среда, 7 ноября 2012 г.

Rahatlığa çağırış


Yəgin ki, bilirsiz. YOX! YOX! Əlbəttə bilirsiz: Həyat qəlizdir. Maddi sıxıntılar, müxtəlif problemlər. Hər şeyi tənzimləmək olmur. Amma müəyyən xərcləri azaltmaq olar. İndi az xərcləməklə gələcəkdə çox xərci qarşılamaq olar. Bunu hər kəs edə bilər və demək olar ki, hər sahədə tətbiq etmək olar. Bu baxımdan sığorta gözəldir. Normal insan hər zaman və hər yerdə öz ailəsinin qeydinə qalmalıdır, əmlakını qorumalıdır, həm də, sağlamlığı üçün ehtiyat etməlidir. Bəli məhz normal. Fərq etməz hansı təhsili alıb, hansı düşüncəyə malikdir.Məhz bunlar üçün də sığorta faydalıdır. Yuxarıda qeyd edilmişləri yerinə yetirməkdən ötrü sığorta lazımdır. İnsan istənilən yaşda hallara (bəxtə) nə güvənə bilər, nə də, güvənməlidir. Əvvəldən gərək işini elə tutasan ki, sonradan problemlər baş verməsin.

İndi sığortaya az inanan var. Amma bu yazımla bir nəfər də, artıq adam inansa. Deməli faydalı yazıdır. Amma yazının faydalılığı yox sığortanın faydalılığın qabartmaq gərəkir.

Hazırda çoxsaylı proqramlar var. Sığorta barədə. Hələ nə qədər də, hazırlanır. Siz bunu oxuyanda da, kimsə nəsə fikirləşir. Siz bunu oxuyanda mən artıq başqa bir yazı yazacam. Sığortanın faydasını sizə aşılamaqdan ötrü. Hələliksə bu yazı. Ölkəmizdə 30-a yaxın sığorta şirkəti var. Onların hər biri rəqabət mübarizəsində müxtəlif alətlərdən istifadə edir. Demək olar ki, hamısı fərdlərə yönəlməyə başlayır. Yəni sənə, əziz oxucu. Mən də, sənə yönəldim əzizim. Səni maarifləndirməyə. Şirkətlər isə səni sığortalanmağa. Sığorta faydalıdır. Yetər ki, düzgün qərar verə biləsən. Bundan ötrü sadəcə istənilən sığorta şirkətinə müracət et. Sual ver. Maraqlan. Heç orda sığortalanmasan da olar. Yetər ki, məlumatlan. Sonra düşün. Qərar onsuz da, verəcəksən. Və onsuz da, sığortalanacaqsan. Faydasın görəndə isə sevəcəksən. Sığortalanmaqla faydalanmaq eynidir. Sığorta itki deyil. Sığorta bağıva, evivə, maşınıva, ailəvə, özüvə lazımdır. Hər hardasa sığortalandınsa rahatsan. Çünki, sığorta baş verəcək itkidən səni qoruyur. Onun arxasında isə dövlətin əlaqədar qurumu dayanır. Rahatlığınız üçün sığorta vacibdir. Sizin hər birinizi rahatlığa çağırıram.  Hər birinizə sevgi ilə bu yazını yazdım.

Комментариев нет:

Отправить комментарий