воскресенье, 13 января 2013 г.

Sığortalı Gənclik

Linkini də, verməklə maraqlı bir xəbəri olduğu kimi bloqumda yerləşdirirəm:

"Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihəsi keçiriləcək


Azərbaycan Sığortaçılar Assosiasiyası və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası  Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 3-8 fevral tarixlərində Gəncə şəhərində "Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihəsi keçiriləcəkdir.
Layihə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 100 gənc lideri bir araya gətirəcək. 6 gün davam edəcək layihə müddətində gənclər sığorta, iqtisadiyyat, maliyyə eyni zamanda gəncləri əhatə edən müxtəlif mövzular üzrə ölkənin ən aparıcı ekspertləri ilə üsniyyətdə və fikir mübadiləsində olmaq imkanı əldə edəcəklər. Beş komadaya bölünən işitrakçılar layihə müddətində qalibiyyət uğurunda biri-biriləri ilə yarışacaqlar.
"Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihədə iştirak etmək istəyən şəxslər 18 Yanvar tarixinə qədər “İRƏLİ” İctimai Birliyinin rəsmi saytında (www.ireli.az/wu2013) yerləşdirilmiş ərizə formasını dolduraraq iştirak üçün müraciət edə bilərlər.

Комментариев нет:

Отправить комментарий