yanaşılacaq kaskoya. Artıq daha çox insan kasko əldə edəcək. Və daha çox insan faydalanacaq. Sığortadan. Eləcə də, bu dəyişikliklərin yeni-yeni müsbətlərə təkan verəcəyinə əminəm. Şübhəsiz ki, hələ düzələsi çox şey var. Sığorta bazarında. Həmin ruhən bağlı olduğum virtual məkanda. Sadəcə pis şeyləri yazmaq istəmirəm. Çox da yazmaq istəmirəm. Çünki başqa işlər də, var.  2014-cü ilin mənim üçün və sığorta bazarı üçün uğurlu olduğunun sadə izahı: Əgər 2014-də 2013-ə nisbətən daha bir əlavə adamı sığortanın faydalı olduğunu inandırmışamsa (bunu da, etmişəm) deməli uğurlu bir il oldu.

P.S. Bir də, bir neçə maraqlı yazı oxudum. İlin ən böyük ödənişləri barədə. Onun da, linklərini bir cədvəl üzrə diqqətinizə çatdırıram. Ümid edirəm ki, sığortanın faydasına daha bir insanı inandırmış olacam.  



среда, 24 декабря 2014 г.

Uğurlu sığorta agentinin nələri olmalıdır?


Maşını..Lisenziyası…Əhatəsi….Yooox!  Ağlınıza çox şey gələ bilər amma oxusanız daha yaxşıdır. Aktiv sığorta satışı ilə məşğul olduğumdan yazı yazmağa vaxt az olurdu. İndiki periodda isə buna imkan var. Odur ki, vaxt edib yazdım. Son yazım sığortanın faydası haqda idi. Daha çox müştərilərə və yeni başlayanlara aid idi. İndi isə sığorta satışı ilə məşğul olan mütəxəssislərə və sığorta agentlərinə yönəlirəm.
Onlardan biri olduğumdan bilirəm ki, nələrlə üzləşirlər. Nə kimi çətinlikləri olurBir sözlə gündəlik qayğılarından xəbərim var. Üstəgəl bu sahədə kiçicik uğurlarım olduğundan bilirəm. Bilirəm ki, nələri etsək faydalı olar. Həm də, əvvəllər kifayət qədər səhvlərim olduğundan bilirəm ki, nələri etməsək yaxşıdır. Amma nələri etməyək yox. Nələri edək. O barədə yazacam.
Uğurlu sığorta agenti olmaq üçün nə edək? Ən əsası olduğumuz sahəni bilək. Anlayaq. Yəni sığortanı. Burda söhbət əsla hansısa nəzəriyyələri bilməkdən getmir. Baxmayaraq ki, sığorta bir elmdir. Baxmayaraq ki, nəzəri biliklər faydalıdır. Əsas sığortanı hiss etməkdir. Sığortanın mahiyyətini anlamayınca işində həyəcan olmayacaq. Həyacan olmadıqca da, həvəs olmayacaq. Bunun da, nəticəsi uğursuzluq olacaq. Əgər bir işə könülsüz yanaşırsansa çətin ki, nəsə edə biləsən. Həm də, bilmədiyin şeyi insanlara necə təqdim edə bilərsən ki?
Bazarı bilmək isə növbəti vacib detaldır. Bazarı bilmək üçün kitab oxumurlar. Bazarı bilmək üçün sadəcə çox işləyirlər. Nə qədər çox vaxt sərf etdinsə işinə o qədər çox müştərin olacaq. O qədər də, bazarı yaxşı biləcəksən. Amma satışa çox vaxt sərf etmək lazım deyil. Sığorta satışına sərf edəcəyin vaxt bu cür olmalıdır. 24/7. Həftənin 7 günü 24 saatı. Bu mümkündür. Bunu necə etməyə gəldikdə isə qismət olsa gələcəkdə danışarıq.
Satdığın məhsulu bilmək. Yəni sığorta agenti bilməlidir ki, əlində hansı məhsullar var. Hansı paketlər var. Hansı məhsullar hansı tip insanlar üçündür. Bu isə əvvəlki 2 dənəsinə əsaslanır.

