понедельник, 7 января 2013 г.

1 "like"-a 1 profil

sığortala






Yeni ilin ilk iş günündə maraqlı bir xəbər oxumuşdum. Həmin xəbər barədə qeydlərimi sizlərə çatdırıram. Kimlərsə bizdə sığortanın işləmədiyini, kimlərsə ümumiyyətlə gərəksizliyini bu ildə vuröulayacaq. Mən də, mənim kimi bir çoxları da, bu fikirdən onları daşındıracaq və yaxud cəhd edəcək. Nə isə indi bu haqda danışmayaq. ALLah qismət eləsə bunun üçün bu il kifayət qədər imkan olacaq. Qayıdaq maraqlı xəbərə. Düşündüm ki, bizim insanlar üçün də, eyni zamanda sığortaçılar üçün də, maraqlı olardı…Günəş Sığorta adlı türk sığorta şirkəti yeni ildə bir ilkə imza atmışdır. Qəribə də, olsa facebook sığortası adlanır. Əgər sığorta olunanların facebok profilləri tanımadıqları insanın əlinə keçdikdə yenidən özlərinə qaytarılır. Bunun qarşılığında isə Günəş sığortanın səhifəsinin like edilməsi gözlənilir. Yəni bir like müqabilində profil sığortalanır. Müddət isə bir ildir. Həmçinin müştəriyə Facebook sığortasına aid sertifikat verir. Türkiyədə 32 milyon facebook istifadəçisi vardır. Dünyada 7-ci yerdədir. Kifayət qədər böyük bir rəqəm olan 32 milyon daha çox tanıtımlığı artıracaq bir rəqəmdir. Elə bu cür sığortanın tanıtımlığa yönəlik olduğunu Güneş Sigorta Kurumsal İletişim Müdürü Arzu Tan da, bildirmişdir. Facebookdakı bu app profildə baş verənləri video şəklində izləməyə də, imkan yaradır. Yerləşdirilmiş bütün şəkillərə, linklərə, videolara və yazılara baxmaq mümkün olur. Həmçinin hər 50-ci müştəriyə D&R-dən 25 TL məbləöində endirim də, vardır. Günəş sığorta haqqında qısaca qeydlər etmək də, istərdim. 55 ildir yaranıb. 11 bölgə müdirliyi, 3 temsilçilik və 2600-dən çox satış kanalları mövcuddur.   Bu qədər bu oxuduğum xəbəri, müzakirə üçün maraqlı xəbəri, sizlərə ilin ilk iş günündə çatdırdım. Şübhəsiz ki, suallarınız meydana çıxdı..Məsələn 1 ildən sonra nə olur?..
 

Комментариев нет:

Отправить комментарий