вторник, 15 мая 2012 г.

Dünən

Hamı bu haqda yazdı. Bu yazı bu bloqda da yer aldı...necə vardısa eləcə. Sadəcə əvvəlinə "dünən" sözünü əlavə etdik.


DÜNƏNAzərbaycanın aparıcı sığorta şirkətlərindən olan “Qarant Sığorta” cari ilin ilk rübünün hesabatını verib. Bu ilin birinci rübündə sığorta yığımları üzrə göstərici 1761192.69 manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 65% çoxdur. “Qarant Sığorta” ən çox avtomobillərin könüllü sığortası, əmlak sığortası və digər sığorta növləri üzrə yığım əldə etmişdir. Şirkətin sığorta hadisələri üzrə ödənişlərinin həcmi isə 357963.22 manat olmaqla keçən ilin müvafiq dövrü ilə müqayisədə 27% artmışdır. Bu ilin ilk rübü bizim üçün çox uğurlu olub. Biz Azərbaycan sığorta bazarının ən gənc sığorta şirkəti olsaq da artıq bazarda aparıcı mövqelərdən birini tuturuq. Çox şadam ki, müştərilərimizin etibarını qazanmışıq və ümid edirəm ki,  2012 yekun hesabatında “Qarant Sığorta” lider sığorta şirkətlərindən biri olacaq” – deyə şirkətin İdarə Heyətinin Sədri  Fuad Allahverdiyev 2012 – ci ilin ilk rübünün nəticələrini şərh edərkən bildirib. Bu ilin ilk rübündə korporativ sosial məsuliyyət layihələri həyata keçirməyə davam edən şirkət AİESEC-ın təşkilatçılığı ilə universitet tələbələrinə “İdarəetmədə liderlik və hakimiyyət” və “Müsahibə aparmaq sənəti” mövzularda treyninqlər keçib, İRƏLİ İB ilə keçən il başlamış olduğu “Sığorta Akademiyası” layihəsi çərçivəsində İRƏLİ Gənclik Mərkəzində layihə iştirakçıları ilə görüş keçirilmiş, həmçinin sığortanın praktiki tərəflərinə dair layihə iştirakçılarına şirkətdə təlim keçirilmişdirXatırladaq ki, “Qarant Sığorta” Şirkəti 2007-ci il noyabrın 27-də fəaliyyətə başlayıb və ölkənin ən iri holdinqlərindən biri hesab olunan  “ZQAN Holdinq”-ə daxildir. Şirkət həm fərdi, həm də korporativ müştərilərə bir çox  sığorta növü üzrə xidmət təklif edir.





Комментариев нет:

Отправить комментарий