Və  nəhayət...İdeal. Uğur əldə etmiş şirkətlərin hər zaman can atdıqları bir ideal vardır. Ona doğru yönəlirlər və o cür olmağa çalışırlar. Belə bir ideal hər bir yaxşı satıcıda olmalıdır. Satış insanı əslində öz biznesinin rəhbəridir. O öz karyerasına və həyatına görə məsuliyyət daşıyır. Sığorta satışında da, belədir. Uğurlu sığorta agenti olmaq bazarı bilmək ya da, məhsulu bilmək kifayət deyil. Bu biliklərlə uzağa gedəcəksən. Amma çox yox. Uğurlu sığorta agenti olmaq üçün iki dənə idealın olmalıdır. Bunlar bir-biri ilə qarşılıqlı əlaqəli olmalıdır. Bir-birinə kömək etməlidir. Bunlardan biri şəxsi. O biri isə professional idealdır. Yəni bilməlisən ki, həyatda necə olsan daha yaxşı olarsan. Bilməlisən ki, işində necə olsan daha yaxşı olarsan.  Bilməlisən ki, sən hansı vəziyyətdə olmaq istəyirsən. Nələr etmək istəyirsən. Özünü gələcəkdə necə görürsən. Necə olsan daha yaxşı sığorta agentisən. Daha yaxşı sığorta satıcısısan. Bunu əl ilə yazsan daha da effekt görərsən.  Vaxtı ilə mən bunları etmişəm və uğurlu olub. Bu qədər. 

Sığorta gələcəkdə işləyəcək, əgər...

Maraqlı gələ bilər və ya əksinə. Şəxsi fikirlərimdir. Təcrübəmə əsaslanır. Məncə belədir.
Adsız yazı...
Mən Qubadov Ceyhun. Bu yazıda insanlara sığortanın kiçik bir faydasını açacam. Oxuyan hər kəsə. Artıq uzun müddətdir ki, sığorta sahəsində çalışıram. Sığorta barədə müxtəlif yazılarım da, gedib. Online resurslarda. Bu barədə çox danışmışam.

Ola bilər. Amma hər zaman fikirləşmişəm ki, niyə böyük əksəriyyət sığortaya inanmır. Düşünə bilərsiz ki, hardan bilirəm ki, böyük əksəriyyət inanmır... Sən hamıyala danışmısan ki? Yox danışmamışam. Ehtiyac yoxdur. İnsanların inanmamağın bilmək üçün rəqəmlərə fikir vermək kifayətdir. Bir də, gündəlik iş prosesimdə rastlaşdıqlarım. Rastlaşdıqlarımı qoyuram kənara. Çünki bu subyektiv ola bilər. Amma rəqəmlər onu deməyə əsas verir ki, bazarın heç də hamısı bu məhsulda maraqlı deyil. Sığortalana biləcəklərin böyük hissəsi sığortalanmayıb.  Bu yazının məqsədi analiz deyil odur ki, rəqəm filan yazmayacam. İNŞAALLAH bir başqa vaxt. Hələlik fikirləşək ki,...

Niyə insanlar sığortaya inanmır???

Sığortanın qanunvericilikdə və elmdə müəyyən bir tərifi var. Çox uzundur. Fikirləşirsən ki googl-da yazım sığorta nədir. Yazırsan və birinci rastına çıxanı oxuyursan. Yazılıb: Sığorta (ing. Insurance) – şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Ola bilər hərədə bir söz yadda qalsın. Amma məncə..

