понедельник, 11 июня 2012 г.

Əmlak sığortası



Şəkilə baxıb kimsə düşünər ki, bu nə multfilmdir. Amma oxusa daha faydalı olar. Bir az ədəbi dildə yazaq. İmkan olduqca sadə yazacam. Hələ onu deyək ki,...Bizim yaşadığımız yer bizə sığınacaq verir. Qalmağa imkan yaradır. Bu elə bir yer olmalıdır ki, bizi hər cür çətinlik və problemdən qorusun. Həmçinin həmin yeri (evi) kənardakı hər cür pis təsirlərdən qorumaq gərəkir. Belə qorunma əmlakın sığortası hesabına baş verir.  Lakin əmlakı sığortalamazdan əvvəl bu sığorta növü haqqında bilməli olduqlarınız vardır.

1.       Əmlak sığortası nədir?

 əmlakın sığortası tikilinin və içərisindəkilərin zəlzələ, daşqın, subasma, yanğın və sair kimi fövqəl təsirlərdən qorunmasına yönəlməlidir. Həm də, digər fəlakətlərdən, problemlərdən. Bundan başqa əmlakın sığortası soyğunçuluq və oğurluq kimi hallara da, yönəlir.

2.       Əmlak sığortasının məqsədi?

İndi bunu oxuyanda düşünə bilərsiz ki, inanmıram sığortaya.  OK. Olsun. Mən də inanmırdım. Vaxt keçdikcə inanacaqsız. Fikirləriniz dəyişəcək. Mütləq dəyişəcək. Bəziləriniz inansa da düşünə bilər ki, mənim nəyimə gərəkdir. Əmlakımın sığortası. Biz tərəfdə zəlzələ filan olan deyil. Amma...burda bir əmma var.  Oğurluq baş verə bilər. Və yaxud qısaqapanma ola bilər ki, bunun nəticəsində evə qoyduğun investisiya bir günə yoxa çıxar. Ya başqa xoşagəlməz hal olar. Əmlak sığortasının məqsədi isə, əmlakınıza dəyən istənilən zərərin kompensasiya edilməsidir.

3.       Üstünlük

Əgər bura qədər oxumusuzsa demək ki, maraqlıdır. Daha bir maraqlı məqam bunun üstünlükdür. Üstünlük odur ki, sənin evə qoyduğun investisiya qorunur. Nə isə baş verəndə həmin investisiyan qarşılanır.  Bir şey olsa bilirsən ki, təmir etməyə pulun var.

Bu qədər çox yazıb vaxt aparmaq istəmirəm. Aşağıdakı şəkilə baxaq:
Ceyhun Qubatov


Vaxt olduqca yenə qeyd edəcəm...

Комментариев нет:

Отправить комментарий