понедельник, 25 июня 2012 г.

Avtomobil sığortası (kiçik qeyd)


Əgər sizin avtomobiliniz varsa çox güman ki, avtomobil sığortası haqqında eşitmisiz. Olmasa da belə böyük ehtimal var ki, eşitmisiz. Çünki, indi ən çox danışılan mövzudur. İstər radioda, istər TV-də, hər yerdə, hətta adi bir çayxana söhbətlərində də, bu mövzuya rast gəlinir. Lakin bu haqda nə qədər danışılsa da, hələ ki, buna ehtiyac vardır.

Ən birincisi bu qorunmadır. Bu avtomobil sahibinin məhdud maliyyə itkilərindən qorunmasıdır. Məlum məsələdir ki, avtomobil sahibi sığorta polisi əldə etmək üçün müəyyən ödəniş edir. Həmin ödənişin müqabilində də, hadisə baş verdikdə sığortalıya ödəniş edilir. Söz yox ki, bunu oxuyan sıradan insan, düşünür ki, yazı yazanın işi gücü yoxdur bu haqda yazır. Ya da ki,belə düşünə bilər: Onsuz da bizdə alınan deyil. Amma biz istəsək də, istəməsk də, baş verən proseslər var. Elə proseslər ki, cəmiyyətlə, iqtisadiyyatla, sistemlə bağlıdır. Və bu olmalıdır. Əvvəllər banklara inamsızlıq var idi. İndi bank bizim hər birimizin həyatının ayrılmaz hissəsidir. Sığorta da bu istiqamətdə inkişaf edəcək. İstəsək də, istəməsək də. Vaxt az olduğundan az yazıb bura bir şəkil yerləşdirirəm...Sadəcə sığortalı avtomobilin qəzası bu cür görünür..
Ceyhun Qubatov

Комментариев нет:

Отправить комментарий