Oxuyanda ən çox bu söz yadda qalır:Münasibətlər sistemi. Üstəgəl sistem sözünü başa düşmək sıradan bir insana çətin gəlir. Fikirləşirsən ki, sistem nədir. Axtarış verirsən “google.com”da. Axırda gəlib çıxır ki, sistem bir-birinə bağlı çoxsaylı obyektlərin müstəqil birliyidir. Gəl indi bu qeyd olunanların içindən başa düş ki, sığorta nədir.... Heç  bir  şey anlamırsan. İnsanın təbiətində də o var ki, bilmədiyi şeydən qorxur.  Deməli həmin şeyə inanmır.  Necə inansın axı bilmir. Bilmədiyindən də, qorxur. 

Sığorta gələcəkdə işləyəcək... əgər...

Gələcək dedikdə ağla nəsə qəribə şelər gələ bilər. Nəbilim uçan maşın və sair və ilaxır. Yoo.  Gələcək kinodakı gələcək deyil.  Bir başqa cür gələcəkdir.  Sığorta insanların rahatlığı üçün icad olunub.  Hər zaman hər şey ola bilər. Heç kəs deyə bilməz ki, sabah nə olacaq. Ya 1 saat sonra nə olacaq. Heç bu yazını yazanda bilmirəm ki, bitirəcəm ya yox.  Yazı yazmaq mənəvi məsələdir mənim üçün. Amma elə şeylər var ki, maddidir. Özümdən misal. Məsələn bu yazını yazdığım notbuk. Bu artıq maddidir. Mən bilmirəm ki, indi içdiyim su təsadüfən dağılıb notbuku xarab edə bilər.

Buna heç kəs zəmanət vermir. Belə bir ehtimal var ki, notbuka su dağılsın. Əgər olsa nolacaq? Heç nə.. mənə zərər dəyəcək.  Pul xərcləməli olacam. İtirəcəm. Amma baş verə biləcək itkimin qarşısın ala bilərəm. Necə? Sığorta ilə. Sığorta ona görə var ki, gələcəkdə baş verəcək maddi itkilər qarşılansın. Sığorta rahatlıqdır.  Sığortanın tərifi filanı sizə lazım deyil. Sığortanın yaxşı olduğunu bilmək lazımdır. Sığortanın faydasını bilmək lazımdır. Sığorta faydalıdır. Sığorta gələcəkdə ola biləcək itkiləri (maddi itkiləri) qarşılamaq üçündür. Sığortalamaq tədbir görməkdir.

Tədbir görməkdir ki, çox pul itirməyəsən. Hər an hər şey ola bilər. Bu necə işləyir. Çox sadə. Əvvəlcə sən pul verirsən. Gələcəkdə nəsə olanda sənə pul verirlər. Nə qədər? sənə dəyən zərər qədər. Düşünürsən ki, niyə yazmadım əvvəlcə mən verən pul nə qədərdir, hə?  Sənə dəyən zərər ödəniləcəksə fərqi var nə qədər pul vermisən? Zərərin qarşılanacaqsa verdiyin pulun dərdini çəkməyə dəyərmi əlbəttə yox.  Üstəgəl əvvəldə verdiyin pul itkinlə müqayisədə cüzidir. İndi sığortaya bir izah. Sığorta indidən cüzi ödənişdir ki, gələcəkdəki böyük xərci qarşılasın.

Qayıdaq yazının adına...gələcəkdə işləmək məsələsinə. Bəli sığorta gələcəkdə işləyəcək. Əgər zərər dəysə. Əgər həmən pis hal baş versə. Baş verməsə isə heç nə. Nə yaxşı ki, baş vermədi. Təki belə olsun. Yazının əvvəlində dediyim kimi sığortanın kiçik bir faydasını izah edəcəm Bu kiçik fayda odur ki, siz indi cüzi məbləğ ödəyirsiz ki, gələcəkdə baş verəcək böyük itkinin qarşısı alınsın. Çox almaq üçün az ödəyirsən. Bu da faydası. Amma deyəsən kiçik olmadı...

среда, 9 июля 2014 г.

