Bele bir mahnı var. Yazının adı ilə eyni. Bu yazını yazmağa məni sövq edən başqa bir yazı elə həmin mahnı ilə eyni qəbildəndir. ("professionallıq" cəhətdən). Niyə? Oxusaz bilərsiz.Yox mən sizdə inam yaratmaq fikrində deyiləm. İnanacaqsınız onsuz da. Amma hələ ki, sığorta haqqında pis bir yazıya cavab verirəm. Linki də, burada olacaq. 2012-ci
ilin 5 noyabrında sığorta haqqında mənfi imic yaradan bir yazı oxudum. Çox təsirləndim.
Sonra cavab olaraq bu yazını yazdım. Bu yazını yazmaya bilməzdim. Yazsam bəlkə
rahat olacaqdım. Sığorta haqqında mənfi imic yaradan yazının adı “Azərbaycandasığorta tələsi”. Linki də var görürsüz. Bir cəlbedici şəkil var idi. Qəza şəkli. İki əzik maşın. Sonra
isə belə bir cümlə: “İndi sürücülərin çoxu avtonəqliyyat vasitəsi sahiblərinin
mülki məsuliyyətinin icbari sığortasına bir növ biyar kimi baxırlar və nə
vaxtsa işlərinə yarayacağına inanmırlar.” SUAL:
Əvvəl necə baxırdılar ki? Və yenə də SUAL:
Bəs niyə inanmırlar? Cavablandıraq: birincisi icbari sığorta
qanunvericiliyi heç bir il yoxdur ki, dəyişib. Deməli bir ildən az müddətə
ictimai fikirdə böyük köklü dəyişiklik ola bilməz. Mənə də, “niyə” sualını ünvanlaya bilərsiz. Sadə
cavab: Bir ildən az müddətə ona görə ictimai fikir dəyişmir ki, ictimai fikirdəki
dəyişiklik qəfil olan proses deyil. Qayıdaq digər suala, niyə inanmırlar
sualına. Bir neçə səbəb var buna, amma hamısı maariflə bağlıdır: Maarifsizlik.
Azərbaycan insanı sığorta haqqında çox az bilir. Fikrimi hansısa jurnalist
olmaq istəyənlərin axtarışı ilə deyil, mütəxəssis rəyi ilə əsaslandıracam. AA & M ADVERTISING GfK
Türkiye tərəfindən 1695 respondent arasında sorğu keçirilib. Azərbaycanda, 3
iri şəhərdə (Bakı, Gəncə, Sumqayıt). Orda çox suallar olub sonra araşdırma amma
oxucuları belə uzun yazılarla yormadan keçim mətləbə. Sığortanı kim tənzimləyir
sualına yalnız 19% insan Maliyyə Nazirliyini qeyd etmişdir. 48% insan isə bunu
bilmir. 2% Yol polisinin adını çəkib. 18% İqtisadi İnkişaf Nazirliyini qeyd
edib. Bu qədər az məlumatlı cəmiyyətdə kim inanacaq sığortaya. Əgər bir şeyi bilmirsənsə
ona necə inanacaqsan ki? İnamsızlığa digər bir səbəb belə “savadlı” “jurnalist
araşdırma”larıdır. Onun da, kökü maarifə dirənir. İnanmaq haqqında bir başqa
qeyd. Bir zamanlar azərbaycan insanı banklara inanmırdı. Artıq inanır. Sübut
üçün bank haqqında nə düşünürsüz fikirləşin. Qəliz elmi sözlərdən uzaq olaraq əziz
oxucularıma bele bir şey də, yazım. Sığorta da, bankın qardaşıdır. Əlbəttə ki,
gələcəkdə insanlar sığortaya inanacaq. İndi qayıdaq yazıdakı misala. 45 yaşlı
Bakı sakini. Hadisə olur, sonra da müraciət eləmir. Düşünür ki, ödəməyəcəklər.
Əvvəlcədən bilir ki, ödəməyəcəklər. Hardan bilir? Düşünərsiz ki, ekstrasensdir.
Yox. Məncə ekstrasens deyil. Maarifsizdir. Sadəcə “jurnalist” ona dəstək olur. Çünki ucuz
populyarlıq üçün yazmağa və danışmağa sözü yoxdur. Gərəkdir ki, nə isə ola.
Üstəlik yazıda qeyd edilir ki, sürücü bu fikrə sürücülərin təcrübəsinə əsaslanıb. Amma çətin ki, hamıdan soruşub. İcbari sığortada heç kəs servisdə heç nə etmir. Xərci nədirsə ödəyir. Yox əgər
inanmırsınızsa yoxlayın. Əgər aldanılsanız, AR Maliyyə Nazirliyinin əlaqədar
qurumu sizin tərəfinizdədir. Bir də, ki, əgər həqiqətən də vətəndaşa ədalət
lazım idisə, öz sığorta şirkətindən ödənişini ala bilərdi. O ki, qaldı ödənişlərin yığımlardan az olmasına... Şübhəsiz ki, hadisələrə görə nə qədər müraciət olmuşdursa o qədər də, ödəniş olmuşdur. Çünki sığorta şirkəti hardan bilə bilər ki, kimdə hadisə olub. Sitat: sən mənə deməsən mən hardan bilim. Çox uzun uzadı
yazmıram axı “jurnalist” (dırnaq arası jurnalist) deyiləm. Bir neçə rəqəm üstəgəl
uzun-uzadı söz yığını. Oldu araşdırma. Onsuz da, təhsilinin səviyyəsi getdikcə
aşağı düşən bir ölkədə belə yazılarla olursan ağıllı. Araşdırmaçı. Sonda onu
qeyd edim ki, hörmətli yazı sahibi zəhmət olmazsa qanunvericiliklə maraqlanın,
bir də, bir şey haqqında yazarkən onun haqqında məlumatlı olun. Bu qədər...Əsl
jurnalistlərdən, araşdırmaçılardan və savadlı adamlardan bu sözləri (jurnalist,
savadlı, araşdırmaçı) işlətdiyimə görə üzr istəyirəm.
Комментариев нет:
Отправить комментарий