пятница, 31 августа 2012 г.

Niyə sığortalanım ki?

Ceyhun Qubatov

 

Bu yazı ilə təsadüfən rastlaşmısansa oxu. Çünki təsadüfən belə yazı ilə rastlaşan birinə maraqlı olardı bu sual. Yox əgər müntəzəm olaraq rastlaşırsansa onda yenə də, faydalı olardı. Çünki, sığortanın faydalı tərəflərindən daha çox xəbərdar olacaqsan.

İnsanlar müxtəlif addımlar atmalarına səbəb maadiyyat olur. Eləcə də, sığortalanmağa səbəb. Səbəb öz maddi durumunu daha yaxşı etmək. Necə? Gələcəkdə üzləşəcəyi xərclərə qənaət etməklə yox. Gələcəkdə üzləşəcəyi xərci ləğv etməklə. Amma bundan ötrü əvvəlcədən xərcləməlisən. Yəni sığorta ödənişi etməlisən.

Sığorta insanların nəyinə gərəkdir?

Gözəl sualdır. Kimin üçün isə mənasız da ola bilər. Bu yazımda adından göründüyü kimi insanların sığortalanmaq səbəblərini izah edəcəm. Keçən yazı da, bu qəbildən idi. İnsanların sığortaya ehtiyacı sığorta növündən asılı olaraq müxtəlif səbəblərdən ola bilər.

Sığorta dedikdə bizdə insanların ağlına avtomobil gəlir. Avtomobil sığortasından da, başlayaq. Avtomobil sığortasına ehtiyac bir çox səbəblərdən olur. Əsas səbəb avtomobil sahibinin digərlərinə vuracağı zərərin ödənilməsidir. Bu son zamanlar aktual olan icbari sığortadır. Hansı barədə ki, sistem işə düşməkdədir. Həmçinin avtomobillərə dəyə biləcək zərərlərə görə də, sığortalanmaq olar. Bu da bir səbəb.

Həyat sığortasına insanların ehtiyacı ona görə olur ki, öldükləri zaman gəlir itkisini qarşılaya bilsinlər. Düzdü bizdə o qədər də, inkişaf etməyib. İki səbəb var buna: birincisi sığorta Azərbaycan üçün yenidir, ikincisi isə, həyat sığortası bizim insanlar tərəfindən müsbət qarşılanmır. Bu yazımı sığorta satıcıları da, təsdiqləyə bilər. Odur ki, elə birinci bu haqda yazmadım.

Həyat sığortasından yazmışkən, tibbi sığorta barədə də, qeydlərimi edim.  Bu ondan ötrüdür ki, insanların tibbi xərclər qarşılansın.  Bu sahə də, Azərbaycan üçün o qədər inkişaf etməmişdir. Səbəbləri isə müxtəlif izahı vardır. Amma yazı o haqda olmadığından bu barədə başqa bir yazıda qeydlər edərik.            

Əmlak sığortası üçün səbəb dedikdə, çoxları oğurluqdan danışa bilər. Amma əmlak sığortası ümumilikdə əmlakın dəyəcək zərərdən sığortalanmasını, həmin zərərin ödənilməsini nəzərdə tutur. Bura yanğın, subasma, sel, sürüşmə, oğurluq və sair xoşagəlməz hallar aid ola bilər.

İnsanların sığortalanma səbəblərini az da olsa izah etməyə çalışdım. Bu qədər diqqətiniz üçün təşəkkür edirəm.

Комментариев нет:

Отправить комментарий