Sığorta agentlərinin hədəfi


Axırıncı yazımı  27 noyabrda yazmışdım.  İndi yenə sığorta haqqında fikirlərimi bölüşəcəm. Aktiv satışla məşğul olarkən belə yazılar yazmağa vaxt olmur.  Amma belə bir deyim də, var ki, istəsən vaxt taparsan istəməsən bəhanə. Nə isə bəhanəni qoyum keçim mətləbə.
Aktiv sığorta satışı ilə məşğul olduğum periodda bazarı tamam ayrı yöndən təsəvvür etməyə başladım.  Sığorta bazarı mənim düşündüyüm kimi deyildi.  Demək olmaz pisdir yaxud yaxşıdır. Necə var elə o cürdür. Sözümə görə marketer dostlar inciməsinlər. Amma bazar  marketoloqun gördüyü kimi deyil. Bir satış insanın hər gün rastlaşdığı kimi. Marketoloq tamam ayrı istiqamətlərdən baxır. Daha fərqli görür bazarı. Amma satışdakı insan heç bir istiqamətdən baxmır. Elə həmin bazarın inçində olur. Ayrılmaz hissəsi olur. Satış insanı bilir ki, posterin üstündə iri hərflərlə avtomobil sığortası yazılsa daha effektiv olar nəinki hansısa kasko məhsulunun gözəl və kreativ adı.  Xeyir mən marketoloqlara qarşı deyiləm və marketinq barədə düşüncələrimi heç kəs dəyişməyib.  Sadəcə bir dostumun dediyi kimi daha dərinə getmişəm. Satışa. Və sığorta bazarına tam fərqli baxıram. Fərqli baxdığım müddətdə də,  müəyyən etdim ki, satış 3 hissəyə bölünür.
Birinci hissə hər zaman edəcəyin satış.  Bu elə satışdır ki, istənilən halda edirsən bunu. Çünki, sənin sığorta ilə məşğul olmağını bilən qohumların var, tanışların və dostların var. Elə insanlar ki, sizin sığortada olmağınıza görə məhz sizə müraciət edir. Bu cür satışa hədəflənməyə ehtiyac yoxdur. Çünki, bu onsuz da, baş verəcək. Belə satışı istədiyin vaxt edəcəksən.  Məsələn dostun sənə zəng edir və sığortalanır.
Digər hissə daha təhlükəli hissədir. Onu ümumiyyətlə unutmalısan. Bu heç vaxt edə bilməyəcəyin satış. Çünki necə edirsən et sən bacarmayacaqsan. Ona görə yox ki, bacarıqsızsan. Ona görə ki, şərait elə gətirir. Həmən bu satış başqa bir agentin birinci hissə satışını təşkil edir. Hər zaman edəcəkləri satış. Mənim praktikamdan bir misal. İndiki şəraitdə mən Qubatov Ceyhun heç cürə Nərimanov metrosu ərazisindəki obyektlərə icbarti əmlak sata bilmərəm.

Sonuncu hissə isə ən vacibidir. Etməli olduğun satış.Nəyə görə etməli olduğun. Çünki bu qism satış yuxarıdakı ikisinə aid deyil. Yəni bunu əldə etmək üçün səy göstərməlisən və bu satışı sənin əlindən alan yoxdur. Get ele! Bu o satıdır ki:  zəng edirsən.  Görüşürsən. Yenidən zəng edirsən. Mail yazırsan. Yenidən görüşürsən. Və sair və sair. Sonda müqavilə buraxılır. Bu o satışdır ki, sırf bacarığın, bəxtin, savadın, fərasətin bir sözlə enerjin hesabına edirsən. Can yandırıb alındırırsan. Sığorta agenti  məhz bunun üzərində düşünməlidir. Hədəfi bu olmalıdır.

среда, 27 ноября 2013 г.

