среда, 16 мая 2012 г.

Sığorta şirkətləri üçün 4 əsas istiqamət.


Adı qəliz olsa da, özü sadədir. Əvvəl qeyd etdiyimiz kimi sığorta şirkətlərində marketinq məsələsi unikaldır. Yəni, sığorta məhsulu başqa məhsullardan tam fərqli olduğundan onun marketinqi də, bu cür olmalıdır. Həm də, onların satdığı maddi deyil. Odur ki, sığortada marketinq daha çox müştəriyə əsasən olmalıdır. Bununla yanaşı başqa sahələrdən fərqlənmədən sığorta şirkəti də, səmərəli marketinq alətlərinə nəzərən fəaliyyət göstərməlidir. Və bəzi məqamlar var ki, sığorta şirkəti bunları nəzərə almalıdır:

Bazarı bilmək

Birincisi və vacibi: Hər bir sığorta şirkəti bazarı bilməlidir. Deyə bilərsiz ki, bu onsuz da belədir. Hər bir şirkət bazarını bilir. OK.  Tutalım razılaşdıq. Onda nədən kimlərsə ön mövqedə kimlərsə arxa mövqedə yer alır? Və nədən hansısa şirkətin gəlirləri aşağı, hansınınkısa yuxarıdır? Bunların səbəbini sırf azərbaycanla bağlamaq faydasızdır. Çünki hər yerdə kim isə çox sata bilər kim isə az. Odur ki, bazarı bilmək ən birincidir və vacibdir. Bazarı bilmək hədəf kütləni bilməkdir. Hədəf kütləsini bilmədən satanlar isə uğursuzluğa məhkumdur. Niyə? Çünki hədəfini bilən müştərisinə dah düzgün yanaşır və onu saxlamaqla irəli gedir.

Planın yaradılması

Uğurlu marketer heç vaxt sadəcə nə isə eləmir. Öz bilgiləri, təcrübəsi, şirkətinin cari durumuna əsasən planlaşdırılmış hərəkət edir. El dilində desək 100 ölçüb 1 biçir. Analiz etdikdən sonra prioritet müəyyən edir və ona uyğun iş görür. Bu da o deməkdir ki, ənənəvi və qeyri-ənənəvi media alətlərdən istifadə edilir ki,birbaşa və ya dolayı yolla satış artsın.



Səmərəliliyin ölçülməsi

Bu sığorta şirkətinə gərəklidir. Niyə vacibdir? Ona görə ki, yuxarıda qeyd etdiyimiz prioritet və məqsədlər ölçüləbilməlidir. Yəni bilinməlidir ki, o məqsədlərə çatılıbmı. Bu müştərilərin sayına görə analiz, satışlara görə, rəqiblərə görə müqayisə və sair və ilaxır. Həm də, şirkətlər bəzi müasir analiz alətlərindən də yararlanmalıdır. Bu vebsəhifələrə və digər informasiya resurslarına aiddir.

Feedback-in yığılması

Kim isə deyər ki, almadır nədir bu...Amma sığorta şirkəti üçün dildəki söz əsasdır. Ələxsus da, azərbaycanda. Marketinqin effektivliyini ölçmək üçün sığorta şirkəti kəmiyyət göstəricisinə əsasən müştərilərin onun haqqında fikrini onların rəyi əsasında ölçməlidir. Deyəsən uzun alındı. Qısası: Nə etdinsə gərək biləsən ki etdiyini kim bəyənir kim yox. Nə yaxşı işləyir nə pis? Bu nədən ötrüdür düşnənlərə cavab: Ona görə ki, ağıllı marketer bundan yararlanıb daha effektiv fəaliyyət qurar.

Bu qədər, çalışdım maraqlandırım.

Комментариев нет:

Отправить комментарий