четверг, 13 сентября 2012 г.

Heç bir faiz də, deyil...

www.siqorta.blogspot.com
 



Hamı aktual olandan, dəbdə olandan yazır. Bu normaldır. Belə də, olmalıdır. Amma bu yazım mövsümün bitməsi ilə əlaqədar olaraq, artıq azalmaqda olan bir şey haqdadır. Səyahət sığortası haqda. Artıq hər kəs istirahətin edib. Bunun da, aktuallığı azalıb. Amma yenə də, kifayət qədər insanlar var ki, səyahət edəcəklər. Onlara da, maraqlı olar. Odur ki, səyahət sığortası haqda yazıram. Bir çox insanlar səy6ahətdən həzz alır. Zövqlər müxtəlif olur. İstirahətlər də, zövqlərə uyğun. Səyahət adətən planlaşdırılan bir şeydir. Lakin planlaşdırılan hallarda da, gözlənilməzlik olur. Bu səbəbdən də, planlaşdırılan səyahətdə də, sığorta vacibdir. Sığortasız yola çıxmaq da, yaxşı deyil. Səyahət sığortası sizin səyahət zamanı başınıza gələnlərin qorunmasıdır. Ölkənizdən çıxdığınız andan etibarən səyahət sığortanız sizi qoruyur. Şübhəsiz ki, Azərbaycanda sığortaya inam az olduğundan səyahət sığortasına da, inam azdır. Bir rəqəm...səyahət sığortası yanvar-iyul ayları üzrə yığım 937905.28 manat olmuşdur. Ümumi yığımdakı payı isə, 0.47%-dir. Yəni heç 1%-də deyil. İndi isə, rastlaşdırığım bir sorğunun yadımda qalan kiçik bir sualından yazacam. Uzaq-uzaq Amerika. Bəlkə də, yaxın. Baxmayaraq ki, orada sığorta bazarı bizdən daha çox irəlidədir. Öndədir. Və üstündür....2011-ci ildə ABŞ-da sorğu keçirilib bu barədə. Belə bir sual olub: Niyə səyahət sığortası əldə etmirsiz? 78% turist ona görə səyahət sığortası almır ki, bu növ sığorta növünə inanmırlar. Düşünə bilərsiniz ki, orada inanmırlarsa bizdə də, inanmırlar. Düzdür! Bizdə sığortaya ümumən inamsızlıq var. Sığorta bizlərin bəzilərinə pul tələsi kimi görünür. Bu haqda əvvəllərdə yazmışdım. Linki vermirəm. Sadəcə google.com-da axtarsanız (azərbaycanca) taparsız. Qayıdaq yenə səyahət sığortasına. Belə bir sual verərsiz ki, səyahət sığortası mənə nə verir? Birincisi həkim xidmətləri və onun tərəfindən təyin edilmiş dərmanlara çəkilən məsrəflər, eləcə də xəstəxanada qalma və bütün zəruri müayinələr, o cümlədən əməliyyat xərci, xəstəxanaya tibbi nəqletmə və müalicə başa çatdıqdan sonra vətənə evakuasiya ilə əlaqədar məsrəflər, sonra fövqəladə vəziyyətdə tibbi evakuasiya və/yaxud repatriasiya,  təcili stomatoloji yardım və sair. Bundan başqa da, əlavə təminatlar da, ola bilər ki, maliyyə vəziyyətinizdən asılı olaraq seçə bilərsiz.  Səfər zamanı müxtəlif riskləri azaltmaqdan ötrü səyahət sığortasını seçməlisiniz.  Başqa bir sualınız da çıxa bilər. Bəlkə də, əvvəldə sığorta sözünü görəndən bəri bu sual yaranıb sizdə. Sual təqribən belədir: Bu işləyir? BƏLİ! İşləyir. Sadəcə sözügedən hadisə baş verdikdə sığorta kartınızdakı nömrəyə zəng etsəniz bəsdir.  Səyahət sığortasını turizm agentliklərindən, sığorta şirkətlərindən, sığorta vasitəçilərindən ala bilərsiz. Turizm agentliyində sizin səyahət sığortası seçiminiz yoxdur. Çünki agentliklər konkret şirkətlərlə işləyir. Vasitəçi sizə ən azı 3seçim imkanı verəcək. Çünki onun məqsədi elə sığorta tapmaqdır ki, siz onu alasız. Özünüz də, tapa bilərsiz. Bundan ötrü bir neçə şirkətlə maraqlanmalısız. Bundan sonra uyğun qiyməti və uyğun şərti təqdim edən şirkəti seçəcəksiz. Bundan başqa vacib bir məqam da var. Müqavilə. Diqqətlə müqavilənin şərtlərini oxuyun. Hadisə olduqda bunu oxumaq gec olacaqdır....Bu qədər 200 milyonluq bazarın heç bir faizi də, olmayan səyahət sığortası.

Комментариев нет:

Отправить комментарий