Yanvar-oktyabr renkinq-2013

Sığortaçının adıSığorta Haqları
1“Paşa Sığorta” Şirkəti Açıq Səhmdar Cəmiyyəti47 363 828,94
2“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti35 566 036,66
3Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti33 052 021,00
4“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti30 659 853,31
5“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti28 377 513,71
6“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti20 462 326,16
7“İPƏK YOLU SIĞORTA” ASC15 932 137,47
8“Standard Insurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti15 671 288,30
9“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti14 483 595,33
10“Beynəlxalq Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti11 753 543,82
11“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti10 815 272,58
12“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti9 835 619,42
13“Mega Sığorta” Açıq Səhmdar Cəmiyyəti9 299 363,50
14“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti9 171 198,63
15“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti8 121 323,11
16“Buta Sığorta” Açıq Səhmdar Cəmiyyəti6 369 531,28
17“Qarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti6 258 419,41
18“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti5 337 412,91
19“Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyəti4 680 568,53
20“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti4 617 846,15
21“Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti3 236 594,43
22“Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti3 192 494,68
23“Azərqarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti848 300,48
24“Çartis Azərbaycan” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti835 217,00
25“Əmrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti665 350,86
26“Era Trans Sığorta” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti625 135,44
27“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti292 783,09
28"Royal Sığorta" Açıq Səhmdar Cəmiyyəti125 094,14
 YEKUN337 649 670,34

понедельник, 18 февраля 2013 г.

2013 yanvar sığorta bazarı



AR Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidmətinin məlumatlarına əsasən sığorta 2013-cü ilin yanvarı üzrə Azərbaycan sığorta bazarı üzrə sığorta yığımları  53,919,354.01 manat olmuşdur.  Ötən ilin analoji dövrü ilə müqayisədə bu rəqəm  45.72% artmışdır.  Sığorta İlk onluğa daxil olan sığorta şirkətlərində də, dəyişiklik olmuşdur.  2012-ci ilin yanvarında onluqda yer almayan “İpək Yolu Sığorta” ASC bu ilin yanvar ayında 6288797.95 manatla ikinci yeri almışdır. “A-Group sığorta şirkəti” ASC isə 2013-cü ilin TOP 10-a daxil ola bilməmişdir. 962786.51 manat sığorta yığımı ilə 2013-cü ilin yanvar ayı üzrə sığorta yığımları cədvəlində 11-ci yeri almışdır. Yanvar 2013 sığorta yığımları üzrə ilk beş sığorta şirkətinə isə “Paşa Sığorta” şirkəti ASC (22357773.83 manat), “İPƏK YOLU SIĞORTA” ASC (6288797.95) manat, “Atəşgah Həyat” Sığorta şirkəti ASC (4886341.96 manat), “Atəşgah Həyat” Sığorta şirkəti ASC (2385029.36 manat) və “Atəşgah” Sığorta şirkəti ASC (2342705.25 manat) aiddir.  Ötən ilin yanvarı ilə bu ilin yanvarı üzrə TOP-10 sığorta şirkətləri aşağıdakı kimi olmuşdur:

2013 yanvar TOP 10
2012 yanvar TOP 10
Sığortaçının adı
Sığorta Haqları
Sığortaçının adı
Sığorta Haqları
1
“Paşa Sığorta” Şirkəti Açıq Səhmdar Cəmiyyəti
20,788,225.64
1
“Paşa Sığorta” şirkəti ASC
              22,357,773.83
2
“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti
3,090,584.62
2
“İPƏK YOLU SIĞORTA” ASC
                6,288,797.95
3
“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti
1,929,418.83
3
“Atəşgah Həyat” Sığorta şirkəti ASC
                4,886,341.96
4
“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti
1,658,664.66
4
“Atəşgah” Sığorta şirkəti ASC
                2,385,029.36
5
“Beynəlxalq Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti
1,595,240.74
5
“AzSığorta” ASC
                2,342,705.25
6
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti
1,347,949.92
6
“Paşa Həyat Sığorta” ASC
                2,258,138.72
7
“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti
913,739.47
7
“Beynəlxalq Sığorta şirkəti” ASC
                1,920,557.39
8
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti
891,338.00
8
“Xalq Sığorta” ASC
                1,437,767.08
9
“Standard Insurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti
872,216.52
9
“Standard Insurance” Sığorta şirkəti ASC
                1,305,384.63
10
“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti
867,514.19
10
“AXA MBASK” Sığorta şirkəti ASC
                1,224,439.08

