пятница, 18 мая 2012 г.

informasiya haqda


Informasiya hər şeydir. Bu barədə çox deyilib,yazılıb. İndi də bir qədər yazaq. Geniş informasiya bazası ona imkan verir ki, şirkət öz satışlarına və nəinki satışa kompleks şəkildə bütün sahəyə nəzarət edə bilsin. İnformasiyanın verdiyi üstünlükləri, faydaları sadalamaqla bitməz. Necə də, olmasa informasiya əsridir. Xüsusən sığorta şirkəti üçün bu daha vacibdir. Azərbaycan sığorta bazarı inkişaf etməkdə olduğundan bu bazar üçün informasiya çox vacibdir. Və zənnimcə sığorta şirkətləri bundan faydalanmalıdır. Necə ki, faydalanır da...
«AXA-Mbask» sığorta şirkəti xarici korporativ şəbəkə - «Extranet»in tətbiqinə başlayır.  «Extranet» onlayn rejimində işləyən və şifrə ilə qorunan, yalnız şirkətin sığorta agentləri üçün nəzərdə tutulmuş veb-şəbəkədir. «Extranet» şəbəkəsində başlıca diqqət gerçək zaman kəsimində sığorta şirkəti ilə məlumat mübadiləsinə yetirilir. Bununla da agentlər öz portfelinə müstəqil nəzarət edərək satdıqları sığorta şəhadətnamələri haqqında hesabatlar tərtib etmək, qazandıqları komisyon haqları barədə müntəzəm məlumat əldə etmək, müştərilərə dair məlumat bazasını saxlamaq, sığorta müqavilələrinin bərpasını nəzarətdə saxlamaq imkanı qazanırlar.

Комментариев нет:

Отправить комментарий