Ceyhun Qubatov |
Bu gün 20 iyun 2012-ci ildə bir gün əvvəl sığorta
haqda oxuduqlarımı qeyd etdim. Əslində bu yazılar konkret şirkətlər haqqında
müsbət fikir formalaşdırmağa yönələn yazılar idi və bazar haqqında qeyri-adi
bilgilər vermirdi. Mən də, sadəcə diqqətinizə çatdırıram. Beləliklə, dünən belə
bir yazı oxudum. AzSığorta 82 min 402 manat sığorta ödənişi edib. Tikinti materialları mağazasına
dəymiş ziyan tam ödənilib. Bu yazının linkini də, qeyd edək. "AZSIĞORTA"
ASC tərəfindən 22.04.2012-ci il tarixində Bakı şəhəri Rəsulzadə qəsəbəsində
yerləşən tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın nəticəsində
mağazanın sahibi Osmanov Coşqun Ayvaz oğluna iri sığorta ödənişi həyata
keçirilib. (82 min 402 manat). Oxuduğum digər məlumat Atəşgah sığorta şirkəti
haqqında idi. Belə başlayırdı: “Atəşgah” sığorta şirkəti daşınmaz əmlakın
könüllü sığorta hadisəsi üzrə 20 min manat məbləğində ödəniş həyata keçirib.
Sığorta hadisəsi Novxanı qəsəbəsindəki ikimərtəbəli bağ evində baş verən
yanğınla əlaqədardır.Sığorta ödənişinin məbləği 20 min manat təşkil edib”
Maraqlanan linki təqib edə bilər. Sığorta şirkətlərindən olan iş təkliflərinə gəldikdə
isə düşündüm ki, imkan olsa bu barədə ayrıca yazım. Digər bütün yazılar isə bu
qeyd edilənlər barədə idi.
Комментариев нет:
Отправить комментарий