 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
Sığorta hadisələrinə görə ödənişlər isə 7,000,044.96 manat olmuşdur ki, ötən ilin analoji dövri ilə müqayisədə  59.11% artım deməkdir.  Sığorta hadisələri üzrə ümumi ödənişlər isə, yığımlarla müqayisədə 12.98% olmuşdur.  Ayrı-ayrı şirkətlərə gəldikdə isə, ən çox ödəniş edən şirkət “Paşa Sığorta” şirkəti ASC 1,142,828.60 manat olmuşdur. Şirkəti yığımlar ilə müqayisədə isə, 5.11% olmuşdur. İkinci yerdə isə Azərbaycan Respublikası DSK şirkəti (1,020,827.00 manat) olmuşdur. 

Sığorta şirkətlərinin yığımlar üzrə renkinqi aşağıdakı cədvəldə verilmişdir:

Sığortaçının adı
Sığorta Haqları
Sığorta Ödənişləri
Sığorta ödənişlərin
sığorta haqlarına faiz nisbəti
1
“Paşa Sığorta” şirkəti ASC
                 22,357,773.83
              1,142,828.60
5.11%
2
“İPƏK YOLU SIĞORTA” ASC
                   6,288,797.95
                                -  
0.00%
3
“Atəşgah Həyat” Sığorta şirkəti ASC
                   4,886,341.96
                   79,662.69
1.63%
4
“Atəşgah” Sığorta şirkəti ASC
                   2,385,029.36
                 853,207.72
35.77%
5
“AzSığorta” ASC
                   2,342,705.25
                 553,947.16
23.65%
6
“Paşa Həyat Sığorta” ASC
                   2,258,138.72
                     4,913.10
0.22%
7
“Beynəlxalq Sığorta şirkəti” ASC
                   1,920,557.39
                 579,604.85
30.18%
8
“Xalq Sığorta” ASC
                   1,437,767.08
                 207,026.84
14.40%
9
“Standard Insurance” Sığorta şirkəti ASC
                   1,305,384.63
                 595,186.57
45.59%
10
“AXA MBASK” Sığorta şirkəti ASC
                   1,224,439.08
                 624,657.18
51.02%
11
“A-Qroup Sığorta şirkəti” ASC
                      962,786.51
                 329,162.08
34.19%
12
Azərbaycan Respublikası DSK şirkəti
                      867,084.00
              1,020,827.00
117.73%
13
“Bakı Sığorta” ASC
                      852,215.66
                   96,304.85
11.30%
14
“Qala Həyat” Sığorta şirkəti ASC
                      784,418.98
                   44,764.60
5.71%
15
“AtaSığorta” ASC
                      536,731.44
                   51,932.37
9.68%
16
“Azərbaycan Sənaye Sığorta” ASC
                      500,804.60
                   21,902.74
4.37%
17
“Qarant Sığorta” ASC
                      476,105.48
                   75,717.52
15.90%
18
“Başak inam Sığorta şirkəti” ASC
                      458,099.66
                   29,415.15
6.42%
19
“Buta Sığorta” ASC
                      435,595.81
                   98,625.32
22.64%
20
“Mega Sığorta” ASC
                      412,116.92
                   58,527.86
14.20%
21
“Alfa Sığorta” ASC
                      404,261.03
                 248,966.19
61.59%
22
“Çartis Azərbaycan” Sığorta şirkəti ASC
                      350,583.00
                        259.00
0.07%
23
“Rəvan Sığorta” ASC
                      234,274.14
                 199,793.96
85.28%
24
“Azərqarant Sığorta” ASC
                      111,564.48
                   36,971.00
33.14%
25
“Əmrah Sığorta” ASC
                        65,023.28
                   30,320.03
46.63%
26
“Günay Sığorta” ASC
                        29,250.25
                     5,083.78
17.38%
27
“Era Trans Sığorta” Sığorta şirkəti ASC
                        21,480.48
                   10,436.80
48.59%
28
"Royal Sığorta" ASC
                        10,023.04
                                -  
0.00%
 
YEKUN
                 53,919,354.01
              7,000,044.96
12.98%

 

 

TOP-10-a 2 həyat sığortası şirkəti də, daxildir ki, bunlar da, “Atəşgah Həyat” və “Paşa Həyat”-dır.  TOP-10-dakı yığımların 7.1 milyon manatdan çoxu qeyd edilən 2 şirkətə aiddir. Həyat sığortası üzrə yığımlar isə   7,928,899.66  manat olmaqla, sığorta yığımlarının 14.71%-ni təşkil eləmişdir. Həyat sığortası üzrə sığorta ödənişləri isə   129,340.39 manat olmuşdur ki, bu da, ümumi sığorta ödənişlərinin 1.85%-i deməkdir.

Azərbaycan sığorta bazarının yığımlar üzrə hazırki durumu 2012-ci il ilin analoji dövrü ilə müqayisədə aşağıdakı kimi dəyişmişdir:

Sığortaçının adı
Yanvar 2012 ilə müqayisədə
 dəyişiklik
1
“Paşa Sığorta” şirkəti ASC
7.55% artıb
2
“İPƏK YOLU SIĞORTA” ASC
132.8 dəfə artıb
3
“Atəşgah Həyat” Sığorta şirkəti ASC
58.1% artıb
4
“Atəşgah” Sığorta şirkəti ASC
43.79% artıb
5
“AzSığorta” ASC
21.42% artıb
6
“Paşa Həyat Sığorta” ASC
2.39 dəfə artıb
7
“Beynəlxalq Sığorta şirkəti” ASC
20.39% artıb
8
“Xalq Sığorta” ASC
6.66% artıb
9
“Standard Insurance” Sığorta şirkəti ASC
49.66% artıb
10
“AXA MBASK” Sığorta şirkəti ASC
34% artıb
11
“A-Qroup Sığorta şirkəti” ASC
10.98% artıb
12
Azərbaycan Respublikası DSK şirkəti
3% azalıb
13
“Bakı Sığorta” ASC
2.77 dəfə artıb
14
“Qala Həyat” Sığorta şirkəti ASC
8.83 dəfə artıb
15
“AtaSığorta” ASC
19% azalıb
16
“Azərbaycan Sənaye Sığorta” ASC
27.13% artıb
17
“Qarant Sığorta” ASC
7% azalıb
18
“Başak inam Sığorta şirkəti” ASC
4.073 dəfə artıb
19
“Buta Sığorta” ASC
54.97 dəfə artıb
20
“Mega Sığorta” ASC
10.36 dəfə artıb
21
“Alfa Sığorta” ASC
24.05% artıb
22
“Çartis Azərbaycan” Sığorta şirkəti ASC
3.01 dəfə artıb
23
“Rəvan Sığorta” ASC
29.06% artıb
24
“Azərqarant Sığorta” ASC
6.93 dəfə artıb
25
“Əmrah Sığorta” ASC
7.1% azalıb
26
“Günay Sığorta” ASC
37% azalıb
27
“Era Trans Sığorta” Sığorta şirkəti ASC
0.6% azalıb
28
"Royal Sığorta" ASC
10023.04 manat artıb
YEKUN
45.72% artıb